Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6751/2025 16.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 17 sentyabr 2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasmm Mərkəzi Bankı tərəfindən ünvan 1 ünvanmda fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) xx.xx.2025 - xx.xx.2025-ci il tarixlərində aparılmış planlı tematik yoxlama (xx.xx.2024 - xx.xx.2025-ci il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir: 1.1. "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanununun 4.2.1-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər işgüzar münasibətlərin yaradılmasından əvvəl müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər. ƏL/TMM Qanununun 4.4.3-cü maddəsinə görə benefisiar mülkiyyətçinin kimliyinin müəyyən edilməsinə tam əmin olanadək onu eyniləşdirməli və benefisiar mülkiyyətçinin eyniləşdirmə məlumatlarmm etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiyası üçün ağlabatan tədbirlər görməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 1 sayda müştəriyə münasibətdə zəruri məlumatlar əldə edilməmişdir 1-ci bənddə qeyd edilən 1 müştəri üzrə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini varadır. 2.1 "Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər"in (DNP) 2.1.2-ci yarımbəndinə görə daxili qayda, prosedur və nəzarət mexanizmləri öhdəlik daşıyan şəxslərin rəhbərliyi tərəfindən təsdiq olunmalı və aktuallığı təmin edilməlidir. Öhdəlik daşıyan şəxslər vaxtaşırı yenilənmə tələb edən daxili qayda, prosedur və nəzarət mexanizmləri üçün çevik təsdiq mexanizmi formalaşdırmalıdırlar. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də daxili qayda, prosedur və nəzarət mexanizmləri rəhbərlik tərəfindən təsdiq edilməmişdir (Yoxlama haqqında hesabat. Səh 5). 2.2 DNP-nin 2.2.1-ci yarımbəndinə görə ƏL/TMM siyasəti öhdəlik daşıyan şəxslərin fəaliyyəti zamanı ƏL/TMM-də rəhbər tutacağı əsas prinsipləri, işgüzar münasibətlərin yaradılması qadağan edilən sahələri və öhdəlik daşıyan şəxslərin ƏL/TMM-ə dair daxili qayda, prosedur və nəzarət mexanizmlərinin əsaslarını, eləcə də onlarm inkişaf istiqamətlərini müəyyən etməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də daxili qayda, prosedur və nəzarət mexanizmlərinin əsasları, eləcə də onlarm inkişaf istiqamətləri müəyyən edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 5). 2.3 DNP-nin 2.3.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslər Qanunla nəzərdə tutulmuş müştəri uyğunluğu tədbirlərini təmin etmək üçün daxili qayda və prosedurlara malik olmalıdırlar. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də müştəri uyğunluğu tədbirlərinə və müştəri profili üzrə risklərin qiymətləndirilməsinə dair daxili qayda və proseduralar təsdiq edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 5). 2.4 DNP-nin 2.4.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslər Qanunun 4-cü maddəsinə uyğun olaraq hüquqi şəxs və xarici hüquqi təsisat olan müştərilərinin benefisiar mülkiyyətçilərinin müəyyənləşdirilməsinə dair metodologiya və prosedurlara malik olmalıdırlar. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də benefisiar mülkiyyətçilərinin müəyyənləşdirilməsinə dair metodologiya və proseduralar təsdiq edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 5). 2.5 DNP-nin 2.5.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslər məlumat və sənədlərin saxlanmasına və konfidensiallığma dair daxili qayda və prosedurları təsdiq etməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də məlumat və sənədlərin saxlanmasına və konfidensiallığma dair daxili qayda və prosedurlar təsdiq edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 5). 2.6 DNP-nin 2.6.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslərin rəhbərliyi əmək funksiyalarının xüsusiyyətlərinə uyğun olaraq işçilərin vəzifə təlimatlarında ƏL/TMMyə dair hüquq və vəzifələrinin müfəssəl şəkildə qeyd edilməsini təmin etməli və hər bir vəzifənin əmək funksiyasına uyğun olaraq xüsusiləşdirilmiş yanaşma tətbiq etməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də rəhbərlik və işçilərin, habelə struktur vahidlərinin (olduğu təqdirdə) ƏL/TMM-yə dair öhdəlik və vəzifələri müəyyənləşdirilməmişdir (Yoxlama haqqında hesabat. Səh 6). 2.7 DNP-nin 2.7.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxsin fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorların) müəyyən edilməsi (yenilənməsi) və meyarların (indikatorların) müəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində məlumat qaydasmda MMX-yə təqdim edilməsi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarları (indikatorlar) təsdiq edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 6). 2.8 DNP-nin 2.8.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslər tərəfindən Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş məlumat və sənədlər MMX tərəfindən müəyyən edilmiş "Məlumatların Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydaları"na uyğun olaraq MMX-ya göndərilir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin MMX-ya təqdim olunması üzrə daxili qayda və prosedurlar təsdiq edilməmişdir (Yoxlama haqqında hesabat. Səh 6). 2.9 ƏL/TMM Qanununun 21.7-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər illik əsasla cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarınm yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional riskləri müəyyən etməli, qiymətləndirməli, qiymətləndirmə nəticələrini sənədləşdirməli və nəzarət orqanma təqdim etməli, həmçinin rəhbərlik tərəfindən təsdiq edilən daxili qayda və prosedurlara uyğun olaraq risklərin idarə olunması, aradan qaldırılması və ya azaldılması üçün tədbirlər görməlidirlər. Öhdəlik daşıyan şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər institusional risk qiymətləndirilməsi zamanı bütün risk faktorlarını, ölkə və sahəvi risk qiymətləndirilmələrinin nəticələrini nəzərə almalıdırlar. DNP-nin 2.9.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslər mümkün ƏL/TM, kütləvi qırğın silahlarınm yayılması və yayılmasının maliyyələşdirilməsi risklərinin qiymətləndirilməsi üçün ən azı ildə bir dəfə institusional risk qiymətləndirməsini (bundan sonra - İRQ) nəzərdə tutan prosedur müəyyən etməlidirlər. İRQ öhdəlik daşıyan şəxslərin üzləşdiyi zəiflikləri və təhdidləri ətraflı təsvir etməli və risk meyarlarının müəyyən edilməsi üçün əsas olmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də institusional risk qiymətləndirməsi metodologiyası və prosedurları təsdiq edilməmişdir (Yoxlama haqqında hesabat. Səh 6). 2.10 DNP-nin 2.10.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxs daxili nəzarət proqramı çərçivəsində yeni məhsul və ya xidmət yaradarkən və onun istifadəyə verilməsindən əvvəl həmin məhsulun və ya xidmətin ƏL/TM riskini müəyyən edən və riski yüksək olduqda riskin azaldılmasının təmin edən daxili qayda və proseduralarım müəyyən etməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də yeni məhsulların yaradılması və istifadəyə verilməsinə dair qayda və prosedurlar təsdiq edilməmişdir (Yoxlama haqqında hesabat. Səh 6). 2.11 DNP-nin 3.2.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və 3 (üç) iş günü ərzində MMX-nin informasiya sistemində qeydiyyatdan keçirilməsi və nəzarət orqanma verilməsi qaydası müəyyən edilməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qaydalarında rəhbərlik və struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmdıqda onu əvəz edən şəxsin təyin edilməsinin 3 (üç) iş günü ərzində MMK-nm informasiya sistemində qeydiyyatdan keçirilməsi və nəzarət orqanına məlumatın verilməsi tələbi əks olunmamışdır. (Yoxlama haqqında hesabat. Səh 7). 2.12 DNP-nin 3.2.2-ci yarımbəndinə görə daxili nəzarət proqramında məsul şəxs olmadıqda onu əvəz edən şəxsin hər bir halda 6 (altı) aydan çox olmamaq şərtilə yalnız məsul şəxs məzuniyyətdə olduğu, vəzifə funksiyalarını icra etmədiyi və ya icra edə bilmədəyi müddətdə təyin edilməsi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili nəzarət proqramında məsul şəxs olmadıqda onu əvəz edən şəxsin hər bir halda 6 (altı) aydan çox olmamaq şərtilə yalnız məsul şəxs məzuniyyətdə olduğu, vəzifə funksiyalarını icra etmədiyi və ya icra edə bilmədiyi müddətdə təyin edilməsi ilə bağlı tələblər nəzərdə tutulmamışdır. (Yoxlama haqqında hesabat. Səh 7). 2.13 DNP-nin 3.2.6-cı yarımbəndinə görə daxili nəzarət proqrammda məsul şəxsə dair tələblər nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili nəzarət proqramında məsul şəxsə dair tələblər nəzərdə tutulmamışdır. (Yoxlama haqqında hesabat. Səh 8). 2.14 DNP-nin 3.2.7-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxsin rəhbərliyi məsul şəxs və öhdəlik daşıyan şəxsin ƏL/TMM ilə əlaqədar işçilərin Qanunda nəzərdə tutulmuş məlumat və sənədləri əldə etmək hüququna dair səlahiyyətlərini müəyyən etməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin rəhbərliyi tərəfindən məsul şəxs və öhdəlik daşıyan şəxsin ƏL/TMM ilə əlaqədar işçilərin Qanunda nəzərdə tutulmuş məlumat və sənədləri əldə etmək hüququna dair səlahiyyətləri müəyyən edilməmişdir. 2.15 DNP-nin 4.1.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxs daxili nəzarət proqramı çərçivəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ hüquqi aktlar, eləcə də nizamnamələri və ya hüquqi statuslarını əks etdirən digər sənədləri, olduğu təqdirdə insan resurslarının idarə edilməsi strategiyası və bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübə əsasmda ƏL/TMM sahəsi ilə əlaqəli olan işçilərin işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi mexanizmlərini (bundan sonra - işəgötürmə prosedurları) müəyyən etməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili nəzarət proqramı çərçivəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ hüquqi aktlar, eləcə də nizamnamələri və ya hüquqi statuslarını əks etdirən digər sənədləri, olduğu təqdirdə insan resurslarının idarə edilməsi strategiyası və bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübə əsasmda ƏL/TMM sahəsi ilə əlaqəli olan işçilərin işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi mexanizmlərini (bundan sonra - işəgötürmə prosedurları) müəyyən edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 8). 2.16 DNP-nin 1.4.3-cü yarımbəndinə görə öhdəlik daşıyan şəxslərin müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq ƏL/TMM üzrə daxili nəzarət proqramı aşağıdakılardan ibarət olmalıdır: daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq edilməsi; rəhbərlik (öhdəlik daşıyan şəxslərin admdan çıxış edən, həmin şəxsin idarəetmə, nəzarət və (və ya) icra orqanı və ya öhdəlik daşıyan şəxs olan fərdi sahibkar) səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə müstəqil və effektiv riayət sisteminin təşkil edilməsi; işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi məqsədilə yoxlama prosedurlarının təsdiq edilməsi və işçilərin davamlı qaydada təlimlərə cəlb etməlidir: mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasmda qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən ƏL/TMM sahəsi üzrə işçilərə yoxlama dövrü ərzində təlimlər keçirilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 8). 2.17 DNP-nin 4.2.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxs daxili nəzarət proqramında bu Tələblərin 4.2.3-cü yarımbəndində nəzərdə tutulmuş təlimlərdən başqa öz işçilərinin ƏL/TMM sahəsi üzrə MMX və ya nəzarət orqanları tərəfindən və ya onların təşkilatçılığı ilə üçüncü şəxslər (təşkilatlar, ekspertlər və sair) tərəfindən keçirilən seminarlarda, konfranslarda və təlimlərdə iştirakını nəzərdə tutmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qaydalarmda ƏL/TMM sahəsi üzrə işçilərə təlim planlarına uyğun olaraq və ya plandan kənar müntəzəm qaydada təlimlər keçirilməsini, bu məqsəd üçün təlim proqramını və onun icrasını və məlumatlandırma məqsədi ilə bu barədə məlumatın ildə bir dəfədən az olmayaraq MMXya təqdim edilməsi nəzərdə tutulmamışdır. 2.18 DNP-nin 4.2.4-cü yarımbəndinə görə öhdəlik daşıyan şəxs daxili nəzarət proqramında bu Tələblərin 4.2.3-cü yarımbəndində nəzərdə tutulmuş təlimlərdən başqa öz işçilərinin ƏL/TMM sahəsi üzrə MMX və ya nəzarət orqanları tərəfindən və ya onların təşkilatçılığı ilə üçüncü şəxslər (təşkilatlar, ekspertlər və sair) tərəfindən keçirilən seminarlarda, konfranslarda və təlimlərdə iştirakını nəzərdə tutmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC daxili nəzarət proqramında öz işçilərinin ƏL/TMM sahəsi üzrə MMX və ya nəzarət orqanları tərəfindən və ya onların təşkilatçılığı ilə üçüncü şəxslər (təşkilatlar, ekspertlər və sair) tərəfindən keçirilən seminarlarda, konfranslarda və təlimlərdə iştirakını nəzərdə tutmamışdır. (Yoxlama haqqında hesabat. Səh 8). 2.19 DNP-nin 4.2.14-cü yarımbəndinə görə daxili nəzarət proqramında keçirilmiş təlimlərin keyfiyyəti qiymətləndirilməsi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili nəzarət proqramında təlimlərin keyfiyyəti qiymətləndirilməsi ilə bağlı tələb öz əksini tapmamışdır. (Yoxlama haqqında hesabat. Səh 8). 2.20 DNP-nin 5.1.5-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxsin rəhbərliyi Qanunun tələblərinin tətbiq olunmasının səmərəliliyini yoxlamaq məqsədlə auditinin müntəzəm keçirilməsi üçün məsuliyyət daşıyır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin rəhbərliyi tərəfindən Qanunun tələblərinin tətbiq olunmasının səmərəliliyini yoxlamaq məqsədilə auditin keçirilməsi həyata keçirilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 9). 2.21 DNP-nin 5.1.6-cı yarımbəndində öhdəlik daşıyan şəxsin daxili nəzarət proqrammda müstəqil auditinin məqsəd və vəzifələri nəzərdə tutulmuşdur. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili nəzarət proqrammda müstəqil auditin məqsəd və vəzifələri müəyyən edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 9). 2.22 DNP-nin 5.1.9-cu yarımbəndinə görə rəylərin bilavasitə öhdəlik daşıyan şəxsin rəhbərliyinə və ya qanunvericiliklə nəzərdə tutulmuş hallarda audit komitəsinə (olduğu təqdirdə) təqdim edilməsi qaydası daxili nəzarət proqrammda nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də rəylərin rəhbərliyinə və ya qanunvericiliklə nəzərdə tutulmuş hallarda audit komitəsinə (olduğu təqdirdə) təqdim edilməsi qaydası daxili qaydalarda nəzərdə tutulmamışdır. (Yoxlama haqqında hesabat. Səh 9). 2-ci bənddə qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (1 müştəri üzrə) və 598.1.2-ci maddələrinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar MMC-nin direktoru Şəxs tərəfindən MMC-nin fəaliyyət göstərdiyi ünvan 1-də xx.xx.2024 xx.xx.2025-ci il tarixlərində törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsində xx.xx.2025-ci il tarixdə aşkarlanmışdır, Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (1 müştəri üzrə) və 598.1.2- ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 598.1.1 və 598.1.2-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında protokola etiraz edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bankı Maliyyə monitorinqi departamentinin yoxlama haqqında hesabatından görünür ki, "xxxx" MMC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrü əhatə edən xx.xx.2025-ci il tarixdə başlanılmaqla xx.xx.2025-ci il tarixdə yekunlaşmış yoxlama keçirilmişdir. Yoxlama nəticəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 28 oktyabr 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmiş nöqsanlar aşkar edilmişdir. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında 30 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4.2-ci maddəsinə əsasən Öhdəlik daşıyan şəxslər aşağıdakı hallarda müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər: 4.2.1. işgüzar münasibətlərin yaradılmasından əvvəl; 4.4. Öhdəlik daşıyan şəxslər müştəri uyğunluğu tədbirləri çərçivəsində aşağıdakı tədbirləri görməlidirlər: 4.4.3. benefisiar mülkiyyətçinin kimliyinin müəyyən edilməsinə tam əmin olanadək onu eyniləşdirməli və benefisiar mülkiyyətçinin eyniləşdirmə məlumatlarının etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiyası üçün ağlabatan tədbirlər görməlidirlər; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 25.4-cü maddəsinə əsasən Manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 598.1.1-ci maddəsinə əsasən Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: 598.1.1. maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə; vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 598.1.2-ci maddəsinə əsasən Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə vəzifəli şəxslər - iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə isə şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə” dair 02 sentyabr 2020-ci il qərarında göstərilmişdir ki, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz (maddə 34.4). İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi şəxsin məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir. Belə ki, həmin maddəyə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsindən göründüyü kimi, qanunverici müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə həmin Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq eyni vaxtda baxılmasının eyni orqan tərəfindən tərtib edilmiş protokollar və həmin xətalara baxılmasının eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni şəxs tərəfindən müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətindədirsə, bu xətaların heç birinə görə ona inzibati tənbeh tətbiq edilməmişdirsə və törədilən inzibati xətaların heç birinə görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdirsə məhkəmə və ya müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) bu inzibati xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Bu tələb birbaşa İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.4-cü maddələrinin müddəalarından irəli gəlir. Eyni zamanda Məcəllənin 34.4-cü maddəsinin “barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz” müddəası da bu qəbildən olan işlərin eyni vaxtda baxılmasına bir daha dəlalət edir. Həmçinin nəzərə alınmalıdır ki, qanunverici burada “barəsində inzibati icraat aparılan şəxs” ifadəsindən istifadə edərək bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını vurğulayır. Həmin müddəaya uyğun olaraq bir neçə inzibati xəta törətmiş şəxsə qarşı tətbiq edilən tənbehin, inzibati tənbehin ayrı-ayrı növlərinin mümkün həddindən artıq ola bilməməsi müəyyən olunmuşdur. Bu qayda inzibati xətalar qanunvericiliyinin prinsiplərinə uyğundur. Əks yanaşma şəxsə inzibati xətaya görə qanunvericilikdə müəyyən olunmuş tənbehin həddlərindən daha artıq tənbehin tətbiq olunması ilə nəticələnə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1ci maddəsinin dispozisiyasında “hər bir müştəriyə və əməliyyata görə” inzibati tənbeh nəzərdə tutulmuş və bir neçə inzibati xətalar üzrə cəzanın hansı üsulla tətbiq edilməli göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir və Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər hər birisi ayrıca hərəkətlə (hərəkətsizliklə) müxtəlif vaxtlarda törədilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbləri pozularaq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı Şəxsnin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin İXM-nin 34.4-cü maddəsi nəzərə alınmaqla İXM-nin 598.1.1-ci maddəsi ilə barəsində 2000 (iki min) manat və İXM-nin 598.1.2-ci maddəsi ilə barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-6751/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6751/2025
16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver