Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6674/2024 10.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Eyvazzadə Maya Adil qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən X5 barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş 10 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Yasamal rayon İcra şöbəsinin icra məmuru X9 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2326/2023 nömrəli icra vərəqəsinə əsasən cavabdeh X2 xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 396.50 manat əsas borc, 27.76 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 227.90 manat əsas borc, 15.65 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 48 manat əsas borc, 3.36 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1019.04 manat əsas borc, 71.33 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 6606 manat əsas borc, 462.42 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 385.99 manat əsas borc, 27.02 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 575.97 manat əsas borc, 40.32 manat cərimə borcu olmaqla ümumilikdə 9907.56 (doqquz min doqquz yüz yeddi manat əlli altı qəpik) manat borc və 107 (yüz yeddi) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-3885/2024-cü il tarixli qərarı ilə X5 İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Göstərilənlərə əsasən borclu X5 Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs X5 izahatında göstərmişdir ki, maddi imkanı olmadığından icra sənədi üzrə ödəniş edə bilmir. Göstərilənlərə nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, himayəsində biri azyaşlı olmaqla iki övladı vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq tələbkar "xxxx" MMC-nin nümayənədəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə tələbkar hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 2326/2023 nömrəli icra vərəqəsinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmış və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. X1 tərəfindən İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2023-cü il tarixli, 2(004)-2326/2023 nömrəli Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icra vərəqəsindən görünür ki, cavabdeh X2 xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 396.50 manat əsas borc, 27.76 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 227.90 manat əsas borc, 15.65 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 48 manat əsas borc, 3.36 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1019.04 manat əsas borc, 71.33 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 6606 manat əsas borc, 462.42 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 385.99 manat əsas borc, 27.02 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 575.97 manat əsas borc, 40.32 manat cərimə borcu olmaqla ümumilikdə 9907.56 (doqquz min doqquz yüz yeddi manat əlli altı qəpik) manat borc və 107 (yüz yeddi) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2023-cü il tarixli Yasamal rayon İcra şöbəsinin borclu X4 ünvanladığı tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2326/2023 saylı icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün X4 xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Həmin bildiriş xx.xx.2024-cü il tarixdə X5 tərəfindən imzalanaraq qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli “Borclunun axtarılması haqqında” qərardan görünür ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs X5 barəsində axtarış elan olunmuşdur. xx.xx.2024-cü il tarixli, 8(004)-420/2024-cü il tarixli Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərardadından görünür ki, X3 ölkədən getmək hüququ icra sənədi üzrə tələb icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. xx.xx.2024-cü il tarixli, 3(004)-3885/2024-cü il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarından görünür ki, X5 İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. xx.xx.2024-cü il tarixli, H seriyalı 31862 nömrəli arayışdan görünür ki X3 xx.xx.2024-cü il tarixinə olan borcu 10014.56 (on min on dörd manat əlli altı qəpik) azn təşkil edir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 iyun 2024-cü il tarixli, 3(004)- 3885/2024 saylı qərarından görünür ki, X3 İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, X3 himayəsində biri azyaşlı olmaqla iki uşağı vardır. Beləliklə, müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2326/2023 saylı icra sənədinə əsasən borclu X2 ümumilikdə 9907.56 (doqquz min doqquz yüz yeddi manat əlli altı qəpik) manat borc və 107 (yüz yeddi) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin borclu icra sənədini könüllü icra etməmiş və izahatında bildirmişdir ki, maddi imkanı olduğu təqdirdə icra sənədini icra edəcəkdir. Məhkəmə prosses iştirakçılarının izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu X5 həmin hərəkətləri ilə İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq borc məbləğini ödəməyə cəhd göstərməmiş, həmin borcu ödəməkdən müxtəlif bəhanələrlə indiyə qədər yayınmışdır. Borcun ödənilməməsinin borclunun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıra bilməz. Borclunun məhkəmə qərarını icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Azərbaycan Respublikasının İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən X3 himayəsində bir azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən X3 əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs X3 barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə X3 törətdiyi inzibati xətanın hallarını və İXM-nin 30.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXMnin 528.1-1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-6674/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6674/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver