Məhkəmə qərarları › İş №3(004)-6860/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6860/2025

10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6860/2025 10.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi ilə, X1, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş X11 İdarəsinin nümayəndəsi X3 iştirakı ilə X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş X11 İdarəsinin DYPŞ-nin TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdı ki, X6 xx.xx.2025-ci il tarixdə **-FZ-*** dövlət qeydiyyat nişanlı, KİA OPTİMA minik markalı avtomobilim ilə Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov körpüsünün altı adlanan yolun Tbilisi prospektinə birləşən ərazisində dayanma-durma nişanına əməl edərək yolun intensivliyinin azaldığına tam əmin olduqdan sonra sağa boş zolağa dönərək və davamlı şəkildə sola dönmə işıq siqnalından istifadə edərək arxadan yaxınlaşmaqda olan maşına yol verib sola çıxaraq dairəyə maneəsiz daxil olmuşdur. Həmin vaxt qəflətən Yol Patrul Xidməti əməkdaşı avtomobili saxlayaraq qayda pozmamı bildirdi. Ona qayda pozmamağını bildirərək etiraz etsə də ona məhəl qoymaraq İXM-nin 327.2-ci maddəsi ilə İXP7397702 saylı protokol tərtib etdi. Qeyd olunan protokoldan tərəfindən Asan Pay vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə şikayət göndərilərək, protokolun ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuş, hazırda mübahisələndirilən qərar ilə şikayəti təmin olunmayaraq, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərarı xx.xx.2025-ci il tarixdə rəsmi şəkildə əldə etmişdir. Hesab edir ki, qəbul edilən qərar tamamilə əsassız və qanunsuz olduğundan ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP7506798 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəmdə AR İXM-nin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi məhkəmədə də eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş X11 İdarəsinin nümayəndəsi X5 inzibati xətanı təsdiq edən sübutu məhkəməyə təqdim etdi və bildirdi ki, X6 xx.xx.2025-ci il tarixində saat 17.38-də Bakı şəhəri Bakıxanov körpüsünün altı olan ərazidə Kia Optima minik markalı ** FZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. Ona görə də şikayət təmin edilməməlidir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş X11 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X6 İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Şikayətçi faktiki olaraq şikayətində həmin qərarın qanunsuzluğu barədə hər hansı bir konkret fakt göstərməmişdir. Şikayətdə qeyd olunan hallar isə həmin qərarın ləğv edilməsi üçün əsas deyildir. Şikayətçi qərardan narazı olduğu üçün ləğv edilməsini xahiş etmişdir, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmədə görüntüyə baxış zamanı qərarda qeyd olunan hallar təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 372.2-ci maddəsinə Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da həmin protokolla müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o, həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində inzibati qərar qəbul edilmişdir. Həmin qərara əsasən iş materiallarında olan videogörüntü də şəxsin inzabati xəta törətməsini sübut edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş X11 İdarəsinin DYPŞ-nin TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar