Məhkəmə qərarları › İş №3(004)-6637/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6637/2025

01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6637/2025 01.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X8 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası X9nin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Kürdəmir rayonu, Sığırlı kəndində anadan olmuş, subay, Kürdəmir rayonu, Sığırlı Ərazi Dairəsi, Sığırlı kəndində qeydiyyatda olan X6 (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə X9 Bakı Şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 tərəfindən xx.xx.2025-ci il tarixdə saat 15:42 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi ünvanında “77 BAZAR” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) nümayəndəsi, Azərbaycan Respublikası X9nin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi Nümayəndə bildirdi ki, X2 haqqında Qanunun tələblərini pozaraq, protokolda göstərilən ünvanda “77 BAZAR” adlı obyektdə müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmiş, həmin şirkətə müvafiq icazə sənədi almaq təklif edilsə də, bundan yayınmışdır. Belə ki, iş materiallarına əlavə edilən sənədlərdən görünür ki, göstərilən dövr üçün hansı məbləğdə dövlətin hesabına ödəniş edilməlidir. Lakin vətəndaş obyektin üzərində reklam yerləşdirməsinə baxmayaraq həmin ödənişi etməkdən imtina etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan X4 ünvanlanmış xx.xx.2025-ci il tarixli göstərişin sürətindən görünür ki, Azərbaycan Respublikası X9nin ünvan 1 ünvanında “77 Bazar” adlı obyektin üzərində "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirildiyi aşkar edilmiş və bu barədə xx.xx.2025-ci il tarixli Akt tərtib edilmişdir. "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası"nın 3-cü bəndini rəhbər tutaraq xx.xx.2025-ci il tarixli Aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması tələb edilir. Əks təqdirdə, müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən 1 iş günü ərzində barənizdə inzibati xəta haqqında protokol tərtib ediləcəkdir. Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi inzibati xəta kimi müəyyən edilmişdir. X3 həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş “77 BAZAR” adlı obyektin üzərindəki reklam barədə çəkilmiş fotoşəkillər, X9 Bakı Şəhəri Reklam İdarəsinin X4 ünvanladığı xx.xx.2025-ci il tarixli göstərişlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Həmçinin o, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq həmin inzibati xətanı vəzifəli şəxs kimi törətmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat (bir min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar