Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-679/2021 04.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhər Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında MN ******* saylı, 26.02.2021-ci il tarixdə tərtib edilmiş protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal Rayon İcra Şöbəsi (icra məmuru İsmayıl İsmayılov) tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə 26.02.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 325/2016 saylı, 03.07.2016-cı il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, “Qırmızı Şərq” şəhərciyində yerləşən “xxxx” MTK-nın inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 2-ci girişinin bütün mərtəbələrindəki pilləkən marşlarındakı pillərinin hündürlük ölçülərinin eyni səviyyəyə çatdırılmalı və göstərilən pilləkən marşları üzlük daşlarla üzlənilməlidir. - ünvan üzrə binanın 2-ci girişində 3-cü lift quraşdırılmalı, həmin liftin texniki təhlükəsizlik tələblərinə uyğun olması və istismara yaralığı mütəxəssislər tərəfindən rəsmi sənədlə təsdiq edildikdən sonra istismara verilməlidir. - ünvan üzrə binanın 2-ci girişində hər 3 liftin fasiləsiz işləməsi və liftlərdə xilasetmə məntəqəsilə əlaqə sisteminin quraşdırılması və normal işləməsi təmin edilməlidir. - girişin pilləkən qəfəsinin bütün mərtəbələri normal səviyyədə işıqlandırılmalıdır. - girişin bütün mərtəbələrinin pilləkənləri tikinti norma və qaydalarına uyğun olaraq tam bərpa edilməlidir. - pilləkən qəfəsinin bütün mərtəbələrində, pilləkən meydançalarında tavan və divarların tamamlama işləri tikinti norma və qaydalarına müvafiq yerinə yetirilməlidir. - girişin 16,17 və 18-ci mərtəbələrində ümumi istifadə sahələrin (döşəmələrinin) və divarların tamamlanma işləri tikinti norma və qaydalarına müvafiq yerinə yetirilməlidir. - girişin 16,17 və 18-ci mərtəbələrində mənzil qapılarının qarşısındakı ümumi istifadə dəhlizinin qarşlı sahələri (dəhlizin sağ və sol hissəsi) daimi işıqlandırılmalıdır. - binanın 2-ci girişində ümumi havandırılma sisteminin quraşdırılması ilə bağlı qüsur (binanın qeyri-yaşayış obyektlərində çoxsaylı mətbəxlərin havasovuranın 2-ci girişin vintilyasiya sisteminə birləşdirilməsi nəticəsində mənzillərə və mərtəbələrin ümumi istifadə sahələrinə kəskin qoxularının sirayət etməsi) tam aradan qaldırılması vəzifəsi borclu “xxxx” MTK-ya və Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmalıdır. - Ekspertiza tətqiqatının dəyəri olan 100 manat məbləğində pul borcludan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına edilməlidir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9271/2019 saylı, 16.07.2019-cu il tarixli icra sənədinə əsasən borclular “xxxx” MTK və Şəxs 29.01.2013-cü il tarixli “Xidmət müqaviləsi” üzrə “Kooperativin öhdəlikləri” yerinə yetirilənədək və Yasamal Rayon Məhkəməsinin 03.06.2016-cı il tarixli qətnaməsi üzrə borclunun üzərinə qoyulmuş vəzifələr icra edilən vaxta qədər, eyni zamanda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 13.08.2018-ci il tarixli, 37/36-05125 saylı yanğın-texniki müayinə məktubunda göstərilən nöqsanlar aradan qaldırılana qədər, tələbkar X1 “kommunal xidmət” üzrə ödəniş tələb olunması qanunsuz hesab edilməli və kommunal xidmətlər üzrə borclu “xxxx” MTK-nın mühasibət sənədlərində tələbkarın adına hazırkı vaxta qədər hesablanmış ödəniş məbləğinin ləğv edilməsi vəzifəsi üzərlərinə qoyulmalıdır. X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi 9C, 2-ci giriş, 139 saylı mənzilə aid aylıq kommunal xidmət üzrə ödəniş məbləğinin necə müəyyənləşdirilməsi, “kommunal xidmət”ə hansı xidmətlərin daxil olması, hər bir xidmət üçün ödənilməli pul məbləğinin həcmi barədə rəsmi arayışın verilməsi vəzifəsi borclu “xxxx” MTK-nın üzərinə qoyulmalıdır. Borclu “xxxx” MTK-nın təqsirli mülki hüquq pozuntuları nəticəsində tələbkarının mülkiyyət ilə bağlı hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsinə maneələr yaratması, qanunla verilməsi nəzərdə tutulmuş məlumatların (müqavilə öhdəliklərinin icrasının gecikməsinin səbəbləri, kommunal ödənişin necə hesablanması, binada və binanın 2-ci girişində mövcud olan natamamlıqlar və təhlükəli halların aradan qaldırılması barədə) və mühüm sənədlərin tələbkar verilməsindən imtina etməsi qanunsuz hesab edilməlidir. Kooperativin nizamnaməsinin, kooperativə üzvlülük kitabçasının, tikintinin (mənzilin) keyfiyyət sertifikatının və istismar təlimatının surətlərinin tələbkar X3 verilməsi vəzifəsi borclu “xxxx” MTK-ya həvalə edilməlidir. Borclu Şəxs həmin icra vərəqələrində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə, protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edir ki, protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, həmin inzibati xəta haqqında iş üzrə inzibati tənbeh tətbiq edilməsinə dair Yasamal Rayon Məhkəməsinin 3(004)-679/2021 saylı, 12.03.2021-ci il tarixli qərarından borclu Şəxs müdafiəçisi Əjdər Sarıyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1076/2021 saylı, 04 may 2021-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilmiş və inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin iş Yasamal Rayon Məhkəməsinə geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarına əsasən apellyasiya şikayətinə əlavə edilmiş Bakı şəhər İcra Hakimiyəti tərəfindən verilmiş 27 dekabr 2016-cı il tarixli 0083 nömrəli tikinti obyektinin istismarına icazə sənədinə əsasən 27 dekabr 2016-cı il tarixdən etibarən “xxxx” MTK-ya tikinti obyektinin istismarına icazə verilmişdir. Həmçinin apellyasiya şikayətinə baxış zamanı barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Şəxs müdafiəçisi X5 bildirdi ki, icra sənədi üzrə öhdəliklər yerinə yetirilib, bundan başqa kooperativə üzvlük kitabçasının, “tikintinin (mənzilin) keyfiyyət sertifikatının və istismar təlimatının surətlərinin” surətinin təqdim olunması üçün tələbkara və icra məmuruna müraciət olunsa da həmin sənədlərin tələbkara təhvil verilməsi baş tutmamışdır. Həmçinin icra məmuru tərəfindən icra sənədi üzə öhdəliklərin yerinə yetirilibyetirilməməsi məqsədilə ilə binanın yerləşdiyi əraziyə baxış keçirilmədən birbaşa inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, işin yuxarıda sadalanan icra sənədi üzrə öhdəliklərin yerinə yetirilib-yetirilməməsi, kooperativə üzvlük kitabçasının, “tikintinin (mənzilin) keyfiyyət sertifikatının və istismar təlimatının surətlərinin” surətinin təqdim olunub-olunmaması, təqdim olunmadığı halda bunun səbəbləri birinci instansiya məhkəməsinin hakimi tərəfindən tam və hərtərəfli araşdırılmamış, onlara obyektiv hüquqi qiymət verilmədən qərar qəbul edilmişdir Beləliklə də apelyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmiş hallar, yəni icra məmuru tərəfindən icra sənədi üzə öhdəliklərin yerinə yetirilib-yetirilməməsi məqsədilə ilə binanın yerləşdiyi əraziyə baxış keçirilmədən birbaşa inzibati xəta haqqında protokol tərtib olunması məsələsi məhkəmədə hazırda işə baxılarkən aradan qaldırıla bilmir. Bununla da icra məmuru bu tələbi yerinə yetirdikdən sonra protokol tərtib etməliydi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə protokol tərtib edilənədək yol verilmiş həmin pozuntuların işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olması son nəticədə protokolun düzgün tərtib olunmamasına, yaxud təqdim edilmiş materialların natamam olmasına dəlalət edir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarında göstərilən hallar, yəni araşdırılması lazım olan hallar, icra sənədinin hazırkı vaxtadək tam ödənilməməsinin səbəblərinin araşdırılması və bu hallara qiymət verilməsi üçün, ilk əvvəl qeyd edilməlidir ki, sübutları icra məmuru toplamalıdır. Toplanmış sübutlara məhkəmə qiymət verməlidir. Bakı Apellyasiya məhkəməsinin qərarından da görünür ki, protokol məhkəməyə təqdim edilənədək icra məmuru hansı sübutları toplamışdırsa, məhkəmə də həmin sübutlara tam, hərtərəfli araşdıraraq qiymət vermişdir. Məhkəmə olmayan sübuta qiymət verə bilmir. Məhkəmə icra orqanı olmadığı üçün, icra sənədini icra edən qurum olmadığı üçün, icra edilməmə barədə sübutları toplaya bilmir. Buna görə də icra sənədinin hazırkı vaxtadək tam icra olunub-olunmamasının səbəbləri məhkəmə tərəfindən deyil, icra məmuru tərəfindən araşdırılmalı, sübutlar toplanılmalı, həmin toplanılmış sübutlara isə məhkəmə qiymət verməlidir. Şəxsin təqsirliliyinə dair sübutları məhkəmə toplamamalıdır. Bu İXM ilə qadağan edilmişdir. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında materiallar natamam olmuşdur, kifayət qədər sübut toplanılmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin qərarında göstərilən halların araşdırılmasına imkan verən lazımi sübutların toplanılmasından ötrü inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İcra məmuru tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qərarında göstərilmiş nöqsanlar aradan qaldırılmalı, yəni icra sənədi üzə öhdəliklərin yerinə yetirilibyetirilməməsi məqsədilə ilə binanın yerləşdiyi əraziyə baxış keçirilməsi həll edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin qərarındakı bu çatışmamazlığın aradan qaldırılması üçün binanın yerləşdiyi ərazidə görülməli olan işlərin vəziyyəti barədə fotoşəkillər və kamera görüntüləri çəkilməli, 2(004)325/2016 saylı, 03.06.2016-cı il tarixli icra sənədindəki yerinə yetirilməli işlərin hansı vəziyyətdə olması aydınlaşdırılmalı, məhz icra sənədində müəyyən edildiyi kimi yerinə yetirilb-yetirilməməsi aydınlaşdırılmalı, lazım gələrsə bu barədə müvafiq ekspertiza təyin edilməli və ekspertin rəyi alınmalı, digər mümkün sübutlar toplanıldıqdan sonra, həmin sübutlar əsasında inzibati xəta tərkibi olduğu müəyyən edilərsə inzibati xəta haqqında protokol tərtib olunmalıdır. Həmçinin 2(103)-9271/2049 saylı, 16.07.2019-cu il tarixli icra sənədi üzrə də öhdəliklərin yerinə yetirilib-yetirilməməsi tam və dəqiq aydınlaşdırıldıqdan sonra, məhz icra sənədində müəyyən edildiyi kimi yerinə yetirilb-yetirilməməsi aydınlaşdırılmalı, həmin sübutlar əsasında inzibati xəta tərkibi olduğu müəyyən edilərsə inzibati xəta haqqında protokol tərtib olunmalıdır. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-cü maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhər Yasamal Rayon İcra Şöbəsinə geri qaytarılsın. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-679/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-679/2021
04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver