Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6605/2025 07.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X5, Şəxs PHŞ-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs PHŞ (VÖEN: **********, hüquqi ünvanı: AZ1065, Bakı Şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr., Ev 206a) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs PHŞ barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 12 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Şəxs PHŞ tərəfindən vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 13-cü maddəsinin 2-ci hissəsinə əsasən Respublika Pediatriya Mərkəzi PHŞ-ya 3-17-5/2- 66096/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu üzrə qeyd edilən sənədlər 7 (yeddi) iş günü DƏMX-nin BŞİ-nə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X8 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs PHŞ barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, Şəxs PHŞ-nin hüquqi ünvanı olan Bakı Şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr., Ev 206a ünvanına müraciət ünvanlanmışdır. Ayrıca olaraq isə hüquqi şəxsin elektron kabinetinə də malumat yerləşdirilmişdir. Hüquqi şəxs hüquqi ünvanında fəaliyyət göstərmirsə vergi orqanında müvafiq dəyişikliyi etdirməyə və müvafiq qaydada kreditorlarını və dövlət qurumlarını məlumatlandırmağa borcludur. Hər bir hüquqi şəxsin ayrı-ayrılıqda harada faktiki olaraq fəaliyyət göstərməsini müəyyən etmək, axtarıb tapmaq mümkün olmamaqla yanaşı, bu inzibati orqanının vəzifəsi deyildir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs PHŞ-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərtib edilmiş protokola etiraz edərək bildirmişdirlər ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs PHŞ barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə qərardad və işin materialları xx.xx.2025-ci il tarixdə aidiyyatı üzrə baxılması üçün Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilmiş və Yasamal Rayon Məhkəməsinin hakimi cənab Rəşad Cavadzadənin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin inzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilmişdir. Buna səbəb vətəndaş X2 Şəxs PHŞ-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə ünvanlandığı müraciət əsasında müvafiq sənədlərin təqdim edilməsinə dair həmin Xidmətin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/ə-6609/2025 nömrəli məktubuna Şəxs PHŞ-də baxılmaması olmuşdur. Aşağıdakılara əsasən hesab edirəm ki, inzibati xəta haqqında materiala baxılmamalı, əsassız və qanunsuz olduğundan həmin materiala baxılmasından imtina edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Şəxs PHŞ 08 aprel 2024-cü il tarixdən fəaliyyət göstərir və həmin vaxtdan da ünvan 3 ünvanında yerləşən Ə.Qarayev adına X4 yerləşir və həmin ünvana qeyd olunanlarla bağlı X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hər hansı bir məktub daxil olmamışdır.Formal olaraq Mərkəzin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 206 A ünvanı qeyd edilsə də, X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən göndərilmiş məktublar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-ə və Mərkəzə çatdırılmamışdır. X6 Xidmətinin Bakı şəhər idarəsinin məhkəməyə təqdim edilmiş “Göndərişlərin izlənilməsi”nə əlavə edilmiş siyahı ilə də müəyyən edilir ki, həmin məktub yalnız poçt şöbəsinə daxil olmuş və Mərkəzə çatdırılmamışdır. Nəticədə qeyd olunanlarla bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-ə və Mərkəzə X6 Xidmətinin Bakı şəhər idarəsinin məktublarından və vətəndaş X2 həmin xidmətə müraciətindən xəbərsiz olmuşuq. Bundan başqa, Şəxs PHŞ-ə ünvanlanmış X6 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/ə-6609/2025 nömrəli məktubu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-in və Mərkəzin də qoşulduğu X1 Dövriyyəsi vasitəsilə təqdim edilməmiş, yəni həmin məktub qeyd olunan müvafiq sistemə yüklənilməmişdir. Şəxs PHŞə ünvanlanmış X6 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/ə- 6609/2025 nömrəli məktubu X1 Dövriyyəsi vasitəsilə təqdim edilərsə, orada sorğu edilən müvafiq sənədlərin tərəfimizdən qısa müddətdə göndərilməsi təmin ediləcəkdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs PHŞ tərəfindən vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 13-cü maddəsinin 2-ci hissəsinə əsasən Respublika Pediatriya Mərkəzi PHŞ-ya 3-17-5/2-66096/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu üzrə qeyd edilən sənədlər 7 (yeddi) iş günü DƏMX-nin BŞİ-nə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidmətinin Şəxs PHŞ-nə ünvanlanan 3-17-5/2-66096/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubundan görünür ki, X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 13-cü maddəsinin 2-ci hissəsinə əsasən Respublika Pediatriya Mərkəzi PHŞ-ya 3-17-5/2-66096/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu üzrə həmin şəxsə aid əmək müqaviləsinin surəti, kollektiv müqavilə, əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər və vətəndaşın müraciətində qeyd edilən məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunun DƏMX-nin BŞİ-nə təqdim edilməsi xahiş olunmuşdur. “Poçt göndərişlərinin izlənilməsi” sistemindən görünür ki, SS693975992AZ kodlu məktub xx.xx.2025-ci il tarixdə saat 12:16-da Şəxs PHŞ-yə çatdırılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs PHŞ tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən maddə üzrə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidmətinin Şəxs PHŞ-nə 3-17- 5/2-66096/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubu ilə müraciət edilərək X3 aid əmək müqaviləsinin surəti, kollektiv müqavilə, əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər və vətəndaşın müraciətində qeyd edilən məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunun DƏMX-nin BŞİ-nə təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan “poçt göndərişlərinin izlənməsinə” dair məlumatlardan da görünür ki, 3-17-5/2-66096/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubu Şəxs PHŞnin hüquqi ünvanına göndərilmiş və həmin ünvanda xx.xx.2025-ci il tarixdə saat 12:16-da təhvil alınmışdır. Buna baxmayaraq inzibati xəta haqqında protokolda qeyd olunan nöqsan Şəxs PHŞ tərəfindən aradan qaldırılmamışdır. Digər tərəfdən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati orqan tərəfindən göndərilən məktubun hüquqi şəxsə çatdırılmaması məzmununda olan etirazına münasibətdə bildirir ki, həmin fakt “poçt göndərişlərinin izlənməsi” altsistemindən əldə edilmiş çıxarışlarla təkzib olunmuşdur. Belə ki, həmin çıxarışlarla müəyyən edilmişdir ki, inzibati orqan tərəfindən göndərilən sorğu xarakterli məktub Şəxs PHŞ-nin hüquqo ünvanına göndərilmiş və ünvana çatdırılmışdır. Belə olan halda məhkəmə “poçt göndərişlərinin izlənməsi” altsistemində olan məlumatları daha mötəbər hesab edir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs PHŞ-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Respublika Pediatriya Mərkəzi” PHŞ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-6605/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6605/2025
07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver