Məhkəmə qərarları › İş №3(004)-659/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-659/2023

01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-659/2023 01.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 40-da yerləşən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən **********6007, **********6006 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddəti xx.xx.2018-ci il tarixində bitmiş, lakin şirkət tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi tamamlanmamışdır. İs materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********6007, **********6006 sorğu nömrəli xx.xx.2012-ci il tarixli gömrük bəyannaməsi ilə müvafiq olaraq müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş 1 (bir) ədəd istifadə olunmuş İveco (model ML170E21H sassi: ZCFA1RF**********, 5900 kub sm. 2008 buraxılışlı) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri, çiləyici-yuyucu maşın və1(bir) ədədistifadəolunmuşİveco (modelML170E21H sassi: ZCFA1RF**********, 5900 kub sm. 2008 buraxılışlı) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri, çiləyici-yuyucu maşın yükünün müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2018-ci il müəyyən edilmişdir. Lakin, müvəqqəti idxal müddətinin xx.xx.2018-ci il tarixində bitməsinə baxmayaraq **********6007, **********6006 sorğu nömrəli xx.xx.2012-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş 1 (bir) ədəd istifadə olunmuş İveco (model ML170E21H sassi: ZCFA1RF**********, 5900 kub sm. 2008 buraxılışlı) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri, çiləyici-yuyucu maşın və 1(bir) ədəd istifadə olunmuş İveco (model ML 170E21H sassi: ZCFA1RF**********, 5900 kub sm. 2008 buraxılışlı) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri, çiləyici-yuyucu maşın yükünün müvəqqəti idxal müddəti bitməmiş X2 S.P.A." ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 245 nömrəli 2 sentyabr 201 haqqında Qərarına əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət basa çatanadək müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir.3-cü il tarixli “Malların müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi Şəxs tərəfindən **********6006 və **********6006 sorğu nömrəli xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş 1 (bir) ədəd istifadə olunmuş iveco (model ML170E21H şassi: ZCFA1RF**********, 5900 kub sm. 2008 buraxılışlı) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri, çiləyici-yuyucu maşın və 1 (bir) ədəd istifadə olunmuş İveco (model ML170E21H şassi: ZCFA1RF**********, 5900 kub sm. 2008 buraxı lışlı) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri, çiləvici-yuvucu maşın yükünün ümumi dəyəri 56320 avro yəni 63529 manat təşkil edir. Bununla da o, İXM-in 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, № 00100-00095/23 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 499.2-ci maddəsinə əsasən aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması və ya bu əraziyə qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyənnaməsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 56320 avro (63529 manat) dəyərində 1 (bir) ədəd istifadə olunmuş “İveco (model ML170E21H şassi: ZCFA1RF**********, 5900 kub sm. 2008 buraxılışlı) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri, çiləyici-yuyucu maşın” və 1 (bir) ədəd istifadə olunmuş “İveco (model ML170E21H şassi: ZCFA1RF**********, 5900 kub sm. 2008 buraxılışlı) xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi, çiləvici-yuyucu maşın” müsadirə edilsin. Həmin əmlaklar məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar