Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-6712/2022 02.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Şikayətçi X2 inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermə müddətinin bərpa olunmasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Odiloviç Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. X6 həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarından şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Vəsatətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin hüquqi şəxs "xxxx" MMC-nin direktoru barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə MN1290979 nömrəli, 09 avqust 2022-ci il tarixli qərardan şikayət verildiyi zaman İXM-nin 130.1-ci maddəsi ilə qərardan şikayət verilməsi ilə müəyyən edilmiş 10 günlük prosessual müddət buraxılmışdır ki, bunun da səbəbi "xxxx" MMC-nin rəhbərinin müəyyən müddət ərzində Bakı şəhərində olmaması ilə izah olunur. Bu səbəbdən də "xxxx" MMC tərəfindən sözügedən qərardan şikayət vaxtında verilməmişdir. Hesab edir ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən İXM-nin 130.2-ci maddəsinə müvafiq olaraq bərpa edilməlidir. Buna görə də Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* nömrəli 09 avqust 2022-ci il tarixli qərardan şikayət verilməsi üçün İXM-nin 130.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddətin "xxxx" MMC tərəfindən buraxılmasının səbəbi üzürlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X6 vəsatətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, MN ******* saylı, xx.xx.2022-ci il tarixli cərimə qərarını artıq icra etmişdir. Elə başa büşmüşdür ki, fiziki şəxs kimi cərimələnib, ona görə də cəriməni ödəmişdir, lakin sonra görmüşdür ki, MMC-nin rəhbəri kimi cərimələnib. Buna görə də vaxtında şikayət verməmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X4 göstərmişdir ki, X5 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarından 2 aydan çox vaxt keçib. Qərar X6ə rəsmi qaydada çatıb, X6 özü də bildirir ki, cərimə qərarını icra etmişdir. Qərarda da yazılmışdır ki, o "xxxx" MMC-nin rəhbəri kimi cərimələnib. Həmçinin "xxxx" MMC-nin 20.000 manat cərimələnməsinə dair Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından verdiyi xx.xx.2022-ci il tarixli şikayətində də X5 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarına istinad etmişdir, qərarın surətini şikayətə əlavə etmişdir. Göstərilənlərə əsasən həmin qərardan şikayətvermə müddətinin bərpası üçün heç bir əsas yoxdur. Məhkəmə aşağıdakılara görə hesab edir ki, qərardan şikayət vermək üçün buraxılmış müddət bərpa edilməməlidir. Belə ki, İXM-nin 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 3621/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından Ə.O.Bakunov tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanaraq verilmiş apelyasiya şikayətindən görünür ki, həmin tarixdə artıq X5 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarının mövcudluğu şəxsə bəlli idi. Həmin şikayətə əlavədə qeyd edilən qərar əlavə edilmişdir. Çünki qeyd edilən apelyasiya şikayətində göstərilmişdir ki, X5 Xidmətinin Bakı şəhər İdarəsində Gilas Məmmədovanın müraciəti üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadan sonuncunun X2 təsisçisi və direktoru olduğu "xxxx" MMC-də Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işlərin yerinə yetirilməsinə cəlb edilməsi qənaətinə gəlinərək inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol və inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarla X6 "xxxx" MMC-nin direktoru kimi vəzifəli şəxs qismində əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 4000 (dörd min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmuş, eləcə də İXM-nin 18.2-ci maddəsinə əsasən "xxxx" MMC-nin hüquqi şəxs kimi İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və həmin tarixli MN ******* saylı inzibati xəta haqqında işin İXM-nin 18.5-ci maddəsinin tələbinə görə aidiyyəti üzrə göndərilməsinə dair qərardad tərtib olunub **********4 saylı, xx.xx.2022-ci il tarixli məktubla inzibati xəta haqqında iş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 3(103)-2507/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarına istinad edilmişdir. Bununla da hər bir halda barəsində şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə vəsatət verilmiş qərar ən azından şəxsə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada çatdırıldığından, həmin tarixdən hesablanmaqla, hazırkı vəsatətin verildiyi xx.xx.2022-ci il tarixədək 01 ay 27 gündən çox vaxt keçmişdir. Həmçinin şikayət vermiş şəxs bildirir ki, həmin cərimə qərarını artıq icra etmişdir. Şikayətçi həmin qərarın fiziki şəxs kimi onun barəsində çıxarılmasını zənn edərək cəriməni ödədiyini bildirsə də, qərarda da göstərilmişdir ki, o, "xxxx" MMC-nin rəhbəri kimi cərimələnmişdir. Buna görə də qərardan şikayət vermək üçün ötürülmüş müddətin bərası barədə vəsatətdə göstərilmiş əsaslar üzürlü hesab edilə bilməz. Hazırkı iş üzrə məhkəmə araşdırması zamanı şikayət verilmə müddətini üzürlü səbəbdən buraxılması halları aşkar olunmadı, bu barədə hər hansı bir mötəbər, əsaslı, inandırıcı dəlil və məhz baxılan məsələ üzrə aidiyyəti sübut təqdim edilmədi. Səbəbin üzürlü hesab edilib-edilməməsi ixtiyari bir mülahizəyə görə deyil, əsaslı səbəbə görə müəyyən edilməlidir, hansı ki bu səbəb tərəflərin məhkəmə qarşısında hüquq bərabərliyinin pozulmasına münasibətdə, tərəflərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması hüququnun pozulmasına münasibətdə, ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına münasibətdə, səbəbin ağlabadanlığına münasibətdə, bu səbəbə haqq qazandırıla bilinsin. Lakin hazırkı vəsatətdə göstərilən səbəbə yuxarıda qeyd edilənlərə münasibətdə haqq qazandırıla bilməz. Beləliklə, qərardan şikayət verməsi qaydası və halları, müddəti, buraxılmış müddətin bərpasının hansı hallarda mümkünlüyü İXM ilə dəqiq müəyyən edilmişdir. İXM ilə müəyyən edilmiş həmin qaydaların pozulması, buraxılmış müddətin əsassız olaraq bərpa edilməsi son nəticədə İXM-nin yuxarıda sadalanan prinsiplərinə və müəyyən edilmiş qaydalarına ziddir. Buna yol verilmir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-in 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İXM-nin 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-in 130.2-ci maddəsinə əsasən həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İXM-in 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Yuxarıda sadalananlarla əlaqədar məhkəmə qeyd edir ki, məhkəmədə inzibati xəta haqqında işlərə baxılması iki mərhələdən ibarətdir: inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işin mahiyyəti üzrə baxılması. Hər bir mərhələ icraatın müstəqil hissəsi olmaqla yanaşı, hər birinin özünə məxsus məqsəd və vəzifələri vardır ki, bu da öz növbəsində inzibati xəta haqqında materialların məntiqi ardıcıllıqla baxılmasını ehtiva edir. Başqa sözlə desək işin baxılmağa hazırlanması zamanı İXM-nin 132-ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir Hazırkı iş üzrə məhkəmə qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpası barədə vəsatəti təmin etməmək qərarına gəlmişdir. Belə olan halda həmin qərardan verilmiş şikayətə baxılması mümkünsüzdur və şikayətə baxıla bilmir. Şikayətə baxıla bilmədiyi üçün şikayətin məhkəmənin icraatına qəbulundan və məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından X6 tərəfindən verilmiş şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatəti təmin edilməsin, qərardan şikayət vermək üçün buraxılmış müddət bərpa edilməsin. Həmin qərardan verilmiş şikayətin məhkəmənin icraatına qəbulundan və məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-6712/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-6712/2022
02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver