Məhkəmə qərarları › İş №3(004)-6745/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6745/2025

01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6745/2025 01.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 35, məhəllə 1033-də yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixdə, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs MMC 2388592,50 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC Bankda olan hesabından xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı qündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 23913,23 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi, Nümayəndə2 məhkəmə iclasında protokola qarşı etiraz təqdim edərək bildirmişdir ki, "Azəralüminium” dövlətə məxsus olmaqla respublika üçün strateji əhəmiyyətə malik və ölkədə 1200 nəfərdən artıq şəxsin məşğulluğunu təmin edən istehsal müəssisəsidir. Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq Departamenti tərəfindən "Azəralüminium” MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixdə, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, "Azəralüminium” MMC 2388562,50 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırıqlarına əsasən "Ziraat Bank Azərbaycan” ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, həmin məbləğin 23913,23 ABŞ dolları hissəsində olan məbləğ hesabına alınan malların ölkəyə idxal edilmədiyindən banka təqdim edilməmiş, həmçinin qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Qeyd olunmalıdır ki, "Azəralüminium” MMC xx.xx.2023-cü il tarixli gil-torpaq alışı müqaviləsi çərçivəsində "X8”-yə ödənilmiş məbləğ qarşılığında müvafiq qaydada və çəkidə 5250 ton gil-torpaq malı göndərmə limanından göndərilmişdir. Gİl-torpaq malı spesifik olduğundan (səpilən mal, məsələn qum kimi) və onun daşıması, yükləmə-boşaldılması zamanı təbii itkilərin yaranması adət halında olduğundan, "Azəralüminium” MMC və "X8” arasında imzalanmış müqavilə üzrə təbii itkilərin müəyyənləşdiriləsi və bu faktları bitərəf olan şirkət tərəfindən təsdiq olunması məqsədilə bu cür hallarda müstəqil ekpertizanın keçirilməsində ixtisaslaşmış və dünya bazarında bu istiqamətdə ən etibarlı və peşəkar şirkətlərdən biri olan İşveçrənin şirkəti "SGS” vasitəsilə inspeksiyalar keçirilmişdir. O cümlədən, sözügedən göndərmə üzrə də "SGS” vasitəsilə ekspertiza (inspeksiya) keçirilçmişdir. Ekspertizanın (inspeksiyanın) keçirilməsi aşağıdakılardan ibarətdir: Gəminin yükləmə limanında çəkinin müəyyən edilməsi; Gəminin çatdırılma limanında çəkinin müəyyən edilməsi (çəkinin çoxalıb azalmasına təsir edən hallar olduqda həmin hala dair müfaviq məluamtın verilməsi); Gəminin boşaldılması və yük daşıyan qatarlara yüklənməsi zamanı baş verən itkilərin beynəlxalq normalara uyğun olubolmamasının müəyyən edilməsi (mallar səpilən olduğundan malların bir yerdən digər yerə boşaldılması və yüklənməsi zamanı təbii itkilərin norma çərçivəsində olması), gündəlik hava şəraitinin müəyyən edilməsi (mallar səpilən olduğundan yükləmə boşaldmaya hava şəratinin təsiri olur, məsələn hava küləkli olduqda mallarda yaranan təbii itki normadan artıq ola bilər, hətta külək həddindən artıq güclü olduqda, tufan olduqa inspeksiya şirkəti (SGS) tərəfindən yükləmə-boşaltma dayandırıla da bilər); Nəticədə qatarlara yüklənmiş gil-torpaq malının Poti limanında kalibrləşdirilmiş tərəzilərdə çəkisinin müəyyən edilməsinə nəzarət etmək (həmin tərəzilər ağır ölçüləri müəyyən etdiyindən həmin tərəzilər 100-200 kiloqrama həssaslığı yoxdur, yəni 100-200 kiloqram çəkidə səhv etməsi qəbul olunandır). Dünyada səpilə bilən malların və onlara daxil olan gil-torpaq malının daşınması yüklənməsi və boşaldılması zamanı təbii itkilərin müəyyən edilməsi və onların normalarının müəyyən edilməsinə dair müxtəlif tənzimləyici aktlar mövcuddur. Onlara İMSBC Kodeksi (X1 X7), Birləşmiş Millətlər Təşkilatının X3 (UN ECE Code of Uniform Standards for Draught Surveys), Rusiya Federasiyanın normativləri (Приказ Министерства Промышленности, Науки И Технологий РФ № 55 от xx.xx.2004), X2 (REACH, EN 12390), ABŞ normativləri (OSHA, ASTM) daxildir. Qeyd olunan hər bir normativ üzrə səpilən, o cümlədən gil-torpaq malının daşınması, boşaldılması və yüklənməsi zamanı baş verə biləcək təbii itkilər və onların minimallarışdırlması üçün görüləcək tədbirlər ilə bağlı normativlər müəyyən edilmişdir. Qeyd olunması zəruridir ki, Azərbaycan Respublikasında hazırda qeyd olunan halları tənzimləyən müvafiq normativakt mövcud deyildir, lakin SSSR-i tərəfindən təsdiq edilmiş və vaxtilə Azərbaycanda qüvvəsi olan müvafiq GOST-lar mövcud olmuşdur ki, onlarlda yuxarıda sadalanan normativlərdən irəli gələn təbii itkilərin yaranması halını təsdiq edir. Hər bir normativ fərqli regionlara aid olsa belə ümumi qaydaları bir-birinə uyğunluq təşkil edir. Həmin normativlərdən xüsusən yuxarıda qeyd olunduğu kimi, SSSR-nin normativlərinə uyğun təsdiq edilmiş Rusiya Federasiyasının (15-й пункт Приказа № 55 Министерства Промышленности, Науки И Технологий РФ от xx.xx.2004) normativlərinə əsasən müəyyən etmək olar ki, gəminin səpilən mallarla yüklənməsi və boşaldılması zamanı itkilərin 1-1.9 % arasında olması normal haldır. Həmçinin, hava şəratinindən asılı olaraq təbii irkilərin faiz dərəcəsi artıqda ola bilər. Qatarlara həmin malların yüklənməsi zamanı təbii itkilərin olması adət və normal hal kimi qiymətləndirir. Ümumilikdə qarışıq daşımaları (gəmi və dəmir yolları, konkret olan haldaki qaydada) itkilərin 1-1,9% olması yuxarıda sadalanan normativlərə uyğun olaraq standart hal kimi qiymətləndirilir və həmin itkilər təbii olması səbəbindən tərəflərin bununla bağlı iddialarını istisna edir. Yuxarıda sadalanan mərhələlər üzrə "SGS” tərəfindən mövcud məsələyə dair keçirilmiş espertiza və inspeksiyaların nəticəsində müəyyən edilmiş halları aşağıda diqqətinizə təqdim edirik: Göndərmə limanında gəmiyə 5250 ton gil-torpaq malı yüklənərək yola salınmışdır; SGS tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, inspeksiya gündəlik keçirilib və gəminin boşaldılması xx.xx.2023-cü il tarixdə başlayıb və xx.xx.2023-cü il tarixədək davam edib və hər tarixə uyğun hava şəraiti qiymətləndirilib və boşaldma-yükləmə prosesinə nəzarət edilib və baş vermiş itkilərin təbii itki normalarında kənar olmadığı müəyyən edilib. Bu faktları təsdiq edən müvafiq foto şəkil və video görüntülər təqdim edilib. İnspeksiyanın sonuncu mərhələsi olaraq qatarlara yüklənmiş (ümumilikdə 81 qatara yükləmə baş vermişdir) gil-torpağın çəkisinin kalibrləşmiş tərəzilər vasitəsilə ölçülərək təbii itkilərin norma çərçivəsində olması müəyən edilmişdir. Boşaldma-yükləmədən sonra qatarlara yüklənən malların 5197.440 ton olduğu müəyyən etmişdir. Bu isə "X8” tərəfindən təqdim olunmuş konosamentdə (Bill of lading B/L) qeyd olunan (5250 ton) çəkidən 52,56 ton təbii itkinin baş verdiyini özündə göstərir. İnspeksiya bitdikdən sonra hər vaqon üzrə qatar fakturası (накладная для отправителя) təqdim olunur və hər fakturada digər məlumatlarla bərabər, yükləmə zamanı müəyyən edilmiş malın çəkisi qeyd olunur. Qeyd olunan fakturalar əsasında qatarlar (81 qatar) Potidən Gəncə şəhərinə yola düşür və həmin fakturalar əsasında vaqonlar üzrə (5-15 vaqonlarda olan malların cəmi) mallar gömrük orqanlarına bəyan edilir. "X5 SA” tərəfindən faktiki 5197.440 ton malın göndərilməsinə baxmayaraq, malların Gömrük orqanlarına bəyan edilməsi faktiki qatarlara yüklənmiş malların cəmi ilə müəyyən edilir. Burada isə təbii itkilər səbəbindən malların çəkisində qəbul olunan miqdarda azalmaların olması "Azəralüminium” MMC-nin təqsirinin olmasını özündə əks elətdirmir. Normal mülki-hüquq münasibətlər çərçivəsində təbii itkilərin yaranması halının səpələnən (səpilə bilən) malların (gil-torpağ) daşınması zamanı yaranma halı ümumi məlum olan faktdır (burada fors-major və ya digər hallar mövcud deyildir) və bu halın, təbii itkinin qarşısının alınması üçün "Azəralüminium” MMC tərəfindən edilə biləcək üsul və texniki mümkünlüklərin olmadığını nəzərə alaraq, təbii itkilər nəticəsində yaranmış çəki azalması nəticəsində ödənilmiş məbləğdən az miqdarda malın "Azəralüminium” MMC-yə çatdırılması Şəxs MMC-nin İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş protokolda göstərilən əməldə hər hansı bir təqsiri olmadığı qənaətindədirlər. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalan”nrn 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi ələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarlarında da göstərilmişdir ki, valyuta məbləğinin xaricdən ölkəyə gətirilməsi ilə bağlı müəyyən edilmiş müddətlərə əməl edilməməsi özüözlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. Valyutanın geri qaytarılmaması səbəbi araşdırılmalı, şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirin əhəmiyyəti vardır. Təqsir yoxdursa, inzibati məsuliyyət yarana bilməz. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52, 61.1.4-cü maddələrini rəhbər tutaraq həmin Məcələnin 114.2.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan hazırkı protokolda göstərilən Azərbaycan Respublikasından kənara qabaqcadan edilmiş ödəniş barədə xx.xx.2023-cü il tarixli (köçürmə sənədi) ödəniş tapşırığı məlumatlarına əsasən 2388592,50 ABŞ dolları məbləğində valyuta xx.xx.2023-cü il tarixli müqavilə əsasında “X8” şirkətinə köçürülmüşdür. İş materiallarında olan Şəxs MMC tərəfindən təqdim olunan sənədlərdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ölkəyə idxal olunmalı olan mallar Gürcüstanın Poti portundan Azərbaycana yola düşür və həmin fakturalar əsasında vaqonlar üzrə (5-15 vaqonlarda olan malların cəmi) mallar gömrük orqanlarına bəyan edilir. “X8” tərəfindən faktiki 5,250.00 ton malın göndərilməsinə baxmayaraq, malların Gömrük orqanlarına bəyan edilməsi faktiki qatarlara yüklənmiş malların cəmi ilə müəyyən edilir. Burada isə təbii itkilər səbəbindən malların çəkisində qəbul olunan miqdarda azalmaların olması riski hər zaman realdır. Bu hal Şəxs MMC-nin təqsirinin olmasını özündə əks elətdirmir. Normal mülki-hüquq münasibətlər çərçivəsində təbii itkilərin yaranması halının səpələnən malların (gil-torpağ) daşınması zamanı yaranma halına hamı üçün məlum olan faktdır (burada fors-major və ya digər hallar mövcud deyildir) və bu halın, təbii itkinin qarşısının alınması üçün Şəxs MMC tərəfindən edilə biləcək üsul və texniki mümkünlüklərin olmadığını nəzərə alaraq, təbii itkilər nəticəsində yaranmış çəki azalması nəticəsində ödənilmiş məbləğdən az miqdarda malın Şəxs MMCyə çatdırılması Şəxs MMC-nin İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş protokolda göstərilən əməldə hər hansı bir təqsiri olmadığı qənaətinə gəlməyə əsas verir. Bununla da təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həqiqət isə yuxarıda sadalanan sənədlərlə müəyyən edilmiş kimidir. Yuxarıda sadalanan sənədlərin hüquqazidd olması, saxta olması, həmin sənədin sübut kimi qəbul edilməsini təkzib edən və ya şübhə altına alan hər hansı bir hal müəyyən edilmədiyindən, həmin sənədlərlə müəyyən edilir ki, hüquqi şəxsin əməlində qəsdən və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarındada göstərilmişdir ki, valyuta məbləğinin xaricdən ölkəyə gətirilməsi ilə bağlı müəyyən edilmiş müddətlərə əməl edilməməsi özü-özlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. Valyutanın geri qaytarılmaması səbəbi araşdırılmalı, şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirin əhəmiyyəti vardır. Təqsir yoxdursa, inzibati məsuliyyət yarana bilməz. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar