Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6878/2024 24.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X4 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11062/2018 nömrəli, xx.xx.2018-cü il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2854/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, e-2(004)-1943/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, e-2(004)-1492/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, 2(004)-4505/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 2(004)- 4701/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11062/2018 nömrəli, xx.xx.2018-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 3100 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumu tutularaq X2 ödənilməsi qət olunmuşdur. Bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2854/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 1494.15 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. Bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1943/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs cəmi 1064 manat tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. Bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1492/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 515 manat tutularaq tələbkar X6 ödənilməsi qət olunmuşdur. Bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4505/2024 nömrəli, xx.xx.2024- cü il tarixli İcra sənədi üzrə borclu Şəxs 10120 manat məbləğində pul vəsaiti,və dövlət rüsumu tutularaq tələbkar X3 xeyrinə ödənilməsi qət olunmuşdur. Bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4701/2024 nömrəli, xx.xx.2024-cü il tarixli İcra sənədi üzrə borclu Şəxs 227 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X7 xeyrinə ödənilməsi qət olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək borcluya tələbin icrası üçün bildirişlər göndərilmişdir. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırda borclunun Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11062/2018 nömrəli, xx.xx.2018-cü il tarixli icra sənədi üzrə 930 ABŞ dollar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2854/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə 1494,15 manat, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1943/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 1030 manat, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4505/2024 nömrəli, xx.xx.2024cü il tarixli İcra sənədi üzrə 10120 manat, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-4701/2024 nömrəli, xx.xx.2024-cü il tarixli İcra sənədi üzrə 227 manat borcu qalmışdır. Borclu bugün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1492/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 515 manat borcunu tələbkara ödəyərək icra etmişdir. Beləliklə o, borclu şəxs Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Şəxs icra orqanından yayındığı üçün onun barəsində axtarış verilmiş və şəxs axtarışla icra orqanına gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədlərindən xəbərdar olduğunu təsdiq edərək bildirmişdir ki, az-az bir neçə dəfə ödənişlər etmişdir. Lakin sonradan hərbi xidmətdə olduğu, eləcə də işsiz qaldığı və İmkanı olmadığı üçün tam məbləğdə ödəyə bilməmişdir. Hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1492/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə zərərçəkmiş şəxs X8 515 manat ödəniş edərək icra sənədi üzrə borcunu tam olaraq ödəmişdir. Çalışacaqdır ki, yaranmış borcları qısa zamanda tam ödəsin. Buna görə də barəsində inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq ona verilmiş suala cavab olaraq bildirmişdir ki, o, Yasamal RPİ-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində tutularaq icra orqanına gətirilmişdir. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1492/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbkar (zərərçəkmiş şəxs) X9 bildirmişdir ki, borclu Şəxs tərəfindən icra sənədi üzrə borc ona ödənilmişdir və hazır heç bir şikayət və tələbi yoxdur. İcra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11062/2018 nömrəli, xx.xx.2018cü il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2854/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, e-2(004)-1943/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, e-2(004)- 1492/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, 2(004)-4505/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 2(004)- 4701/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11062/2018 nömrəli, xx.xx.2018-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 3100 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumu tutularaq X2 ödənilməsi qət olunmuşdur. Bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2854/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 1494.15 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. Bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1943/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs cəmi 1064 manat tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. Bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1492/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 515 manat tutularaq tələbkar X6 ödənilməsi qət olunmuşdur. Bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4505/2024 nömrəli, xx.xx.2024- cü il tarixli İcra sənədi üzrə borclu Şəxs 10120 manat məbləğində pul vəsaiti,və dövlət rüsumu tutularaq tələbkar X3 xeyrinə ödənilməsi qət olunmuşdur. Bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4701/2024 nömrəli, xx.xx.2024-cü il tarixli İcra sənədi üzrə borclu Şəxs 227 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X7 xeyrinə ödənilməsi qət olunmuşdur. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11062/2018 nömrəli, xx.xx.2018-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və borclu Şəxs tələbin icrası üçün bildiriş təqdim olunması üçün onun atası X10 xx.xx.2020-ci il tarixdə təqdim olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs icra şöbəsinə məcburi gətirilməsi üçün Bakı şəhəri Yasamal RPİ-nə göndərilmişdir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2854/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və bildiriş Şəxs xx.xx.2020-ci il tarixdı təqdim edilmişdir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1943/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və bildiriş Şəxs yaşadığı ünvan 2 ünvanına göndərilmişdir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1943/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və bildiriş Şəxs yaşadığı ünvan 2 ünvanına göndərilmişdir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4505/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və bildiriş Şəxs yaşadığı ünvan 2 ünvanına göndərilmişdir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4701/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və bildiriş Şəxs yaşadığı ünvan 2 ünvanına göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-dən Bakı şəhəri Yasamal rayon icra şöbəsinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs mülki öhdəliklərin icrasından yayındığı üçün saxlanılaraq təhvil verilmişdir. İş materiallarında olan “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11062/2018 nömrəli, xx.xx.2018-cü il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2854/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, e-2(004)-1943/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, e-2(004)-1492/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, 2(004)-4505/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 2(004)- 4701/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncun icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Digər tərəfdən məhkmə iclasında müəyyən edilmişdir ki, Şəxs icradan yayındığı üçün barəsində axtarış elan edilmişdir və ondan sonra şəxsi icraya cəlb eləmək mümkün olmuşdur.Həmçinin müəyyən edilmişdir ki, sözgedən icra sənədləri üzrə hazırda ödənilməmiş məbləğ 13802 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” “Hörnosbi Yunanıstana qarşı” 19 mart 1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000.ECHR.2002). Daha sonra həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan versə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzrlü səbəb olmamışdır.Şəxs tərəfindən icra sənədinin bir ildən artıq müddətdə icra edilməməsi, Konvensiyanın 6-cı maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs borcunu etiraf etməsini, tələbkarlardan birinə olan borcun ödənilməsi halını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 12:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın və qərarın icrası Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə və Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-6878/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6878/2024
24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver