Məhkəmə qərarları › İş №3(004)-6756/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6756/2022

25.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6756/2022 25.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1977-ci ildə Ağdaş rayonu Orta Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə xx.xx.2022-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş ona görə ki, xx.xx.2022-ci il tarixdə Şəxs idarə etdiyi “Bolt” taksinin içərisində müştəri X2 yaxınlıq etmək istəyib, etik qaydalara zidd ifadələr işlədib, əxlaqsız təkliflər edib. Bununla da protokol tərtib etmiş şəxs hesab etmişdir ki, şəxsin bu əməlləri ilə xırda xuliqanlıq hərəkətləri edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, o, təxminən 02 ilə yaxın olar ki, taksi fəaliyyatı ilə məşğul olur. Bildirmişdir ki, o, təxminən 2-3 gün bundan öncə idarə etdiyi “Toyota Prius” markalı, **-FK-*** dövlət qeydiyyat nömrəli avtomaşına tanımadığı qadın əyləşmiş, yolda aralarında səmimiyyət yaranmış, söhbət etməyə başlayıblar. Aralarında yaranan səmimiyyətdən istifadə edərək həmin xanımla tanış olmaq istəyib. Xanım əsəbləşərək avtomobilinə təpik atıb. Əməlindən peşmandır. Protokol tərtib etmiş şəxs Yasamal RPİ 28-ci PB-nin sahə inspektoru Səbuhi Fətəliyev bildirdi ki, X4 şikayətində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə “Bolt” tətbiq vasitəsi ilə yaşadığı ünvana getmək üçün taksi sifariş edib. Yolda gedən zaman adını bilmədiyi həmin taksi sürücüsü ona qarşı uyğunsuz təkliflər irəli sürdü və onunla tanış olmaq istədi və o, onun bu hərəkətindən çəkinərək ünvana çatmamış yol haqqını ödəyərək avtomobildən düşüb. Buna görə də hazırkı protokolu tərtib edib məhkəmə təqdim etmişdir. Buna görə də hazırkı protokolu tərtib edib məhkəmə təqdim etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Belə olduğu təqdirdə şəxsin təqsirli bilindiyi əməldə göstərilən saatda, yerdə, tarixdə, hərəkətdə olan avtomobilin daxilində olan hərəkətlər, avtomobilin içərisi ictimai yer sayılmadığı üçün, bu əməl xırda xuliqanlıq kimi qiymətləndirilmir. Bu səbəbdən də şəxsin törətdiyi qeyd edilən əməldə həmin inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. İş materiallarındakı xx.xx.2022-ci il tarixli protokola əsasən Şəxs həmin tarixdə saat 21:05 radələrində saxlanılmışdır. Göstərilənlərə əsasən İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs həbsdən dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar