Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-662/2023 01.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1957-ci il tarixdə Füzuli rayonu, Qərbənd kəndində anadan olmuş, evli, Füzuli rayonu, Qərbənd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yerləşən iaşə obyektində plandankənar yoxlamanın aparılması məqsədi ilə 24 yanvar 2023 və 26 yanvar 2023-cü il tarixlərində baxış keçirilməsinə maneçilik törədilmiş, baxışın keçirilməsinə şərait yaratmasının təmin edilməsi barədə yoxlayıcıların tələblərinə əməl edilməmişdir. Bununla da o, İXM-in 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) nümayəndəsi X3 məhkəmə iclasında bildirdi ki, xx.xx.2023-cü il tarixli YPK/0009-23 nömrəli “Yoxlamanın aparılması haqqında” qərarına əsasən ünvan 1 ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şəxs məxsus iaşə obyektində plandankənar yoxlama keçirilməsi nəzərdə tutlmuşdur və xx.xx.2023-ci il tarixdə əməkdaşlar olmuş, obyektin yiyəsi orada olmadığından, onunla telefon əlaqəsi saxlanılmış, obyektin sahibi bildirmişdir ki, xx.xx.2023-ci il tarixdə yenidən ora gəlsinlər obyektə baxışa icazə verəcək, lakin o orada olmadığı təqdirdə işçilərinə icazə vermədiyi üçün, işçiləri onları obyektə buraxılmamışlar. xx.xx.2023-cü il tarixdə plandankənar yoxlama keçirilməsi üçün yenidən obyektə gəlmişlər, lakin Şəxs yenə də obyektdə gəlməmiş və yoxlamanın aparılması məqsədi ilə baxışın keçirilməsinə şərait yaradılmamışdır. Ona görə də tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Həmçinin Şəxs iş materiallarında olan yaşayış ünvanına bildiriş göndərilmiş, bundan əlavə onun mobil telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, bu barədə SMS xəbərdarlığının AZEMİS vasitəsilə göndərilməsinə dair bildirişi vasitəsilə xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmişdir. İXM-in 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, xx.xx.2023-cü il tarixli aktla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Eyvazov X2 Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 manat (dörd yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-662/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-662/2023
01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver