Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6646/2022 16.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Müdafiəçi: X2 iştirakı ilə, xx.xx.1993-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 92A, mənzil 654 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:40 radələrində Yasamal rayonu, H.ünvan 1 ünvanında, həyətdə nənəsi X3 ünvanına işverən, kaftar sözləri deməklə, bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bununla da o, İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətmədiyini bildirdi. Göstərdi ki, ailədaxili münaqişə vardır. Süsən Qasımova onun nənəsidir. 2 layısı və 1 xalası vardır. Bir binada yaşayırlar, hündürmərtəbəli binadır, alt-alta mərtəbələrdə yaşayırlar. 1 dayısı və anası ilə digər dayısı, xalası və nənəsinin münasibətləri pisləşmişdir. Nənəsinin şikayəti əsasında onu və atasını Sumqayıt polis idarəsində xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək saxlamışlar. xx.xx.2022-ci il tarixdə evə buraxılmışdır. xx.xx.2022-ci il tarixdə rayondan qohumları gəlmişdir ki, ona baş çəksin, axşamtərəfi olardı, o da həyətə düşmüşdür ki, həmin qohumlarının veşlərini evə, yuxarı qaldırmağa kömək etsin. Həmin vaxtı nənəsi və digər dayısının 2 qızı da həyətdə görmüşdür. Bu vaxtı nənəsi onun üzərinə tərəf gəlmiş, o da nənəsindən uzaqlaşmış, nənəsinin ona yaxınlaşmaması üçün, nənəsinin şikayətçil adam olduğu üçün, nənəsinə demişdir ki, yaxınlaşma, atasını və onu şikayət edib tutdurduğu üçün nənəsinə işverən demiş, əsəbləşdiyi üçün, həm də kaftar demişdir. Bundan sonra yuxarıya qalxmışdır. Nənəsinə hər hansı bir yumurta və ya kartof, digər hər hansı bir əşya atmamışdır. Nənəsi yaxşı nənə olmuşdur, onların qayğısına qalmışdır, lakin son vaxtlar nənəsinin xəstəlikdən müalicə aldığını, həm də ailədaxili münaqişələr olduğu üçün, nənəsinin ona qarşı münasibəti pisləşmişdir. Nənəsinin şikayəti əsasında onun və atasının tutulmasından təsirləndiyindən, bunun təsiri altında belə ifadələr işlətmişdir. Əsəbi olub nənəsinin ünvanına işlətdiyi ifadələrə görə peşmandır, nənəsindən dönə dönə üzr istəyir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 18:40 radələrində oğlu Elxan Qasımov və nəvəsi Şəxs xx.xx.2022-ci il tarixdə qabaqcadan əlbir olduqları bir qrup şəxslərlə kiçik oğlu İmran Qasımovdan hədə qorxu ilə pul və əmlak tələb etmələri və barəsində rüsvayedici məlumatlar yayacaqları ilə hədələyərək əmlakını ələ keçirmələri barədə Sumqayıt şəhər Polis İdarəsində istintaq edilən cinayət işinin icrası ilə bağlı 48 saat Polis İdarəsində saxlandıqlarına görə yaşadıqları binanın həyətində nəvələri Fatimə və Zəhra ilə birlikdə olduğu zaman əvvəlcə oğlu Elxan Qasımov onun üzərinə hücum etmiş, ona təhqiredici sözlər demiş, Elxan getdikdən sonra nəvəsi Səbuhi onun üzərinə hücum etmiş, onu ölümlə hədələmiş, ona nalayiq söyüşlər söymüş, sonradan Səbuhi yaşadığı həmin binanın 13-cü mərtəbədə yerləşən mənzilə qalxaraq mənzilin pəncərəsindən onların üzərlərinə müxtəlif əşyalar və yumurtalar atmışdır. O, yuxarı baxan zaman həmin əşya və yumurtaları Səbuhinin atdığını görmüş və Səbuhini tanımış, hətta həmin vaxt Səbuhinin yanında bir nəfər başqa şəxsin olduğunu, əşyaları və yumurtaları atan zaman gülüşdüklərini eşitmiş və görmüşdür. Səbuhinin atdığı yumurtalardan biri onun kürək nahiyəsinə dəymiş, qırılıb paltarına yaxılmışdır, o fiziki ağrı keçirmişdir. Nəvələri Fatimə və Zəhra da Səbuhinin hərəkətlərinin şahidləridir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin sahə inspektoru Pərviz Qəmbərov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:52 radələrində Yasamal rayonu, H.ünvan 1 ünvanında nənəsi Süsən Qasımovaya hücum etmiş, onun üzərinə yumurta atmış, onun barəsində vermiş şikayətin geri götürülməsini tələb etmiş, onu ölümlə hədələmiş, bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı Rahid Xanlarovun xx.xx.2022-ci il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir İş materiallarındakı xx.xx.2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 16:05 radələrində tutulmuşdur. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Həmçinin Şəxs zərərçəkmiş X3 üzərinə yumurta atması, kartof və ya digər əşyalar atması ilə bağlı dəlillər məhkəmədə öz təsdiqini tapmadı. Çünki S.Qasımova bildirsə də ki yumurtalardan biri onun üzərinə düşmüşdür, qırılıb paltarına yaxılmışdır, bununla belə yumurtanın qırılıb onun paltarına yaxılması ilə bağlı hər hansı bir maddi sübut yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını, nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs həbsdən dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-6646/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6646/2022
16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver