Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-668/2021 25.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçi X3 iştirakları ilə, xx xxxxxxx 1989-cu ildə Masallı rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci PŞ-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxx 2021-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin təhqiqatçısı Fərid Şirinovun xx xxxxxx 2021-ci il tarixli qərarından və rədd materiallarına əsasən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə “xxxx” Şirkətinin apardığı tikinti sahəsindən oğurluq etmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin sahə rəisi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron Gənclər şəhərciyi”, ev 7, mənzil 34-də yaşayan X4 xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək Tbilisi prospektində ki, dairədə inşa edilən yeni piyada keçidinin tikintisinin anbarından tikinti materialların oğurlanması barədə məlumat vermişdir. Eləcə də Fəqayət İsmayılov xx xxxxxx 2021-ci il tarixdə Yasamal RPİ-nin 27-ci PB-nə ərizə ilə müraciət edərək xx xxxxxx 2021-ci il tarixdən - xx xxxxxx 2021-ci il tarixədək olan müddət ərzində naməlum şəxs tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə H. Əliyev küçələrin kəsişməsində yerləşən bölmə rəisi işlədiyi “xxxx” şirkətinin apardığı tikinti sahəsindən dəyərini dəqiq bilmədiyi bir il istismar olunan 4x5 və 3x2 kabelləri, bir ədəd printer və bir ədəd temperatur ölçən cihazın oğurlandığını, həmin şəxsi müəyyən edərək məsuliyyətə cəlb olunmasını xahiş etdiyini bildirmişdir. Aparılmış araşıdrma zamanı məlum olmuşdur ki, hadisəni Şəxs törətmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Yekun olaraq məhkəmədən X6 barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, əvvəllər fərdi qaydada ustalığla məşğul olurdu, son vaxtlar işsiz qaldığından və ailəsini dolandıra bilmədiyi üçün oğurluq etmək qərarına gəlmişdir. xx xxxxxx 2021-ci il tarixdən - xx xxxxxx 2021-ci il tarixə keçən gecə oğurluq etmək məqsədi ilə gecə saat 02 radələrində Bakı şəhəri, Yasamal rayonu, H. Əliyev küçəsi ilə Tbilisi prospektin kəsişməsində inşa edilən yerüstü tikilinin sahəsinə açıq darvazadan daxil olaraq tikinti yerində tapdığı armatur parçası ilə ustaların konteynerlərin qapısının kilidinin halqasını sındıraraq içəriyə daxil olub dəyərli bir şey axtararkən bir ədəd köhnə "HP" markalı printer, digər konteynerə eyni üsulla daxil olub oradan bir ədəd işlənmiş insan temperaturu ölçən elektron cihazı, eləcədə digər konteynerdə olan ustaların istifadə etdikləri işlənmiş kabellərin bir hissəsini kəsib tikintinin girişində şiferdən hazırlanmış açıq olan darvazadan çıxıb getmişdir. Səhərsi günü həmin əşyaları Bakı şəhəri, Nəsimi rayonu, “3-cü mikrorayon bazarı” adlanan yerin yaxınlığında tanımadığı şəxsə ümumilikdə 45 manata sataraq əldə etdiyi pulla evinə ərzaq almışdır. Bundan sonra xx xxxxxx 2021-ci il tarixdə axşam saat 19:00-20:00 radələrində yenə həmin tikinti sahəsinin yanına gəlib darvazanın açıq olduğu üçün yolu keçib həmin sahəyə doğru getdikdə həmin ərazidə xidmət aparan PPX-nin əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə Yasaml RPİ-nin 27-ci PB-nə gətirilmişdir və orada hər iki hadisə barədə səmimi izahat vermişdir. O, tikinti sahəsinin darvazası açıq olduğundan ora həmin qapıdan daxil olaraq oğurluq etdiyini, oğurluq yolu ilə əldə etdiyi əşyaları satdığı şəxsi tanımadığını və heç bir anket məlumatlarını bilmədiyini, onu birinci dəfə həmin günü gördüyünü qeyd etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron Gənclər şəhərciyi”, ev 7, mənzil 34-də yaşayan X4 xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək Tbilisi prospektində ki, dairədə inşa edilən yeni piyada keçidinin tikintisinin anbarından tikinti materialların oğurlanması barədə məlumat vermişdir. Eləcə də Fəqayət İsmayılov xx xxxxxx 2021-ci il tarixdə Yasamal RPİ-nin 27-ci PB-nə ərizə ilə müraciət edərək xx xxxxxx 2021-ci il tarixdən - xx xxxxxx 2021-ci il tarixədək olan müddət ərzində naməlum şəxs tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə H.Əliyev küçələrin kəsişməsində yerləşən bölmə rəisi işlədiyi “xxxx” şirkətinin apardığı tikinti sahəsindən dəyərini dəqiq bilmədiyi bir il istismar olunan 4x5 və 3x2 kabelləri, bir ədəd printer və bir ədəd temperatur ölçən cihazın oğurlandığını, həmin şəxsi müəyyən edərək cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdiyini bildirmişdir. Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı X7 tərəfindən X1 müraciəti əsasında toplanmış material cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş, hadisəni törədən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti ərizəçiyə və Yasamal rayon Prokurorluğuna göndərilmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 09:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı Fərid Şirinov tərəfindən 27-ci Polis Bölməsinin rəisinə ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli raportdan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün aidiyyatı əməkdaşa göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan raportdan görünür ki, Şəxs azadlığı faktiki olaraq xx.xx.2021ci il tarixdə saat 19:00 radələrində məhdudlaşdırılmışdır. İş materiallarında olan Baki şəhər Yasamal rayon məhkəməsinin 3(004)- 479/ 2020 saylı, «27» yanvar 2020-ci il tarixli qərarında görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 01 (bir) ay 10 (gün) müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiri tətbiq edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs özgənin əmlakını talayaraq İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.4. -ci maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yəni, xx xxxxxx 2021-ci tarixdən saat 19:00-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay 20 (iyirmi) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2021-ci tarixdən saat 19:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-668/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-668/2021
25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver