Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6735/2024 28.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X3 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq, ev 332, mənzil 51 olan "xxxx" MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq, ev 332, mənzil 51 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin 03 dekabr 2024-cü il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********8061 va **********7986 sorğu nömreli gömrük bəyamnamələri ilə rəsmiləşdirilən Çinden ünvanına 99MU420/99 E420 nömreli neqliyyat vasitasi ilə gələn 2 (iki) ədəd buraxılış ili 2024-cü il, "Lixiang L7” markalı minik avtomobilini Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin113.1ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyamnaməsi verməli olduğu halda, 02 dekabr 2024-cü il tarixda "Beynalxalq Daniz Ticaret Limanı” gömrük postundan keçirmakla Azerbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin naqliyyat vasitələrinə dair gömrük orqanına elektron formada qısa idxal bayamnaməsinin verilməməsi müəyyən edilmişdir. Bununla da "xxxx" MMC İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, EP0178513 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə (hüquqi şəxs) və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş X4 "X1 Sistemi” informasiya resursundan "avtomobil naqliyyatı” barəda çıxarışdan va ******* va **********7986 sorğu nömrali gomrüık bayannamalarindan görünür X2 ünvanına 99MU420/99ZE420 nomrali yük avtomobili (iki) adad buıraxılış ili 2024-cü il, "Lixiang L7” markalı minik avtomobili Beynelxalq Daniz gömrük poslunu 02 dekabr 2024-cü il tarixda keçmişdir va Azerbaycan Respublikasının arazisina getirilmazdan evvel elektron formada qısa idxal beyannamasi verilmamişdir Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. "xxxx" MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, 3-33-3300/012/004881 nömrəli xx.xx.2024-cü il tarixli raport, Gömrük Xidmətinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursundan “Malın çatdırılması və boşaldılması”na dair çıxarış və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat (min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-6735/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6735/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver