Məhkəmə qərarları › İş №3(004)-660/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-660/2023

24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-660/2023 24.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi ilə, «X1 S.P.A şirkəti»nin Azərbaycan Respublikasındaki filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 499.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «X1 S.P.A şirkəti»nin Azərbaycan Respublikasındaki filialının Azərbaycan Respublikası İXMnin 499.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "X1 S.P.A.” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ (**********) tərəfindən **********5148 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddəti xx.xx.2018-ci il tarixində bitmiş, lakin şirkət tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi tamamlanmamışdır. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********5148 sorğu nömrəli xx.xx.2012-ci il tarixli gömrük bəyannaməsi ilə müvafiq olaraq müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş 1 (bir) ədəd Volvo F16, A46/1FL (model şassi: YV2H3A2A4MA352171, 1991 buraxılışlı) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitəsi yükünün müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2018-ci il müəyyən edilmişdir. Lakin, müvəqqəti idxal müddətinin xx.xx.2018-ci il tarixində bitməsinə baxmayaraq **********5148 sorğu nömrəli xx.xx.2012-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş 1 (bir) ədəd Volvo F16, A46/1FL (model şassi: YV2H3A2A4MA352171, 1991 buraxılışlı) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitəsi yükünün müvəqqəti idxal müddəti bitməmiş X1 S.P.A." ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Şəxs tərəfindən **********5148 sorğu nömrəli xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş 1 (bir) ədəd Volvo F16, A46/1FL (model sassi: YV2H3A2A4MA352171, 1991 buraxılışlı) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitəsi yükünün ümumi dəyəri 38000 avro 41893.80 manat təşkil edir. Nəticədə «X1 S.P.A şirkəti»nin Azərbaycan Respublikasındaki filialı tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi müəyyən edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə (hüquqi şəxs) və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, «X1 S.P.A şirkəti»nin Azərbaycan Respublikasındaki filialının Azərbaycan Respublikası İXM-in 499.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinə əsasən aparılması və va qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və va bu əraziyə qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 245 nömrəli 2 sentyabr 2013-cü il tarixli “Malların müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilməsi Qaydaları’’nın təsdiq edilməsi haqqında Qərarına əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən «X1 S.P.A şirkəti»nin Azərbaycan Respublikasındaki filialının əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, «Uninet” MMC Azərbaycan Respublikası İXM-nin 499.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 499.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «X1 S.P.A şirkəti»nin Azərbaycan Respublikasındaki filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan malın dəyərinin 70 (yetmiş) faizi həddində, yəni 29326 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar