Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6649/2022 13.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Qərarından şikayət verilmiş orqanın nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Bakı şəhər X9 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X5 Bakı şəhər X9 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 13.05 tarixlərində Moskva prospektində ** XO *** nömrəli minik avtomobilində ** GT *** nömrəli avtomobillə qəza keçirmişdir. Hadisə yerinə 102 xidməti vasitəsi ilə yol patrul inspektoru mayor Abdullayev Fikrət gəlmişdir. Səhəri gün onlar DYPİ-ə getmişdirlər. Kamera görüntülərin birlikdə izləmişdirlər və o özünün günahsız oğludu qənaitinə gəlmişdir. Buna baxmayaraq onu günahlı çıxarıb ona protokol yazmışdırlar. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin iştirakı olamadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şikayət verilən orqanın nümayəndəsi X4 bilidirmişdir ki, sürücü X5 15 noyabr 2022-ci il tarixində saat 13:00 radələrində idarə etdiyi AUDİ Q7 minik markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu Moskva prospektində hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək özündən sağda eyni istiqamətə hərəkət edən X2 idarə etdiyi OPEL ASTRA minik markalı **-GT-*** dövlət qeydiyyat nişanı avtomobilin sol hissəsinə dəyərək yol nəqliyyat hadisəsi törətmişdir. Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsinin yol nəqliyyat hadisələri üzrə inspektoru polis polkovnik-leytenantı Fikrət Abdullayev tərəfindən aparılan araşdırma zamanı və DİN Təhlükəsiz şəhər müşahidə-nəzarət kamerasının görüntülərinə baxış keçirilmiş və məlum olmuşdur ki, 15 noyabr 2022-ci il tarixində Bakı şəhəri Yasamal rayonu Moskva prospektində Bakı-Sumqayıt yoluna doğru mexaniki nəqliyyat vasitələrinin hərəkət istiqaməti intensiv olan halda AUDİ Q7 minik markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü M.K.Vəliyev yol hərəkəti qaydasını pozaraq özündən sağda hərəkət edən OPEL ASTRA minik markalı **-GT-*** dövlət qeydiyyat nişanı avtomobilə yol verməyərək yol nəqliyyat hadisəsi törətmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 şikayəti əsassızdır onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli tənbeh vermə haqqında Qərar qanuni və əsaslı olduğundan onun ləğv edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş X3 Bakı şəhər X9 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarından görünür ki, X5 xx.xx.2022-ci il tarixdə 13:00-da Yasamal rayonu, Moskva prospektində “Audi Q7” minik markalı **-XO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsinə görə barəsində protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş (qərar qəbul etmiş orqan tərəfindən təqdim edilmiş) bir ədəd DVD diskə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, M.Vəliyevin xx.xx.2022-ci il tarixdə, saat 13:00 radələrində idarə etdiyi “Audi Q7” minik markalı **-XO-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Yasamal rayonu, Moskva prospektində inzibati xəta törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət yaradır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin V- ci hissəsinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsaəsn Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhər X9 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Bakı şəhər X9 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-6649/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6649/2022
13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver