Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6679/2022 18.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xocalı rayonu, Xocalı şəhərində qeydiyyatda olan, Baki şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci PB-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 18 noyabr 2022-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin 18 noyabr 2022ci il tarixli qərarından və rədd materiallarına əsasən tərtib edilmiş 18 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 noyabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X2 məxsus 90 manat dəyərində velosipedi oğurlamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİnin 28-ci Polis Bölməsinin sahə inspektoru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, MİDA yaşayış kompleksi, bina 5, mənzil 48-də yaşayan X4 xx.xx.2022-ci il tarixdə Yasamal RPİ-nin 28-ci PB-nə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində yaşadığı məzilin dəhlizindən dəyəri 90 manat olan nəvəsinə məxsus velosipedin naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etməsi barədə məlumat vermişdir. Əməliyyat axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsinin Şəxs tərəfindən törədildiyi müəyyən edilmiş və o 17 noyabr 2022-ci il tarixdən saat 23:00-da saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nə gətirilmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Yekun olaraq X5 məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 2022-ci ilin iyun ayının əvvələrində Biləcəri qəsəbəsində telefon mağazası işlədi. Həmin ərəfələrdə işlətdiyi mağazaya mütəmadi olaraq müştəri kimi gələn Amid adlı şəxslə tanış olmuşdur. Amidin yalnız adını bilir, anket məlumatları ona məlum deyil. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Amid onun yanına gələrək Yasamal rayonunun ərazisinə gedib oradan onun tanışı tərəfindən ona bağışlanan velosipedi götürməkdə ona kömək etməsini ondan xahiş etmişdir. Şəxs təklif ilə razılaşmış və onlar birlikdə Yasamal rayonuna MİDA adlanan yaşayış kompleksinə gəlmişlər. Orada olan zaman Bəxtiyar adlı şəxs də onlara qoşulmuşdur. Elbrus Bəxtiyarla həyətdə gözləmiş, Amid isə binaya qalxmışdır. Bir neçə dəqiqədən sonra Amid əlində 1 ədəd velosipedlə qayıtmış, həmin velosipedi ağ rəngli taksiyə qoymuş və özləri də taksiyə əyləşib 20 yanvar metrostansiyasının yanına gətmişlər. 20 yanvarda olan zaman Elbrus velosipedə əyləşib yolun əks tərəfində keçmiş, daha sonra Amid ona bildirmişdir ki, velosipedi burdan taksi ilə İmişli rayonuna göndərəcək. Bundan sonra onunla və Bəxtiyarla sağollaşıb oradan uzaqlaşmışdır. Daha sonra Amidin velosipedi hara göndərməsindən, kimə verməsindən xəbərsiz olduğunu, həmçinin velosipedin oğurluq olmasından xəbəri olmamışdır. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildir ki, hazırda Baki şəhəri, ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı Kamran Cavadov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X1 nəvəsinə məxsus velosipedin oğurlanması nəticəsində sonuncuya ümumilikdə 90 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.61.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 177.1 maddəsinin qeyd hissəsinin 1-ci bəndində Azərbaycan Respublikası CM-nin 177.1, 178.1 və 179.1 maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 manatdan yuxarı lakin 5000 manatdan artıq olmayan məbləğ ziyan vurduğu hallarda yaranır. Qeyd olunan bu ziyan az əhəmiyyətli olduğundan oğurluq yəni, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin tərkib əlamətlərini yaratmır. Vət. X2 oğurluq hadisəsi nəticəsində 90 (doxsan) manat dəyərində maddi ziyan vurulmasını nəzərə alaraq, əməldə cinayət tərkibi olmadığından baş vermiş hüquqa zidd əməl cinayət kimi deyil, Azərbaycan Respublikasının İXM-nin 227- ci maddəsində müəyyən olunmuş xırda talama kimi qiymətləndirildiyindən cinayət işinin başlanması rədd edilməli və hadisəni törətmiş şəxslərin müəyyən olunaraq onun barəsində inzibati tədbir görülməlidir. Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı Kamran Cavadov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 2022-ci ilin iyun ayının əvvələrində Biləcəri qəsəbəsində telefon mağazası işlədirmiş, həmin ərəfələrdə işlətdiyi mağazaya mütəmadi olaraq müştəri kimi gələn Amid adlı şəxslə tanış olmuşdur. Amidin yalnız adını bildiyini, anket məlumatları ona məlum olmadığını qeyd etmişdir. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Amid onun yanına gələrək Yasamala gedib oradan velosiped oğurlamağı təklif etmişdir. Şəxs təklif ilə razılaşmış və onlar birlikdə Yasamal rayonuna MİDA yaşayış kompleksinə gəlmişlər. Orada olan zaman Bəxtiyar adlı şəxs də onlara qoşulmuşdur. Elbrus Bəxtiyarla həyətdə gözləmiş, Amid isə binaya qalxmışdır. Bir neçə dəqiqədən sonra Amid əlində 1 ədəd velosipedlə qayıtmış, həmin velosipedi ağ rəngli taksiyə qoymuş və özləri də taksiyə əyləşib 20 yanvar metrostansiyasının yanına gətmişlər. 20 yanvarda olan zaman Elbrus velosipedə əyləşib yolun əks tərəfində keçmiş, daha sonra Amid ona bildirmişdir ki, velosipedi burdan taksi ilə İmişli rayonuna göndərəcək. Bundan sonra onunla və Bəxtiyarla sağollaşıb oradan uzaqlaşmışdır. Daha sonra Amidin velosipedi hara göndərməsindən, kimə verməsindən xəbərsiz olduğunu, həmçinin velosipedin oğurluq olmasında xəbəri olduğunu qeyd etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 23:00-da inzibati qaydada tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 16:00-da azad olunmuşdur. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində üç azyaşlı uşağı vardır. Məhkəmə, Şəxs həmin velosipedin oğurluq olmasından xəbəri olmaması barədə izahatına tənqidi yanaşır və həmin izahatı inzibati məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi nəticəsinə gəlir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs özgənin əmlakını talayaraq İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunmuş iş materialları ilə tam təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində 3 azyaşlı uşağının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1- 177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. 28.1-ci maddəsinə əsasən İctimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, ictimai işlər növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 180 (bir yüz səksən) saat müddətində ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Baki Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-6679/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6679/2022
18.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver