Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-6873/2024 25.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi X6 X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin EQ seriyalı 25023885 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə tənbeh vermə qərarının ləğv edilməsini xahiş etmişdir. Lakin barəsində şikayət verilmiş həmin qərar X8 adlı şəxs barəsində qəbul edilmişdir. Qərarda da bu şəxsə aid məlumatlar yazılmışdır. Yəni barəsində qərar qəbul edilmiş şəxs başqa adamdır, şikayət vermiş şəxs isə başqa adamdır. Bununla da hazırkı iş üzrə X8 adlı şəxs barəsində qəbul edilmiş qərardan şikayəti X4 vermişdir. X3 həmin şikayəti X5 adından, onun nümayəndəsi kimi imzalamaq səlahiyyətinə dair iş materiallarına etibarnamə əlavə edilməmişdir. İXM-nin 64.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. İXM-nin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Beləliklə, yuxarıda sadalananlara əsasən inzibati xətalar haqqında işlərdə yalnız və yalnız hüquqi şəxslərin və ya zərər çəkmiş şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsini onların nümayəndəsi həyata keçirə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə, o cümlədən barəsində inzibati tənbeh tətbiq edilmiş fiziki şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda yalnız müdafiəçi iştirak edə bilər. Bu səbəbdən də fiziki şəxs barəsində tətbiq edilmiş inzibati tənbeh qərarından həmin şəxsin özü və ya onun adından müdafiəçisi (vəkil) şikayət verə bilər. Vəkilin səlahiyyəti vəkil qurumları tərəfindən verilən orderlə təsdiq edilir. Bu səbəbdən də barəsində inzibati tənbeh tətbiq edilmiş fiziki şəxsin adından həmin qərardan nümayəndənin şikayət vermək hüququ yoxdur. Bununla da şikayət səlahiyyəti olmayan şəxs tərəfindən verildiyi üçün hazırkı şikayətə baxılması mümkün olmadığından, şikayət geri qaytarılmalıdır. Bundan əlavə İXM-nin 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-in 130.2-ci maddəsinə əsasən həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İXM-in 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Yuxarıda sadalananlarla əlaqədar məhkəmə qeyd edir ki, məhkəmədə inzibati xəta haqqında işlərə baxılması iki mərhələdən ibarətdir: inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işin mahiyyəti üzrə baxılması. Hər bir mərhələ icraatın müstəqil hissəsi olmaqla yanaşı, hər birinin özünə məxsus məqsəd və vəzifələri vardır ki, bu da öz növbəsində inzibati xəta haqqında materialların məntiqi ardıcıllıqla baxılmasını ehtiva edir. Başqa sözlə desək işin baxılmağa hazırlanması zamanı İXM-nin 132-ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir Barəsində şikayət verilmiş qərarın tarixindən görünür ki, həmin qərardan şikayət vermək üçün İXM ilə müəyyən edilmiş müddət ötürülmüşdür. Şikayətdə həmin qərarın rəsmi qaydada əldə edildiyi müddət, bu barədə sübutlar və həmin sübutlara istinad, məhz həmin müddətdən hesablanmaqla İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində hazırkı şikayətin verilməsi barədə hər hansı bir əsaslandırma aparılmamışdır. Həmçinin ötürülmüş müddətin bərpası barədə şikayətə hər hansı bir vəsatət də əlavə edilməmişdir. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: Şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətçiyə izah edilir ki, qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-6873/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-6873/2024
25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver