Məhkəmə qərarları › İş №3(004)-6676/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6676/2022

13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6676/2022 13.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Abşeron rayon Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, o, özünə məxsus olan “Hyundai Elantra” markalı, **-NY-*** nömrə qeydiyyatlı maşını ilə Abşeron rayonu Saray qəsəbəsinin girişinə doğru hərəkət edirdi. Bu zaman Abşeron rayon DYPİ Yol patrul xidməti inspektoru polis baş serjantı X6 ona saxla əmri verdi. O, saxla əmrinə tabe olaraq maşınını saxladı. Yol patrul xidmətinin əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etdi daha sonra onun İXM-nin 342.2.2-ci maddəsinin tələbini pozduğunu dedi. Səbəb isə “Hyundai Elantra” markalı maşınına 220/40/R18 ölçülü disk-təkər qoymağıdır. O, dəfələrlə X5 “18”lik disk təkər Elantra üçün uyğundur və istehsalçı belə bu modellərə bu ölçüdə disk təkər qoyduğunu bildirdi, lakin YPX əməkdaşı onun etirazını nəzərə almadan ona “tabe ol, cərimə meydançasına gedirik” dedi. O, bunun qanunsuz olduğunu və öz şəxsi telefonu ilə bu prosesləri video kamera ilə lentə alacağını bildirdi. Musayev Turan ona bildirdi ki, “çəkiliş etsən telefonu əlindən alacam, qanunda polis əməkdaşlarını kamera ilə çəkmək qadağandır”. Bu söhbətlərdən sonra o, yenə təhkimli və sakit qalaraq inspektora başa salmağa çalışdı və xahiş etdi ki, Azərbaycanın ən böyük təkər səhifəsi olan radius.az səhifəsində belə görə bilərik. 2.0 motor 2016-cı il elantra üçün “18”-lik disk təkər tam uyğundur. İnspektor yenə məhəl qoymayaraq ona protokol yazdı, özüdə 342.2.2 maddəsi ilə, halbuki o maddənin disk-təkərə yox digər konstruksiya dəyişikliyinə daha çox şamil edirlər. Onun disk təkəri uyğun deyilsə belə, ona 342.5 maddə ilə cərimə yazılması daha uyğun olardı. Bir daha bildirmişdir ki, 18 ölçüdə disk təkər onun maşınına uyğundur və protokol əsassızdır. Qeyd etmişdir ki, X6 (**-YP-*** nömrəli DYP maşını) onu məcbur cərimə meydançasına sürdürdü və yenə də telefonla çəkiliş aparmağına icazə verilmədi. Qəbul edilmiş qərarla razı deyil və aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Bu baxımdan da hesab edir ki, işin halları tam hərtərəfli və obyektiv araşdırılmadan inzibati xəta törətməkdə onun təqsiri sübuta yetirilməmişdir. Şərh olunanlara və işin hallarına görə hesab edir ki, Abşeron rayon DYPİ Yol patrul xidməti inspektoru polis baş serjantı X4 qəbul etdiyi İXP ******* saylı qərar ləğv edilməli və əməlimdə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. X2 məhkəmə iclasında şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onların iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Abşeron rayon Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X9 xx.xx.2022-ci il tarixdə saat 09:28 radələrində “Hyundai Elantra minik” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt yolu 14 ünvanında “avtomobildə normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldığına” görə İXM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbu ki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokoldan görünür ki, şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Abşeron rayon Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar