Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6750/2025 08.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Kamar B.V” şirkətinin nümayəndəsi X4 iştirakı ilə, “Kamar B.V” şirkətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Kamar B.V” şirkətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 sentyabr 2025ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən “Kamar B.V” şirkəti 1250000.00 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 01 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 (iki) il müddət keçməsinə baxmayaraq, 1250000.00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, “Kamar B.V” şirkəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Kamar B.V” şirkətinin nümayəndəsi X3 bildirmişdir ki, “Kamar B.V” şirkətinin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, "Kamar B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Çexiyada yerləşən C 272994 nömrəsi ilə qeydiyyatdan keçən İT TRADE HOUSE S.R.O. Şirkəti arasında 23 avqust 2023-cü il tarixində KR - ASSM/3,9M nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə 1 nömrəli Əlavəyə əsasən Nümayəndəliyə göndərilməli məhsulların qiyməti 2.556.565 avro olaraq müəyyən edilmişdir. Ödənişin malların göndərilməsindən öncə, avans şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. 1 sentyabr 2023-cü il tarixində Müqavilə şərtlərinə uyğun olaraq İT TRADE HOUSE S.R.O. Şirkətinin hesabına 1.250.000 avro köçürülmüşdür. Lakin 17 sentyabr 2025-ci il tarixində Mərkəzi Bank tərəfindən Nümayəndəliyə qarşı İnzibati xəta haqqında Protokol tərtib edilərək "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması" Qaydalarının 4.3.1.3-cü yarımbəndi və İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi əsasında 2 il ərzində razılaşdırılmış malların Azərbaycana daxil olmaması və ya ödənişin geri qaytarılmaması səbəbilə prosedurun qeyri-qanuni olduğu iddiası irəli sürülmüşdür. Lakin aşağıda qeyd olunmuş əsaslardan çıxış edərək hesab edirik ki, təchizat prosesi Müqavilə və müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması" Qaydalarının (bundan sonra "Qaydalar") 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Bu maddə İnzibati xəta haqqında Protokolda vurğulanaraq iddiaların əsasını təşkil etmişdir. Lakin halların düzgün analizi aparıldıqda bu iddiaların əsassızlığı aydın olur.2. İT TRADE HOUSE S.R.O. Şirkəti və Nümayəndəlik arasında bağlanmış 23 avqust 2023-cü il tarixli X1 göstərilən məhsulların göndəriləcəyi qeyd edilmişdir. 3. Bu müqavilədən daha öncə, 18 aprel 2018-ci il tarixində Nümayəndəlik Farmlend MMC arasında alqı-satqı müqaviləsi imzalamışdır. Müqavilənin 1.1 və 3.1-cü maddələrinin birgə oxunuşundan aşkar olur ki, Nümayəndəlik müqaviləyə əlavədə göstəriləcək malların Nesvijə (Minsk, Belarus) göndərilməsi üzrə öhdəlik götürmüşdür.. xx.xx.2018-ci il tarixli müqavilənin ardınca 21 iyul 2022-ci il tarixində Nümayəndəlik Farmlend MMC ilə Agentlik müqaviləsi bağlayaraq onun üçüncü şəxlərlə əvvəllər imzaladığı və gələcəkdə imzalayacağı alqı-satqı müqavilələrində Farmlend MMC-nin maraqlarının təminatı üçün agent kimi çıxış etməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli Müqavilənin 1.3-cü maddəsində qeyd edilir ki, "Farmlend MMC-nin maraqları naminə üçüncü şəxslərlə bağlanan bütün alqı- satqı müqavilələrində və Nümayəndəliyin satıcı kimi və Farmlend MMC-nin alıcı kimi çıxış edərək bir-birilə bağladığı bütün alqı-satqı müqavilələrində Nümayəndəlik qeyd olunan müqavilələrdə göstərilən statusundan asılı olmayaraq, yalnız Agent-Vasitəçi rolunu oynayır." Müqavilənin 3-cü maddəsində də göstərilir ki, bu kontekstlərdə bağlanan bütün müqavilələr üzrə ödənişləri Farmlend MMC Nümayəndəliyə ödəyir. Həmçinin Müqavilənin 1.4 və 4.3-cü maddələrində Qaydaların 4.3.2-1-ci yarımbəndinə istinad edilərək malların Azərbaycana daxil olmayacağı faktı vurğulanmışdır.Məhz xx.xx.2018-ci il tarixli müqavilə eyni tərəflər arasında bağlanmış Agentlik müqaviləsinin kontekstində oxunduqda anlaşılır ki, Nümayəndəlik xx.xx.2018- ci ildəki müqaviləsi ilə nəzərdə tutulan və başqa tərəflə bağlanmış müqavilə əsasında "aldığı" məhsulu elə birbaşa Minskə göndərməlidir. Və həmin müqavilələrdə "alıcı" qismində göstərilməsi prosedurun məğzinə təsir edə bilməz, yəni Nümayəndəlik agent kimi çıxış edir və məhsullar Azərbaycana daxil edilməməlidir.Hazırda mübahisə predmeti olan İT TRADE HOUSE S.R.O. Şirkəti və Nümayəndəlik arasında bağlanmış 23 avqust 2023-cü il tarixli Müqavilənin Əlavəsində göstərilən məhsullar da məhz Agentlik müqaviləsində nəzərdə tutulduğu kimi Belarusa göndərilməli malların əhatə dairəsinə düşür. Bu fakt onu göstərir ki, Nümayəndəlik İT TRADE HOUSE S.R.O. Şirkəti ilə bağladığı müqavilədə "alıcı" kimi göstərilsə də, Agentlik müqaviləsinin şərtlərinə uyğun olaraq, əldə etdiyi tibbi məhsulları vasitəçi kimi Minskə göndərməlidir. Bu reallıq gömrük bəyannamələrində də öz əksini taparaq, müqavilədəki məhsulların heç də Azərbaycan Respublikasından çıxmadığını və birbaşa Minskə göndərildiyini təsdiq edir. Həmçinin bu məhsulların İT TRADE HOUSE S.R.O. Şirkətindən alınması üçün lazımi məbləği də Agentlik Müqaviləsinin 3-cü maddəsinə müvafiq olaraq, Farmlend MMC Nümayəndəliyə ödəmişdir. Bu fakt xx.xx.2018-ci il tarixli alqı- satqı müqaviləsinə istinad edərək hazırlanan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığında öz təsdiqini tapır. Nümayəndəliyin münasibətlərdə agent kimi çıxış etməsi, yəni onun vasitəsilə yalnız pul köçürmələrinin baş tutması faktı 12 mart 2025-ci ildə keçirilən auditdə də öz əksini tapmışdır. Belə ki, sənəddə Kamar BV-dən (Niderland) Farmlend MMC-nin ünvanına malların daxil olması göstərilmiş və müəyyən edilmişdir ki, hesablaşmalar Kamar BV-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin bank rekvizitləri əsasında avro ilə həyata keçirilə bilər. Demək, Nümayəndəliyin rolu məhz Farmlend MMC üçün vasitəçi rolu oynayaraq alqı-satqı müqavilələri imzalamaq, lazımi məhsulları əldə edib, təkrarən Farmlend MMC-yə təchiz etmək olmuşdur. Mallar artıq Azərbaycana daxil olmadan təyinat nöqtəsinə (Nesvijə) çatmışdır.Bu hallardan aydın olur ki, Qaydaların 4.3.1.3-cü yarımbəndinin ehtiva etdiyi qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalı şərtlərinin hazırki işə tətbiqi müvafiq ola bilməz. Nümayəndəliyin rolu məhz maliyyə vasitəçiliyi olduğundan Qaydaların 4.3.2-1-ci maddəsi tətbiq edilməlidir. Maddə malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələri nəzərdə tutulur. Bu maddə nəzdində isə iddiaların əsasını təşkil edən nə malların Azərbaycana idxalı, nə də ödənişin ölkəyə qaytırılması tələbi öz əksini tapır. Nəticədə, inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi, yəni "avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması" inzibati xətası hazırki işin hallarına tətbiq edilə bilməz.1. 1 sentyabr 2023cü il tarixində baş tutan köçürmə maliyyə vasitəçisi tərəfindən hüquqi əsaslarla həyata keçirilmişdir və idxal pul qaytarılması ilə bağlı tələb mövcud ola bilməz. Ona görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Mərkəzi bankın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Mərkəzi bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Kamar B.V” şirkətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin 07 avqust 2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, “Kamar B.V” şirkətinin (VÖEN: **********) "xxxx" ASC -də olan hesabından 01 sentyabr 2023-cü il tarixdə olan 1250000.00 Avro məbləğində vəsait üzrə mallar ölkəyə daxil olmamışdır. Məhkəmədə müəyyən edilmişdir ki, İT TRADE HOUSE S.R.O. Şirkəti və Nümayəndəlik arasında bağlanmış 23 avqust 2023-cü il tarixli X1 göstərilən məhsulların göndəriləcəyi qeyd edilmişdir. Bu müqavilədən daha öncə, 18 aprel 2018-ci il tarixində Nümayəndəlik Farmlend MMC arasında alqı-satqı müqaviləsi imzalamışdır. Müqavilənin 1.1 və 3.1-cü maddələrinin birgə oxunuşundan aşkar olur ki, Nümayəndəlik müqaviləyə əlavədə göstəriləcək malların Nesvijə (Minsk, Belarus) göndərilməsi üzrə öhdəlik götürmüşdür. xx.xx.2018-ci il tarixli müqavilənin ardınca 21 iyul 2022-ci il tarixində Nümayəndəlik Farmlend MMC ilə Agentlik müqaviləsi bağlayaraq onun üçüncü şəxlərlə əvvəllər imzaladığı və gələcəkdə imzalayacağı alqı-satqı müqavilələrində Farmlend MMCnin maraqlarının təminatı üçün agent kimi çıxış etməyi öhdəsinə götürmüşdür. xx.xx.2022ci il tarixli Müqavilənin 1.3-cü maddəsində qeyd edilir ki, "Farmlend MMC-nin maraqları naminə üçüncü şəxslərlə bağlanan bütün alqı- satqı müqavilələrində və Nümayəndəliyin satıcı kimi və Farmlend MMC-nin alıcı kimi çıxış edərək bir-birilə bağladığı bütün alqı-satqı müqavilələrində Nümayəndəlik qeyd olunan müqavilələrdə göstərilən statusundan asılı olmayaraq, yalnız Agent-Vasitəçi rolunu oynayır." Müqavilənin 3-cü maddəsində də göstərilir ki, bu kontekstlərdə bağlanan bütün müqavilələr üzrə ödənişləri Farmlend MMC Nümayəndəliyə ödəyir. Həmçinin Müqavilənin 1.4 və 4.3-cü maddələrində Qaydaların 4.3.2-1-ci yarımbəndinə istinad edilərək malların Azərbaycana daxil olmayacağı faktı vurğulanmışdır.Məhz xx.xx.2018-ci il tarixli müqavilə eyni tərəflər arasında bağlanmış Agentlik müqaviləsinin kontekstində oxunduqda anlaşılır ki, Nümayəndəlik xx.xx.2018- ci ildəki müqaviləsi ilə nəzərdə tutulan və başqa tərəflə bağlanmış müqavilə əsasında "aldığı" məhsulu elə birbaşa Minskə göndərməlidir. Və həmin müqavilələrdə "alıcı" qismində göstərilməsi prosedurun məğzinə təsir edə bilməz, yəni Nümayəndəlik agent kimi çıxış edir və məhsullar Azərbaycana daxil edilməməlidir.Hazırda mübahisə predmeti olan İT TRADE HOUSE S.R.O. Şirkəti və Nümayəndəlik arasında bağlanmış 23 avqust 2023-cü il tarixli Müqavilənin Əlavəsində göstərilən məhsullar da məhz Agentlik müqaviləsində nəzərdə tutulduğu kimi Belarusa göndərilməli malların əhatə dairəsinə düşür. Bu fakt onu göstərir ki, Nümayəndəlik İT TRADE HOUSE S.R.O. Şirkəti ilə bağladığı müqavilədə "alıcı" kimi göstərilsə də, Agentlik müqaviləsinin şərtlərinə uyğun olaraq, əldə etdiyi tibbi məhsulları vasitəçi kimi Minskə göndərməlidir. Bu reallıq gömrük bəyannamələrində də öz əksini taparaq, müqavilədəki məhsulların heç də Azərbaycan Respublikasından çıxmadığını və birbaşa Minskə göndərildiyini təsdiq edir. Həmçinin bu məhsulların İT TRADE HOUSE S.R.O. Şirkətindən alınması üçün lazımi məbləği də Agentlik Müqaviləsinin 3-cü maddəsinə müvafiq olaraq, Farmlend MMC Nümayəndəliyə ödəmişdir. Bu fakt xx.xx.2018-ci il tarixli alqı- satqı müqaviləsinə istinad edərək hazırlanan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığında öz təsdiqini tapır. Nümayəndəliyin münasibətlərdə agent kimi çıxış etməsi, yəni onun vasitəsilə yalnız pul köçürmələrinin baş tutması faktı 12 mart 2025-ci ildə keçirilən auditdə də öz əksini tapmışdır. Belə ki, sənəddə Kamar BV-dən (Niderland) Farmlend MMC-nin ünvanına malların daxil olması göstərilmiş və müəyyən edilmişdir ki, hesablaşmalar Kamar BV-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin bank rekvizitləri əsasında avro ilə həyata keçirilə bilər. Demək, Nümayəndəliyin rolu məhz Farmlend MMC üçün vasitəçi rolu oynayaraq alqı-satqı müqavilələri imzalamaq, lazımi məhsulları əldə edib, təkrarən Farmlend MMC-yə təchiz etmək olmuşdur. Mallar artıq Azərbaycana daxil olmadan təyinat nöqtəsinə (Nesvijə) çatmışdır.Bu hallardan aydın olur ki, Qaydaların 4.3.1.3-cü yarımbəndinin ehtiva etdiyi qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalı şərtlərinin hazırki işə tətbiqi müvafiq ola bilməz. Nümayəndəliyin rolu məhz maliyyə vasitəçiliyi olduğundan Qaydaların 4.3.2-1-ci maddəsi tətbiq edilməlidir. Maddə malların respublikanıngömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələri nəzərdə tutulur. Bu maddə nəzdində isə iddiaların əsasını təşkil edən nə malların Azərbaycana idxalı, nə də ödənişin ölkəyə qaytırılması tələbi öz əksini tapır. Nəticədə, inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi, yəni "avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması" inzibati xətası hazırki işin hallarına tətbiq edilə bilməz.1. 1 sentyabr 2023-cü il tarixində baş tutan köçürmə maliyyə vasitəçisi tərəfindən hüquqi əsaslarla həyata keçirilmişdir və idxal pul qaytarılması ilə bağlı tələb mövcud ola bilməz.qeyd olunan hal “Kamar B.V” şirkətinin təqsiri üzündən baş verməmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində qanunla müəyyən edilmiş müddətdə müvafiq işlərin görülməməsi qarşı tərəfin təqsiri üzündən baş verdiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, “Kamar B.V” şirkəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Kamar B.V” şirkətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-6750/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6750/2025
08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver