Məhkəmə qərarları › İş №3(004)-6725/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6725/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6725/2024 28.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, barəsində inzibati icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Polis İdarəsi Dövlət X7 inzibati təcrübə üzrə baş inspektoru X3 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC-yə məxsus «Ferrari Portofino minik» markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Socar YDM qarşısında Zabrat qəsəbəsi istiqamətinə hərəkət edərkən yolda müyyən edilmiş hərəkət sürətini 17 km/saat həddində aşmışdır. Törədilmiş xətayla bağlı araşdırma aparılarkən Spirit” MMC-yə məxsus «Ferrari Portofino minik» markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin nəqliyyat vasitəsinin dövlət qeydiyyatı aparılmamışdır. Məhkəməyə təqdim edilmiş etirazdan görünür ki,Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan aparılan Şəxs MMC-nin etirazını və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsi Dövlət X9 tərəfindən Şəxs MMC-nin ünvan 1al rayonu, B.Bağırova , ev 4, mənzil 523 ünvanına göndərilmiş bildirişin surətindən görünür ki, Şəxs MMC-yə barəsində İXM-nin 347-ci maddəsiylə inzibati xəta haqqında protokol tərtib olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «Ferrari Portofino minik» markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Şəxs MMC-yə məxsusdur və hüquqi şəxsin ünvanı ünvan 1al rayonu, B.Bağırova , ev 4, mənzil 523 olaraq qeyd edilmişdir. İş materiallarında olan reyestr məlumatları haqqında çıxarışdan görünür ki, aparılan Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1al rayonu, B.Bağırova , ev 4, mənzil 523 ünvanıdır. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X2” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 339.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər. Həmçinin hazırkı İXM-nin 339.1-ci maddəsindəki inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilən inzibati xətalardan deyil. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs MMC-nin mülkiyyətində olan «Ferrari Portofino minik» markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin yuxarıda adı çəkilən orqan tərəfindən nəqliyyat vasitəsinin sürücüsü barədə məlumatlar dövlət qeydiyyatına alınmamışdır. Beləliklə məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini, əməldə Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsinin tərkibinin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar