Məhkəmə qərarları › İş №3(004)-6709/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6709/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6709/2024 28.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, xx.xx.1998-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri BDYP-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə BDYP-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmədə iştirak edən Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 02.30 radələrində Nərimanov rayonunda yerləşən Okean PUB adlı restorandan çıxarkən dosu onu evə düşürtməliydi, o, sürücü deyildi, orada YPX əməkdaşları tərəfindən dosunun içkili olub olmamasına dair müayinə keçirilmişdir. Sonra o, ünvana çatarkən, ayıq sürücü onun avtomobilindən düşmüş və o da avtomobili evinin qarşısında olan qaraja park etmək istəyərkən YPX əməkdaşları ona yaxınlaşmış və onun sərxoş olub olmamasını müayinə etmək istəmişlər, o da tibbi müayinəyə getməkdən imtina etməmişdir, orda isə onu müayinə edən xanıma bildirmişdir ki, Nazirlər kabinetinin qərarına əsasən onu həkim müayinə edə bilər, həkim olmasını təsdiq edən sənəd varsa təqdim etsin, lakin həkim bildirdi ki, onu müayinə etməyəcək, nə də sənəd göstərməyəcək, o halda aralarında mübahisə yaranmış və onu müayinə etməmişlər. YPX əməkdaşı onun barəsində protokol tərtib olunarkən heç bir izahat alınmamışdır. Sonra isə onu müayinə etmiş, lakin onun içkili olub olmamasına sənəd verməkdən imtina etmişdir. O, içkili müayinə olunmasına dair müayinədən imtina etsəydi gecə saat 03.00 da orda nə işi ola bilərdi. Ona görə də xahiş edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, “X2 minik” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tibbi müayinədən imtina etdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; xx.xx.2024-cü il tarixli 2/2286 nömrəli nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə tibbi müayinə aktından görünür ki, həmin tarixdə Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə tibbi müayinədən keçməkdən imtina etmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. 343.1-ci maddəsində Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə məsuliyyəti nəzərdə tutur. Göründüyü kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə yalnız o halda inzibati məsuliyyət yaranır ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə olduğu halda tibbi müayinədən imtina etmiş olsun. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs spirtli içkidən istifadə etmədiyini və avtomoblini park etmək istədiyini səmimi etiraf etmiş, lakin onun nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi isə sübuta yetirilməmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında materiallarda da Şəxs tərəfindən hansı inzibati xəta törədərkən saxlanılması barədə heç bir sübut yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs ayıq sürücü vasitəsi ilə evinə gəldiyi və yalnız öz evinin qarşısında avtomobilinin yolun ortasında qalmaması və digər nəqliyyat vasitələrinin məhəlləyə girişçıxışına mane olmaması üçün avtomobilini park etmək məqsədi ilə sükan arxasına əyləşməsi nəqliyyat vasitəsini idarə etmə kimi qiymətləndirilə bilməz. Belə ki, həmin şəxs qanunlara əməl edərək içkili avtomobil idarə etməmişdir. Ona görə də Şəxs hərəkəti (öz evinin qarşısında avtomobilin sükan arxasına əyləşməsi) özü və digər yol hərəkət iştirakçıları üçün təhlükə yaratmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Şəxs nin əməlində inzibati xəta hadisəsi olmadığına görə, həm də bunun əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddələri ilə başlanmış inzibati xəta iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddələri ilə başlanmış inzibati xəta iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar