Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6780/2024 20.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxsin nümayəndəsi (tələbkar) X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən Yasamal Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1932/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən İddiaçı "xxxx" ASC ilə cavabdeh Şəxs arasında bağlanmış xx.xx.2016-cı il tarixli 16010-0211/006254 nömrəli kredit müqaviləsi ləğv edilməsi,cavabdeh Şəxs xx.xx.2016-cı il tarixli 16010-0211/006254 nömrəli kredit müqaviləsi üzrə yaranmış 82.442,08 ABŞ dolları əsas borc, 10.364,42 ABŞ dolları faiz borcu, 650,75 ABŞ dolları cərimə, ödənilmiş 30 manat dövlət rüsumu, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və ödənilmiş 20 manat xidmət haqqı olmaqla, cəmi 93.457,25 (doxsan üç min dörd yüz əlli yeddi ABŞ dolları iyirmi beş sent) ABŞ dolları (ödəniş günü manat məzənnəsi ilə) və 60 (altmış) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın cavabdeh Şəxs mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu X6 küçəsi 77 nömrəli evin ümumi sahəsi 82,05 kv.m, yaşayış sahəsi 41,4 kv.m olan 2 otaqlı 99 nömrəli mənzilinə yönəldilməsi, ilkin satış qiyməti - bazar dəyəri 135.000 (yüz otuz beş min) manat, likvid dəyəri 130.000 (yüz otuz min) manat müəyyən edilməklə mənzilin açıq hərracda satılması, mənzil satıldıqdan bir ay sonra cavabdehlər Şəxs və X1 tərəfindən boşaldılması,ipoteka ilə yüklü edilmiş mənzilin satışından əldə olunacaq vəsait hesabına cəmi 93.457,25 (doxsan üç min dörd yüz əlli yeddi ABŞ dolları iyirmi beş sent ) ABŞ dolları (ödəniş günü manat məzənnəsi ilə) və 60 (altmış) manat pul iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi, artıq qalan vəsaitin cavabdeh Şəxs qaytarılması,mənzilin satışından əldə olunacaq vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsi cavabdeh Şəxs ümumi qaydada tutulması qət edilmişdir. xx.xx.2020-ci il tarixdə kölüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, Yasamal rayon Məhkəməsinin 2(004)- 1378/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Şəxs könüllü icra üçün müəyyən olunmuş vaxtda icranı könüllü təmin etməmiş və tələbin borclunun əmlakı hesabına ödənilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində borclunun adına aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, ev 77, 99 saylı mənzil "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 47/04-1 saylı hərrac protokoluna əsasən "xxxx" ASC-yə satılmışdır. Göstərilənlərə əsasən R.Ə.Səmədovun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbehin tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə icra məmuru məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, iş üzrə borclunun gəlirləri və əmlak vəziyyəti ilə bağlı müxtəlif orqanlara sorğular göndərilmiş və müəyyən edilmişdir ki, sonuncunun mülkiyyətində hər hansı əmlakı və ya dəyərli əşyaları yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır və icra sənədini icra etməkdən də boyun qaçırmır. Sadəcə olaraq hazırda maddi vəziyyəti olduqca ağırdır, ev satılmış və ailəlikcə evdən çıxarılmışlar, yerdə qalan borcu bir dəfəyə ödəyə biləcək hər hansı dəyərli və qiymətli əmlakı yoxdur. Göstərilən halların nəzərə alınaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi (tələbkar) öz izahatında bildirmişdir ki, o, yalnız icra sənədinin icra edilməsində maraqlıdır, borclunun vədlərinə artıq inanmır və icra sənədinin tam həcmdə icra olunmasını istəyir. Sonda qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1932/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən İddiaçı "xxxx" ASC ilə cavabdeh Şəxs arasında bağlanmış xx.xx.2016-cı il tarixli 16010-0211/006254 nömrəli kredit müqaviləsi ləğv edilməsi, cavabdeh Şəxs xx.xx.2016-cı il tarixli 16010-0211/006254 nömrəli kredit müqaviləsi üzrə yaranmış 82.442,08 ABŞ dolları əsas borc, 10.364,42 ABŞ dolları faiz borcu, 650,75 ABŞ dolları cərimə, ödənilmiş 30 manat dövlət rüsumu, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və ödənilmiş 20 manat xidmət haqqı olmaqla, cəmi 93.457,25 (doxsan üç min dörd yüz əlli yeddi ABŞ dolları iyirmi beş sent) ABŞ dolları (ödəniş günü manat məzənnəsi ilə) və 60 (altmış) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın cavabdeh Şəxs mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu X6 küçəsi 77 nömrəli evin ümumi sahəsi 82,05 kv.m, yaşayış sahəsi 41,4 kv.m olan 2 otaqlı 99 nömrəli mənzilinə yönəldilməsi, ilkin satış qiyməti - bazar dəyəri 135.000 (yüz otuz beş min) manat, likvid dəyəri 130.000 (yüz otuz min) manat müəyyən edilməklə mənzilin açıq hərracda satılması, mənzil satıldıqdan bir ay sonra cavabdehlər Şəxs və X1 tərəfindən boşaldılması,ipoteka ilə yüklü edilmiş mənzilin satışından əldə olunacaq vəsait hesabına cəmi 93.457,25 (doxsan üç min dörd yüz əlli yeddi ABŞ dolları iyirmi beş sent ) ABŞ dolları (ödəniş günü manat məzənnəsi ilə) və 60 (altmış) manat pul iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi, artıq qalan vəsaitin cavabdeh Şəxs qaytarılması,mənzilin satışından əldə olunacaq vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsi cavabdeh Şəxs ümumi qaydada tutulması qət edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, ev 77, 99 saylı mənzil "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 47/04-1 saylı hərrac protokoluna əsasən "xxxx" ASC-yə satılmışdır. Lakin ipoteka predmeti borcun ödənilməsinə kifayət etməmiş, hazırda borc 28742 ABŞ dolları təşkil edir. İş materiallarında olan ayrı-ayrı qurumlara verilmiş sorğuların cavablarına əsasən müəyyən edilir ki, Şəxs hər hansı gəliri yoxdur, onun mülkiyyətində hər hansı dəyərli əşyası və ya əmlakı aşkar edilməmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1932/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən İddiaçı "xxxx" ASC ilə cavabdeh Şəxs arasında bağlanmış xx.xx.2016-cı il tarixli 16010- 0211/006254 nömrəli kredit müqaviləsi ləğv edilməsi,cavabdeh Şəxs xx.xx.2016-cı il tarixli 16010-0211/006254 nömrəli kredit müqaviləsi üzrə yaranmış 82.442,08 ABŞ dolları əsas borc, 10.364,42 ABŞ dolları faiz borcu, 650,75 ABŞ dolları cərimə, ödənilmiş 30 manat dövlət rüsumu, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və ödənilmiş 20 manat xidmət haqqı olmaqla, cəmi 93.457,25 (doxsan üç min dörd yüz əlli yeddi ABŞ dolları iyirmi beş sent) ABŞ dolları (ödəniş günü manat məzənnəsi ilə) və 60 (altmış) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın - cavabdeh Şəxs mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu X6 küçəsi 77 nömrəli evin ümumi sahəsi 82,05 kv.m, yaşayış sahəsi 41,4 kv.m olan 2 otaqlı 99 nömrəli mənzilinə yönəldilməsi, ilkin satış qiyməti - bazar dəyəri 135.000 (yüz otuz beş min) manat, likvid dəyəri 130.000 (yüz otuz min) manat müəyyən edilməklə mənzilin açıq hərracda satılması, mənzil satıldıqdan bir ay sonra cavabdehlər Şəxs və X1 tərəfindən boşaldılması,ipoteka ilə yüklü edilmiş mənzilin satışından əldə olunacaq vəsait hesabına cəmi 93.457,25 (doxsan üç min dörd yüz əlli yeddi ABŞ dolları iyirmi beş sent ) ABŞ dolları (ödəniş günü manat məzənnəsi ilə) və 60 (altmış) manat pul iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi, artıq qalan vəsaitin cavabdeh Şəxs qaytarılması,mənzilin satışından əldə olunacaq vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsi cavabdeh Şəxs ümumi qaydada tutulması qət edilmişdir. Həmin icra sənədi əsasında xx.xx.2024-ci il tarixdə Yasamal rayon İcra Şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İcra məmuru tərəfindən aparılmış icra tədbirləri zamanı ayrı-ayrı qurumlara verilmiş sorğulara əsasən borclunun hər hansı gəlirinin, mülkiyyətində hər hansı dəyərli əşyasının və ya əmlakıının olmaması müəyyən edilmişdir. Hazırki iş üzrə borc bankın riskinə əsaslanmaqla təminatlı borcdur. Mülkiyyətində hər hansı bir əmlakının olmaması borclunun əmlak vəziyyətinin göstəricisi olduğu halda, borclunun icra sənədini üzürsüz səbəbdən icra etməməsinin nədə ifadə olunduğu göstərilmədən, borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Lakin, protokolda borclu Şəxs həmin maddənin dispozisiyasında nəzərdə tutulan hansı hərəkəti və yaxud hərəkətsizliyi etməklə inzibati xəta törətdiyi göstərilməmiş və eləcə də, onun əməlində həmin maddənin tərkibinin olduğunu təsdiq edən sübutlar protokolda qeyd edilməmiş və belə bir sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu R.Ə.Səmədovun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs R.Ə.Səmədovun əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə R.Ə.Səmədovun psixi münasibəti qərəzli olamamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən R.Ə.Səmədovun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs R.Ə.Səmədovun əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-6780/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6780/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver