Məhkəmə qərarları › İş №3(004)-6666/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6666/2022

17.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6666/2022 17.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:40 radələrində Yasamal rayonu, Ə.Əhmədov küçəsində etibarnamə ilə idarə etdiyi “Opel Astra minik” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkət zolağında yüksək surətlə avtomobili idarə etmiş, öz istiqaməti üzrə dayanmış “Hyundai” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avotmobilin sol yan hissəsindən vuraraq onunla toqquşmuş və avtomobilin surətini artırıb hadisə yerindən yayınmaq istəyərkən qarşıda dayanmış “Mercedes” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avotmobili qabaq hissəsindən vuraraq yüksək surətlə hərəkət edib qabaq hissəsi ilə toquşmuş və həmin avtomobil zərbədən solda dayanmış “Daewoo” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtobusun sol yan hissəsinə dəyərək toqquşmuşdur. O, qorxduğu üçün hadisə yerindən qaçmışdır, polis əməkdaşları onu saxlamaq istəsələr də, polis əməkdaşlarından da qaçaraq, avtomobili yüksək sürətlə ara yollarda idarə etməsi nəticəsində avtomobili qəflətən sürətləndirməklə təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına səbəb olan avtoxuliqanlıq hərəkətləri törətmişdir. Bununla da ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozmuşdur. Bununla da o, İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi DYPŞ-nin inspektoru Miryusif Seyidov tərəfindən xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, həqiqətən də o, xx.xx.2022-ci il tarixdə saat 13:40 radələrində Yasamal rayonu, Ə.Əhmədov küçəsində etibarnamə ilə idarə etdiyi “Opel Astra minik” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkət zolağında yüksək surətlə avtomobili idarə etmiş, öz istiqaməti üzrə dayanmış “Hyundai” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avotmobilin sol yan hissəsindən vuraraq onunla toqquşmuş və avtomobilin surətini artırıb hadisə yerindən yayınmaq istəyərkən qarşıda dayanmış “Mercedes” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avotmobili qabaq hissəsindən vuraraq yüksək surətlə hərəkət edib qabaq hissəsi ilə toquşmuş və həmin avtomobil zərbədən solda dayanmış “Daewoo” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtobusun sol yan hissəsinə dəyərək toqquşmuşdur. O, qorxduğu üçün hadisə yerindən qaçmışdır. Əməlindən peşmandır. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi DYPŞ-nin inspektoru Miryusif Seyidov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:40 radələrində Yasamal rayonu, Ə.Əhmədov küçəsində etibarnamə ilə idarə etdiyi “Opel Astra minik” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkət zolağında yüksək surətlə avtomobili idarə etmiş, öz istiqaməti üzrə dayanmış “Hyundai” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avotmobilin sol yan hissəsindən vuraraq onunla toqquşmuş və avtomobilin surətini artırıb hadisə yerindən yayınmaq istəyərkən qarşıda dayanmış “Mercedes” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avotmobili qabaq hissəsindən vuraraq yüksək surətlə hərəkət edib qabaq hissəsi ilə toquşmuş və həmin avtomobil zərbədən solda dayanmış “Daewoo” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtobusun sol yan hissəsinə dəyərək toqquşmuşdur. O, qorxduğu üçün hadisə yerindən qaçmışdır. Bununla da ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozmuşdur. İş materiallarında olan hadisənin CD disk yazısına baxış zamanı görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:40 radələrində “Opel Astra minik” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobillə məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda göstərilən əməli törətmişdir. İXM-in 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə yanaşı inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 511.1.3cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 30 (otuz beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixindən, saat 17:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar