Məhkəmə qərarları › İş №3(004)-6757/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6757/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6757/2024 28.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X1 iclas katibliyi, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə Hüquqi ünvanı AZ1006, ünvan 1atda olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: AZ1006, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 5ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Loqistika Mərkəzi" gömrük postundan daxil olmuş 3-33-3100/032/029871 nömrəli xx.xx.2024-cü il tarixli raportuna əsasən Şəxs MMC-nin adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli **********6482 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 2 ədəd “Decimator DMON-QUAD 4-Channel 3G-SDİ” markalı videoyazıcı və 2 ədəd “DJİ MİC 2 X3 -(2 TX +1 RX+Charging Case)” markalı mikrofon kimi bəyan olunmuş yükə baxış keçirilən zaman yükün içərisindən gömrük organına bəyan edilməyən15 ədəd “Sony Ecm- 77 B” markalı mikrofon, 1 ədəd “Lilliput PVM210S 21.5 3G- SDİ/HDMİ” markalı monitor, 14 ədəd “Porto-Brace” markalı ləvazimat çantası aşkar olunmuşdur. Bununla da Şəxs MMC İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, EP0192389 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi Şəxs MMC-nin nümayəndəsi X4 özlərini təqsirli bilərək, cərimə inzibati tənbeh tədbirinin yüngülünün təqtbiq olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xətanın tərkibi var və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş Logistika Mərkəzi gömrük postunun böyük inskpektorunun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Şəxs MMC adına 31,10.2024-cü ıl tarixli, **********6482 sorğu nömrəli gömrük bəyannaməsi üzrə “2 ədəd Decimator nişanlı videoyazıcı və ya videocanlandırı aparatura və 2. ədəd DJİ MİC nişanlı mikrofonlar” bəyan olunan yükə baxış zamanı yükün içərisində əlavə olaraq gömrük orqanına bəyan olunmayan 15 ədəd “Sony markarlı ECM-77B” mikrofonu, 14 ədəd “Porto- Brace markalı ləvazimat çantası” və 1 ədəd “Lıllıput 21.5” LCD monitor” adlı malların olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 07 noyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, 16 oktyabr 2024-cü il tarixli lN-068804 nömrəli invoysa əsasən, 2 ədəd “Decimator DMON-QUAD 4-Channel 3G-SDİ” markalı videoyazıcının ümumi invoys dəyəri 626.28 ABŞ dolları (1 ədədinin dəyəri 313.14 ABŞ dolları olmağla) və 2 ədəd “DJİ MİC 2 X3 -(2 TX +1 RX+Charging Case)’’ markalı mikrofonların ümumi invoys dəyəri isə 754 ABŞ dolları (1 ədədinin dəyəri 377 ABŞ dolları olmağla) təşkil edir. 24 sentyabr 2024-cü il tarixli SQ-069143 nömrəli invoysa əsasən, 15 ədəd “Sony Ecm-77 B” markalı mikrofonun ümumi invoys dəyəri 3336.96 ABŞ dolları (1 ədədinin dəyəri 222.46 ABŞ dolları olmağla), 1 ədəd “Lilliput PVM210S 21.5 3G- SDİ/HDMİ” markalı monitorun ümumi invoys dəyəri 550 ABŞ dolları təşkil edir. 29 iyul 2024-cü il tarixli SQ-068381 nömrəli invoysa əsasən 14 ədəd Porto-Brace” markalı ləvazimat çantasının ümumi invoys dəyəri isə 2514.10 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş HNBGİ Gömrük dəyərləndirilməsi şöbəsindən daxil olmuş 3-33-3100/019/030591 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən, Şəxs MMC tərəfindən əlavə təgdim edilən 29 iyul 2024-cü il tarixli tarixli SQ-068381 nömrəli (gömrük dəyəri-2514.10 ABŞ dolları) və 24 sentyabr 2024-cü il tarixli SQ-069143 nömrəli (gömrük dəyəri-3886.96 ABŞ dolları) invoys sənədlərinə əsasən malların gömrük dəyərinin EXW şərtlərinə əməl olunmaqla ümumilikdə (6401.06 ABŞ dolları= 10881.802 manat)) həmin sənədlərə uyqun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 146-cı maddəsinə əsasən Gömrük sərhədindən keçirilən bütün mallar və nəgliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Bəyanetmə malların və nəgliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8-ci bəndinə əsasən, xarici ölkədən Azərbaycana gətirilən malların və digər əşyaların dəyəri təqdim olunmuş qaimə- fakturalara və digər sənədlərə müvafiq olaraq onların həmin ölkədə alındığı qiymətlər əsasında müəyyən edilir. Bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya GM-də nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəgliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haggında gərarın gəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Malların və digər əşyaların gömrük ərazisinə gətirilməsi dedikdə onların gömrük sərhədindən keçirilməsi, bu mallar və digər əşyalarla bağlı onların buraxılmasınadək və maraglı şəxslərə həmin mallara və digər əşyalara dair sərəncam vermək (onlardan istifadə etmək) icazəsi verilənədək gömrük organları tərəfindən GM-də nəzərdə tutulmuş müvafig hərəkətlərin edilməsi başa düşülür. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, İXM-in 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli raport, 07 noyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 faizi olmaqla yəni ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq 1005.64 ABŞ dolları məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar