Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6583/2024 17.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, EPQ ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X1 Rayon Polis İdarəsinin 29-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, EPQ ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, elektron hökumət portalında özünə aid məlumatlara baxarkən, xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli qərarla İnzibati Xətalar Məcəlləsinin (İXM) 454-cü maddəsinə əsasən 80 (səksən) manat məbləğində cərimə olunduğumu aşkarlamışdır. Xüsusi olaraq qeyd etmişdir ki, göstərilən tarixdə cərimə olunmağından məlumatı olmayıb, protokollar ona təqdim edilməyib, heç bir sənədə imza atmamışdır. Bildirmişdir ki,Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin sahə rəisi X4,X6 və X7 onun ad və soyadını onun iştirakı olmadan orada alver edən şəxslərdən soruşmuş və 80 manat həcmində protokol tərtib olunmuşdur. Şəxsiyyət vəsiqəsini itirdiyi üçün Asan Xidmətə getdikdə,ümumilikdə 15 protokol olmaqla 1200 azn,hər biri 80 azn cəriməsi vardır.Bildirmişdir ki, 1-ci protokol EPQ 1393116-80 azn,hansı ki bu protokoldan xəbəri olmayıb.Buna görə də EPQ ******* saylı qərarın ləğv olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 şikayətin məzmununa uyğun ifadə verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinin sahə inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə səhər saatlarında qanunsuz olaraq küçə ticarəti ilə məşğul olduğuna görə barəsində xx.xx.2024-cü il tarixli, EXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə səksən manat məbləğində cərimə edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, EXP ******* saylı protokolda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslı olaraq qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarda bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmadığından və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, EPQ ******* saylı qərarı qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat cərimə olunmasına dair Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-6583/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6583/2024
17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver