Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6594/2025 08.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 vəkili və etibarnamə üzrə nümayəndəsi “Praym Leqal” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 şikayət ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu Qələbə dairəsi adlanan yerdə avtomobilin arxa yaylarına müdaxilə olunması, saylarının azaldılması ilə bağlı qayda pozulmasını əsas tutaraq YPX inspektoru tərəfindən saxlanılmışam. Barəmdə İXM-nin 342.5-ci maddəsi (konstruksianın digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı) ilə İXP ******* nömrəli inzibati xəta protokolu tərtib edilmişdir. xx.xx.2025-ci il tarixdə TP ******* nömrəli elektron qərar ilə 50 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərardan şikayət etdiyi üçün Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin (hakim Rauf Daşdəmirov) xx.xx.2025-ci il tarixli, 3(004)-3027/2025 nömrəli qərarla şikayət təmin edilmiş və yenidən baxılması üçün Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinə göndərilmişdir. Lakin heç bir araşdırma etmədən eyni mülahizələrlə (sadəcə qərar nömrəsi dəyişməklə) yenidən xx.xx.2025-ci il tarixli, TP7458624 saylı inzibati tənbehetmə haqqında qərar qəbul edilmişdir. Daha əvvəlki şikayətində qeyd etdiyi kimi hadisə zamanı dəfələrlə etiraz edərək, heç bir inzibati xəta törətmədiyini və avtomobilinin heç bir hissəsinə, o cümlədən arxa yaylarına müdaxilə etmədiyini izah etməyə çalışsa da, avtomobilinin dayanacağa aparılması tələbi irəli sürülmüşdür. Avtomobildə ailə üzvlərinin olması və tibbi səbəbdən həkimə getmələri nəzərə alınmamışdır. Mübahisə zamanı polis orqanının 102 xidmətinə şikayət etsə də, şikayətin nəticəsi gözlənilmədən inzibati protokol tərtib olunmuşdur və qərar qəbul edilmişdir. Bundan sonra avtomobilini dayanacaqdan çıxararaq servisə aparsa da, bazar günü olduğu üçün baxış keçirilmədi. Həftənin 1-ci günü, yəni 21,04.2025-ci il tarixdə "KİA Motors Azərbaycan" rəsmi servis mərkəzində avtomobilinə texniki baxış keçirilmiş, heç bir müdaxilənin və nasazlığın olmadığı müəyyən edilmiş və bu barədə rəsmi arayış verilmişdir. Texniki baxış prosesi video ilə də qeydə alınmışdır. Barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraat vəzifəli şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla aparılmışdır. Belə ki, İXM-nin 96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz, edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda avtomobili dayanacaqdan çıxarmaq qanunla müəyyən edilməmişdir. Halbuki, o, protokol tərtib edildikdən dərhal sonra avtomobili idarə etmişdir. Belə olan təqdirdə avtomobilin müvəqqəti saxlanc dayanacağına aparılması da qanunsuz olmuşdur, çünki faktiki olaraq nəqliyyat vasitəsi istismar üçün təhlükə törətmirdi. Protokol tərtib edildikdən dərhal sonra avtomobili idarə etməyim də sübut edir ki, nəqliyyat vasitəsinin istismarı üçün təhlükə yox idi, belə olan halda avtomobilin saxlanması qanunsuz olmuşdur Həmçinin Polis İdarəsinin 102 xidmətinə şikayət etdiyim halda şikayətin nəticəsi yekunlaşmadan YPX inspektoru tərəfindən qərar qəbul etmişdir. Halbuki, inzibati xəta barədə verilmiş şikayət araşdırılmadan qərar çıxarıla bilməzdi. Amma şikayətinə baxılmadan, dərhal qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 vəkili və etibarnamə üzrə nümayəndəsi “Praym Leqal” Vəkil Bürosunun vəkili Vəkil şikayətin məzmununa uyğun çıxış edərək, barəsində qəbul edilmiş oğlu Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2025ci il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X2 istifadəsində olan “KİA Cerato” minik markalı, **-XJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə saat 13:00-da Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi ünvanında nəqliyyat vasitəsini idarə edərkən konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 3(004)-3027/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət qismən təmin edilmiş, iş yenidən araşdırılması üçün inzibati orqana geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş “KİAMOTORS AZƏRBAYCAN” tərəfindən verilmiş 210425-r022 nömrəli, xx.xx.2025-ci il tarixli təmir kartından görünür ki, həmin tarixdə servis tərəfindən “KİA Cerato” minik markalı, **-XJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa purjunlarının sazlığı yoxlanılmış və sayının yerində olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş video diskə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, “KİA Cerato” minik markalı, **-XJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə texniki baxış keçirilmiş və hər hansı nasazlıq aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə X1 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. R.İsmayılov Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Daha sonra həmin qərardan məhkəməyə şikayət verilmiş Bakı şəhəri Yasamal rayon məhkəməsinin 3(004)-3027/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün inzibati orqana geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixdə inzibati orqan tərəfindən yenidən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, X2 barəsində qəbul edilmiş qərarda inzibati xətanın konkret olaraq nədən ibarət olması qeyd edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinin dispozisiyasında qeyd edilmiş halların, yəni hansı normativ tələblər pozulmasını müəyyən etmədən müvafiq mütəxəssis rəyi alınmadan əsassız olaraq X1 barəsində inzibati qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında protokol tərtib etmiş şəxsdən məhkəməyə videogörüntü və ya səs yazısının təqdim olunması tələb olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, R.İsmayılovun istifadəsində olan avtomobilin avtomobilin arxa yaylarına müdaxilə olunması, saylarının azaldılması ilə bağlı onun nasaz olması və ya işlək vəziyyətdə olmaması məhkəmədə öz təsdiqini tapmamışdır. R.İsmayılovun əməlində inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatın başlanılması üçün kifayət qədər əsasların olması səlahiyyətli vəzifəli şəxs tərəfindən tam yoxlanılmamışdır X1 təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İXMnin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəmə hesab edir ki, hazırki halda şikayətçi öz təqsirsizliyini sübut etməyə borclu deyildir, əksinə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan şəxsin təqsirli olmasını əks etdirən mötəbər sübutları məhkəməyə təqdim etməyə borclu olduğu halda, bunu etməmişdir. Beləliklə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər sübutlarla müşayiət olunmadığından sözügedən qərar ləğv edilməli, şikayət isə əsaslı hesab edilərək təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində tərtib edilmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-6594/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6594/2025
08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver