Məhkəmə qərarları › İş №3(004)-6585/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-6585/2025

29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-6585/2025 29.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında 17 avqust 2020-ci il tarixli BNA seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin inzibati xəta haqqında 17 avqust 2020-ci il tarixli BNA seriyalı ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 ərizəsində və məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 17 avqust 2020-ci il tarixli BNA seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərar əsasında inzibati cərimə edilmişdir. Müddətin keçməsini nəzərə alaraq yuxarıda göstərilən qərarın icrasına xitam verilməsi barədə qərar verilməsini məhkəmədən xahiş etmişdir. Ərizəyə baxılmasının vaxtı və yeri barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məlumat verilsə də, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, inzibati xəta haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, İXM-in 142.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlərə qərarı çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır. İXM-nin 146.1-ci maddəsinə əsasən həmin Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. İXM-nin 146.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. İXM-in 145.1.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. İş materiallarından göründüyü kimi mübahisələndirilən qərar 17 avqust 2020-ci il tarixdə Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul olunmuş, həmin tarixdən beş ildən artıq müddət keçmiş, şikayətçi isə qərarın icra müddətinin bitməsi ilə əlaqədar həmin qərarın icrasına xitam verilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozaraq qərarı qəbul etmiş inzibati orqana deyil məhkəməyə müraciət etmişdir. Belə olduğu təqdirdə məhkəmə şikayətin icraata qəbul edilməsindən imtina edərək şikayət və ona əlavə edilmiş sənədləri şikayətçiyə geri qaytarmalıdır. Həmçinin şikayətçiyə İXM-nin 142.1-ci maddəsinin tələbləri nəzərə alınaraq ona qərarı qəbul etmiş inzibati orqana müraciət edə bilməsi hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən Bakı Nəqliyyat Agentliyinin inzibati xəta haqqında 17 avqust 2020-ci il tarixli BNA seriyalı ******* nömrəli qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar