Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-69/2025 06.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Azərbaycan Respublikası DİN Baş DYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 25119815 saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş DYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 25119815 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində idarə etdiyim Volkswagen Jetta minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Yasamal rayonu A.Sultanova və S.Dadaşov küçələrinin kəsişməsində hərəkətdə olarkən barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən (3.1. "Giriş qadağadır” yol nişanının tələblərinin pozulması) EQ25119815 nömrəli elektron protokol tərtib olunmuş və mən 3 bal, 100 manat məbləğində cərimə edilmişdir. Qeyd etmişdir ki, Ayna Sultanova küçəsi ilə aşağı doğru hərəkət edərkən yolun sağında ağacların budaqları yola meyillənmiş, yolun sağında quraşdırılan nişanların üzərini örtmüşdür. Buna görə də yolun sağında quraşdırılmış nişanı görmək imkanı məhdudlaşmış, 4.1.1 nişanını görməmiş, yolayrıcından sağa - S.Dadaşov küçəsinə doğru hərəkət etmişdir. Həmin küçəyə döndükdən sonra 3.1 “Giriş qadağadır” yol nişanını görmüş, ancaq S.Dadaşov küçəsində birtərəfli hərəkət təşkil olunduğuna görə geriyə doğru hərəkət edə bilməmişdir. Buna görə də onun 3.1. “Giriş qadağadır" yol nişanının tələblərini pozduğum müəyyən edilmiş və onun barəsində EQ25119815 nömrəli elektron protokol tərtib olunmuşdur. “Yol hərəkəti haqqında” Qanunun 61-ci maddəsinə əsasən Vİİİ hissəsinə görə yol nişanlarının qavranması üçün mijnasib şəraitin yaradılmasının təmin olunması məqsədilə, onlar dəqiq müəyyənləşdirilmiş yerdə yolun hərəkət hissəsinə nisbətən yerləşdirilirlər. A.Sultanova və S.Dadaşov küçələrinin kəsişməsində quraşdırılmış 4.1.1 nişanı (Ancaq düzünə) və 3.1. “Giriş qadağadır” nişanının üzərini ağacların budağı örtdüyündən mənim yol nişanlarının qavrama hüququm məhdudlaşdırılmışdır (Foto və video materiallar şikayətə əlavə olunur). İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 4.1.1 nişanı (Ancaq düzünə) və 3.1. “Giriş qadağadır” nişanını görmə imkanım olmadığına görə hesab edirəm ki, inzibati xəta təqsirli olaraq törədilməmişdir. Buna görə də əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Odur ki, hesab edir ki, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ25119815 nömrəli inzibati tənbehvermə haqqında qərar ləğv edilməli, inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1,2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 127-6.1-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 127- 4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs qərarla razılaşmadığı hallarda həmin qərar ona bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə və ya şəxsən verilə, yaxud poçt vasitəsilə göndərilə bilər. Göstərilənlərə əsasən AR DİN Baş DYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 25119815 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İnzibati xəta haqqında şikayət vermiş şəxsə və qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayətçi məhkəmə iclasına gəlməmişdir. X1 elektron kabinet vasitəsilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, şikayətinin təmin edilməsi, inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini və qərar üzrə icraata xitam verilməsini xahiş etmişdir. Buna görə də məhkəmə şikayətçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, o cümlədən iş materiallarına əlavə edilmiş fotolara baxaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş DYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 25119815 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 xx.xx.2024-cü il tarixində saat 21:19-da Bakı şəhəri, Yasamal rayonu, A.Sultanova və S.Dadaşov küçələrinin kəsişməsində özünə məxsus “Volkswagen Jetta minik” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman 3.1. "Giriş qadağadır” yol nişanının tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərə məhkəmə iclasında baxılarkən X3 törətdiyi inzibati xəta öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2024-cü il tarixində idarə etdiyim Volkswagen Jetta minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Yasamal rayonu A.Sultanova və S.Dadaşov küçələrinin kəsişməsində hərəkətdə olan zaman giriş qadağandır yol nişanının tələblərini pozmaqla hərəkətini davam etdirmişdir. Ona görə də Bakı şəhəri BPİ DYPİ-nin YPX-nin inspektoru tərəfindən onun barəsində həmin tarixdə EQ 25119815 saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. X2 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından qərardan şikayət vermişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməsini qadağanedici işarəni görməməsi ilə əlaqələndirsə də, həmin hal, yəni sürücünün avtomobil ifarə edərkən diqqətsiz olması qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Həm də məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində elektron qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş DYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 25119815 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-69/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-69/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver