Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-675/2021 18.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş “5 nömrəli Şəhər Klinik Xəstəxanası” publik hüquqi şəxsinin səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, “5 nömrəli Şəhər Klinik Xəstəxanası” publik hüquqi şəxsinin baş direktoru X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2021-ci il tarixli, ******* saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: “5 nömrəli Şəhər Klinik Xəstəxanası” publik hüquqi şəxsinin baş direktoru X7 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işçi X5 xx xxxxxxxx 2020-ci il tarixdə DƏMXnin elektron mail ünvanına müraciət edərək əmək hüquqlarının pozulmasını iddia etmişdir. DƏMX Bakı şəhər idarəsi xx xxxxxxxx 2020-ci il tarixli **********1 saylı məktubu ilə müəssisəyə müraciət edərək Xatirə Hümbətovaya aid sənədləri tələb etmişdir. Müəssisə tərəfindən sənədlər təqdim olunmuşdur. Bununla yanaşı eyni vaxtda X8 Rayon Məhkəməsinə də müraciət etmişdir. Məhkəməyə barışıq sazişi təqdim edərək mübahisəni hər iki tərəfin razılığına əsasən həll etmişlər. Xatirə Hümbətova DƏMX-nə etdiyi müraciətin mətnində nəzərdə tutulduğundan fərqli sənədlər DƏMX Bakı şəhər İdarəsi tərəfindən, müəssisədən tələb olunmuşdur. X.Hümbətova müraciətində əmək haqqı, məzuniyyət və hətta məzuniyyət haqqlarını mübahisələndirməmişdir. Lakin DƏMX Bakı şəhər İdarəsi 5 nömrəli şəhər klinik Xəstəxanası publik hüquqi şəxsin Baş direktoru Fazil Alməmmədov haqqında inzibati tənbeh vermə haqqında Qərar qəbul etmişdir. Həmin Qərar xx.xx.2021ci il tarixində poçt vasitəsi ilə müəssisəyə daxil olmuşdur. Yəni Qərardan şikayət verilməsi üçün müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Protokol xx.xx.2021-ci il tarixində tərtib olunmuş və xx.xx.2021-ci il tarixində Qərar verilmişdir. DƏMX Bakı şəhər İdarəsi tərəfindən qəbul olunmuş Qərarı ədalətsiz hesab edir və məhkəmə tərəfindən ləğv olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı “5 nömrəli Şəhər Klinik Xəstəxanası” publik hüquqi şəxsinin səlahiyyətli nümayəndəsi X6 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, müddət keçdiyinə görə iş üzrə icraata xitam verilməsini və şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçısını dinləyərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş elektron şikayətdən görünür ki, X5 xx xxxxxxxx 2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X10 Xidmətinin rəisi Fuad Heydərova “5 nömrəli Şəhər Klinik Xəstəxanası” publik hüquqi şəxsinin barəsində şikayət etmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokldan görünür ki, “5 nömrəli Şəhər Klinik Xəstəxanası” publik hüquqi şəxsinin X7 tərəfindən xəstəxanada tibb bacısı vəzifəsində çalışan X3 əmək haqqının ödənilməsində qanun pozuntusuna yol verilməsi aşkar edilmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “5 nömrəli Şəhər Klinik Xəstəxanası” publik hüquqi şəxsinin X7 tərəfindən xəstəxanada tibb bacısı vəzifəsində çalışan X3 əmək haqqının ödənilməsində qanun pozuntusuna yol verilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X10 Xidmətinə “5 nömrəli Şəhər Klinik Xəstəxanası” publik hüquqi şəxsi barəsində şikayətini xx xxxxxxxx 2020-ci il tarixdə etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən inzibati xəta haqqında qərar isə qanunvericiliyin yuxarıda qeyd edilən 38.1-ci maddəsində nəzərdə tutulmuş üç aylıq müddət pozulmaqla (ötürülməklə), xx xxxxxx 2021-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd olunan Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən “5 nömrəli Şəhər Klinik Xəstəxanası” publik hüquqi şəxsinin baş direktoru X4 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. “5 nömrəli Şəhər Klinik Xəstəxanası” publik hüquqi şəxsinin baş direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-675/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-675/2021
18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver