Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6658/2024 09.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Bakı şəhəri,Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)- 2102/2018 saylı icra vərəqəsinin icrasından yayınması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru P.Paşa bildirmişdir ki, Bakı şəhəri,Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)- 2102/2018 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs heyvanların dəyəri üzrə 10000 (on min) ABŞ dolları və faiz üzrə 2666,67 (iki min altı yüz altmış altı dollar altmış yeddi sent) ABŞ dolları olmaqla,cəmi 12666,67 (on iki min altı yüz altmış altı dollar altmış yeddi sent) ABŞ dolları borc icra vaxtı manata olan məzənnə ilə alınıb iddaçı X2 verilməsi qət edilmişdir. Şəxs 10 gün müddətində tələbin könüllü icrasını təmin etməsi təklif olunmuşdur. Bu səbəblə tələbin könüllü təmin edilməsi üçün cavabdehə bildiriş göndərilmişdir. Lakin tələbin icrası mümkün olmamışdır. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, hec bir tələbi təmin etməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Buna görə də onun barəsində protokol tərtib edilmişdir. Borclu 12666,67 ABŞ dollar məbləğində borcundan 1000 manat ödəniş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında inzibati xəta üzrə özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, icra sənədi barədə xəbərdardır. İcra sənədi üzrə bu günə kimi heç bir ödəniş etməmişdir. Ödəməmə səbəbi kimi imkanının olmamasını əsas gətirmişdir.O, bildirmişdir ki, hazırda 1000 manat ödəniş etmişdir və qalan məbləği hər ay 250 manat olmaqla ödəyəcəkdir. O, icra sənədinin icrasından yayınmır və ən qısa vaxtda borcunu ödəyəcəkdir, sadəcə olaraq hazırda maddi imkanı olmadığı üçün hissə-hissə ödəyə bilir. Məhkəmə icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, icra işinin materiallarından görünür ki, Bakı şəhəri,Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-2102/2018 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs heyvanların dəyəri üzrə 10000 (on min) ABŞ dolları və faiz üzrə 2666,67 (iki min altı yüz altmış altı dollar altmış yeddi sent) ABŞ dolları olmaqla,cəmi 12666,67(on iki min altı yüz altmış altı dollar altmış yeddi sent) ABŞ dolları borc icra vaxtı manata olan məzənnə ilə alınıb iddaçı X2 verilməsi qət edilmişdir. Şəxs 10 gün müddətində tələbin könüllü icrasını təmin etməsi təklif olunmuşdur. Bu səbəblə tələbin könüllü təmin edilməsi üçün cavabdehə bildiriş göndərilmişdir. Lakin tələbin icrası mümkün olmamışdır. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, hec bir tələbi təmin etməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Buna görə də onun barəsində protokol tərtib edilmişdir. Hazırda borclunun 12666,67 ABŞ dolları borcu vardır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X3 tərəfindən icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən icra şöbəsinin depozit hesabına 1000 (bir min manat) məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1 və 44.1.3-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardan biri də könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, hazırkı halda icra məmuru tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan əsasları mövcud deyildir. Məhkəmə eyni zamanda qeyd edir ki, icra sənədi üzrə borclu şəxs tərəfindən hazırda 1000 manat məbləğində vəsaitin ödənilməsi və hər ay mütəmadi olaraq 250 manat məbləğində hissə-hissə ödəniş edəcəyinə söz verilməsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1 və 53.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda Şəxs qərəzli şəkildə icra sənədinin icrasından boyun qaçırması, yəni icra sənədinin icrasından əsassız yerə yayınmaq faktı aşkar edilmədiyindən inzibati xəta hadisəsi yaranmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-6658/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6658/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver