Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6605/2024 17.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, şikayətçi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 23958320 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 23958320 saylı qərarından şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 23958320 saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-5878/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 23958320 saylı qərarından verdiyi şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onun mobil telefonuna Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə prospekti ərazisində inzibati xəta törətməyi iddiası ilə onun barəsində xx.xx.2024-cü il tarixli EQ23958320 saylı inzibati xətaya dair elektron protokol tərtib edildiyi və həmin tarixli protokol üzrə, xx.xx.2024-cü il tarixli cərimə qərarı qəbul edildiyi bildirilmişdir. Halbuki şəxs xx.xx.2024-cü il tarixli EQ23958320 saylı elektron protokol üzrə qeyd edilən tarixdə, yəni xx.xx.2024-cü il tarixində həmin ərazidə olmamışdır. Bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.11ci maddəsinə əsasən, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli EQ23958320 saylı elektron protokol xx.xx.2024-cü il tarixli müvafiq elektron qərarın ləğv edilməsinə dair ərizə ilə Polis Orqanına müraciət etmişdir. Polis Orqanının xx.xx.2024-cü il tarixli, 3-13-16/2-R- 1642xx/xx/2024 saylı məktubu ilə, qeyd edilən şikayətin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X8 Şöbəsinə göndərildiyi bildirilmişdir. Lakin Yasamal Rayon Polis idarəsinin X8 Şöbəsindən o heç bir araşdırılmaya dəvət olurmamış və ona qeyd edilən şikayətilə bağlı hər hansı məlumat verilməmişdir. Nəhayət xx.xx.2024cü il tarixdə Yasamal Rayon Polisi İdarəsinin X8 Şöbəsinə yaxınlaşaraq, polis orqanının xx.xx.2024-cü il tarixli, 3-13-16/2-R-1642xx/xx/2024 saylı məktubu üzrə hər hansı araşdırılma başladılıb-başladılmaması barədə məlumat almışdır. Yasamal Rayon Polis İdarəsinin X1 şifahi olaraq bildirmişlər ki, polis orqanının xx.xx.2024-cü il tarixli, 3-13-16/2- R-1642xx/xx/2024 saylı məktubu üzrə araşdırma, şöbənin Səlim Abbasov adlı əməkdaşı tərəfindən aparılmaqdadır (işin xx.xx.2024-cü il tarixdən həmin əməkdaşın icraatıda olduğu bildirildi). Bundan sonra o, icraatında şikayətilə bağlı müvafiq iş olan həmin polis əməkdaşı Səlim Abbasovu axtarsa da Şöbədə həmin əməkdaşı tapa bilməmişdir. Daha sonra polis şöbəsinin dəftərxanasından ona barəsində şikayət verdiyi elektron qərarın dəyişdirilmədiyi, cərimə qərarının qüvvədə saxlanıldığı bildirildi. O şikayəti üzrə başladılan araşdırmaya dəvət olunmadığını, bele bir araşdırma ilə bağlı ona hər hansı bildiriş verilmədiyini bildirdikdə isə, polis şöbəsinin əməkdaşları ona lüzum görmədiklərini və icraatlarında olan araşdırmaları maraqlı tərəfi dəvət etmədən və ona hər hansı məlumat vermədən apardıqlarını qeyd etdilər. O, bu halın prosessual qanunvericiliyin tələbləri ilə ziddiyət təşkil etdiyini, aparılacaq icraat barədə qanunvericiliyin konkret müəyyənləşdirdiyi tələblər olduğunu bildirsə də həmin polis əməkdaşları yenə də öz dediklərində israr etdilər. Beləliklə, xx.xx.2024-cü il tarixində Yasamal Rayon Polis İdarəsinin X3 şifahi olaraq bildirildi ki, xx.xx.2024-cü il tarixli EQ23958320 saylı inzibati tənbeh olunmağıyla bağlı qərar qüvvədə saxlanılmışdır. O, qeyd edilən qərarın qüvvədə saxlanılması ilə bağlı polis orqanının araşdırmasına dair yekun qərarı tələb etdikdə isə, onlar belə bir qərarın da qəbul edilməsini lüzumsuz hesab etdiklərini və buna görə də yeni qərar qəbul etmədiklərini bildiridilər. Polis orqanı, ünvanladığı şikayət ərizəsinə qanunvericiliyin tələbinə zidd olaraq baxmadığından, polis orqanının qeyd edilən qanunsuz qərarını məhkəmə qaydasında mübahisələndirməklə, işə məhkəmə qaydasında baxılması üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, ona əvvəldən qanunsuz protokol və inzibati tənbeh vermə barədə qərar tərtib edildiyindən, xx.xx.2024-cü il tarixli EQ 23958320 saylı elektron protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə barədə elektron qərar ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Qeyd edildiyi kimi ona tərtib olunmuş elektron protokolda və qəbul edilmiş elektron qərarda, inzibati xətanın xx.xx.2024-cü il tarixdə qeydə alındığı və həmin tarixdə də qərar qəbul edildiyi bildirilmişdir. Lakin o xx.xx.2024-cü il tarixdə ümumiyyətlə həmin ərazidə olmamış, qeyd edilən ərazidə o, xx.xx.2024-cü il tarixdə olmuşdur. xx.xx.2024-cü il tarixdə xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanmış hər hansı qayda pozuntusu olsa idi belə qanunvericiliyin tələbi ilə həmin qayda pozuntusu üzrə müvafiq qərar da elə real vaxt rejimində, yəni xx.xx.2024-cü il tarixdə qəbul edilməli idi. Polis orqanı isə qanunvericiliyin tələbinə zidd olaraq, xx.xx.2024-cü il tarixdə qayda pozuntusu etməyi iddiası ilə inzibati tənbeh barədə elektron protokol və qərar qəbul etmişdir. Elə polis orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə baş verdiyi iddia edilərək tərtib edilmiş elektron protokola da xx.xx.2024-cü il tarixə aid foto görüntü əlavə edilmişdir. Bu halda isə qanunvericiliyin tələbi üzrə mənə hər hansı tənbeh qərarı tərtib edilməsi mümkün deyildir (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.11-ci və 122.1-ci maddələri). Bu səbəbdən ona qanunsuz və əsassız protokol tərtib edildiyindən, qanunvericiliyin tələbi üzrə həmin protokol və inzibati tənbeh qərarı ləğv edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş qərardan şikayət vermiş X4 şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024cü il tarixli, EQ 23958320 saylı qərardan görünür ki, X4 tərəfindən xx.xx.2024-cü il tarixdə 08:13 radələrində idarə etdiyi “Kia Sorento” minik markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən A.M.Şərifzadə küçəsi – N.Hikmət küçələrinin kəsişməsində yol nişanlarının tələblərinə riayət etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Halbuki məhkəmə iclasında təqdiq edlmiş hadisəni özündə əks etdirən fotoşəkildən görünür ki, X2 idarə etdiyi avtomobil sözügedən ərazidə xx.xx.2024-cü il tarixdə deyil xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində hərəkətdə olmuşdur. Yuxarıdakı mötəbər sübutdan görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 23958320 saylı qərarında X4 tərəfindən A.M.Şərifzadə küçəsi – N.Hikmət küçələrinin kəsişməsində xx.xx.2024-cü il tarixində törədilməsi qeyd edilən inzibati xəta hadisəsinin baş verməsi və Q.Rüstəmov tərəfindən həmin xətanın törədilməsi birmənalı olaraq istisna olunur. Belə olan halda məhkəmə hesab edir ki, Q.Rüstəmovun inzibati xətanın törətməsi halı müəyyən edilməmişdir və ona görə də, o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəməyə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təsdiq edən sübut təqdim olunmamışdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 23958320 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 23958320 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-6605/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6605/2024
17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver