Məhkəmə qərarları › İş №3(004)-692/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-692/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-692/2025 03.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 24 yanvar 2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 24 yanvar 2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasən, Şəxs MMC (VÖEN: **********) tərəfindən xx.xx.2024-cü il tarixli **********9275 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 2964,60 (iki min doqquz yüz altmış dörd dollar altmış sent) ABŞ dolları məbləğində, yəni həmin bəyannamənin 45-ci qrafasına əsasən 5039,82 (beş min otuz doqquz manat səksən iki qəpik) manat dəyərində, 304,4 kq-dan ibarət mallar ABŞ-da yerləşən “Haji Candle LLC” şirkətinin ünvanına konsiqnasiya yolu ilə ixrac edilmişdir. Lakin konsiqnasiya yolu ilə həmin bəyannamə üzrə hüquqi şəxs tərəfindən ixrac edilən malların müqabilində xarici valyuta vəsaitlərinin Azərbaycan Respublikası ərazisindəki müvəkkil edilmiş bankdakı hesabına köçürülməsi təmin edilməmişdir.. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs ŞəxsMMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi qismən sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş İdarənin Rəsmiləşdirmə Mərkəzindən daxil olan 3-33-3100/021/027002 nömrəli, raporta əsasən müəyyən edilmişdir ki, hüquqi ünvanı AZ 1141, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 48, mənzil 34 olan Şəxs MMC (VÖEN: **********) tərəfindən xx.xx.2024-cü il tarixli **********9275 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 2964,60 (iki min doqquz yüz altmış dörd dollar altmış sent) ABŞ dolları məbləğində, yəni həmin bəyannamənin 45-ci qrafasına əsasən 5039,82 (beş min otuz doqquz manat səksən iki qəpik) manat dəyərində, 304,4 kq-dan ibarət mallar ABŞ-da yerləşən “Haji Candle LLC” şirkətinin ünvanına konsiqnasiya yolu ilə ixrac edilmişdir. Lakin konsiqnasiya yolu ilə həmin bəyannamə üzrə hüquqi şəxs tərəfindən ixrac edilən malların müqabilində xarici valyuta vəsaitlərinin Azərbaycan Respublikası ərazisindəki müvəkkil edilmiş bankdakı hesabına köçürülməsi təmin edilməmişdir. Faktla əlaqədar aparılan araşdırma zamanı hüquqi şəxs Şəxs MMC-nin direktoru . X2 izahatı alınaraq toplanan materiala əlavə edilmişdir. Sonuncu izahatında bildirmişdir ki, həmin bəyannamə üzrə ixrac edilən mallar müqabilində xarici valyuta vəsaitlərinin Azərbaycan Respublikası ərazisindəki müvəkkil edilmiş bankdakı hesabına köçürülməsi təmin edilməyib, şirkət tərəfindən idxalçı ilə əlaqə saxlansa da idxaqlçı firmanın artıq fəaliyyətinin dayandırıldığı məlum olub, bununla əlaqədar iki firma arasında rəsmi yazışma olmayıb, yalnız telefon əlaqəsi saxlanıb. Yekunda isə hüquqi şəxsin direktoru vəsaitlərin köçürülməsinin təmin edilməsinin 20 gün ərzində təmin ediləcəyini bildirmişdir, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid X1 (VAİS) baxış keçirilərək müəyyən edilmişdir ki, həgigətən də yuxarıda göstərilən gömrük bəyannamələri üzrə ixrac olunan malların mügabilində geyd edilən vəsaitin şirkətin müvəkkil edilmiş bank hesabına köçürülmədiyi məlum olmuşdur. Müvafig protokol inzibati xəta materialına əlavə edilmişdir. Azərbaycan Respublikası İXM-in 483-cü maddəsinə əsasən, xarici igtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi gaydada köçürülməli olan az migdarda xarici valyuta vəsaitlərinin xaricdən gaytarılmamasına görə inzibati məsuliyyət müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixli raportdan müəyyən edilir ki, 3-33-3100/021/027002 nömrəli materialın Araşdırılması çərçivəsində müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) tərəfindən xx.xx.2024-cü il tarixli **********9275 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 2964,60 (iki min doqquz yüz altmış dörd dollar altmış sent) ABŞ dolları məbləğində, yəni həmin bəyannamənin 45-ci qrafasına əsasən 5039,82 (beş min otuz doqquz manat səksən iki qəpik) manat dəyərində, 304,4 kq-dan ibarət mallar ABŞ-da yerləşən “Hajı Candle LLC” şirkətinin ünvanına konsiqnasiya yolu ilə ixrac edilmişdir. Lakin konsiqnasiya yolu ilə həmin bəyannamə üzrə hüquqi şəxs tərəfindən ixrac edilən malların müqabilində xarici valyuta vəsaitlərinin Azərbaycan Respublikası ərazisindəki müvəkkil edilmiş bankdakı hesabına köçürülməsi təmin edilməmişdir. Faktla əlaqədar aparılan araşdırma zamanı hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 izahatı alınaraq toplanan materiala əlavə edilmişdir. Sonuncu izahatında bildirmişdir ki, həmin bəyannamə üzrə ixrac edilən mallar müqabilində xarici valyuta vəsaitlərinin Azərbaycan Respublikası ərazisindəki müvəkkil edilmiş bankdakı hesabına köçürülməsi təmin edilməyib, şirkət tərəfindən idxalçı ilə əlaqə saxlansa da idxaqlçı firmanın artıq fəaliyyətinin dayandırıldığı məlum olub, bununla əlaqədar iki firma arasında rəsmi yazışma olmayıb, yalnız telefon əlaqəsi saxlanıb. Yekunda isə hüquqi şəxsin direktoru vəsaitlərin köçürülməsinin təmin edilməsinin 20 gün ərzində təmin ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid X1 (VAİS) baxış keçirilərək müəyyən edilmişdir ki, yuxarıda göstərilən gömrük bəyannaməsi üzrə ixrac olunan malların müqabilində qeyd edilən vəsaitin şirkətin müvəkkil edilmiş bank hesabına köçürülmədiyi məlum olmuşdur. Müvafiq protokol materialına əlavə edilmişdir. Azərbaycan Respublikası İXM-in 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən olunmuşdur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. xx.xx.2024-cü il tarixli **********9275 sorğu nömrəli gömrük bəyannaməsinin 45-ci qrafasına əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin ümumi məbləğinin 5039,82 (beş min otuz doqquz manat səksən iki qəpik) manat təşkil etməsi onu deməyə əsas verir ki, hüquqi şəxs tərəfindən törədilən əməldə Azərbaycan Respublikası İXM-in 483-cü maddəsinin tərkib əlamətləri vardır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən Baş İdarənin Rəsmiləşdirmə Mərkəzindən daxil olan 3-33-3100/013/002269 nömrəli, raporta əsasən müəyyən edilmişdir ki, hüquqi ünvanı AZ 1141, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2n Şəxs MMC (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Maddənin qeyd hissəsinə əsasən, Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 4.1ci maddəsinə əsasən, Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüdudlarından kənarda satışı müəyyən müddət ərzində aparılan malların ixracını nəzərdə tutur. 4.2-ci maddəsinə əsasən Konsiqnasiya ticarəti üçün ayrılan müddət malların gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunur. Satışdan əldə edilən vəsaitlər, mallar satıldıqca 10 bank günündən gec olmayaraq ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına daxil olmalıdır. Mallar yuxarıda göstərilən müddətdə satılmadıqda 30 gün ərzində Azərbaycan Respublikasına qaytarılmalıdır. 4.3-cü maddəsinə əsasən, Dövlət müəssisələri tərəfindən malların konsiqnasiya yolu ilə ixracı bağlanmış müqavilələr İqtisadi İnkişaf Nazirliyində qeydiyyatdan keçirilməklə aparılır. 4.4-cü maddəsinə əsasən, Dövlət müəssisəsi olmayan digər şəxslər tərəfindən malların konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Bu zaman respublikanın dövlət müəssisələrində istehsal olunmuş mallar həmin malların dəyəri istehsalçıya tam ödənildikdən sonra ixrac oluna bilərlər. 12.1-ci maddəsinə əsasən, Dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmətlərin və əqli mülkiyyətin) satışı yalnız onların haqqının qabaqcadan ödənilməsi, yaxud geri çağırılmayan akkreditiv açılması yolu ilə və ya bank zəmanəti əsasında həyata keçirilir. 12.2-ci maddəsinə əsasən, 12.1-ci bənddə göstərilən müəssisələr tərəfindən satılan malların (xidmətlərin və əqli mülkiyyətin) Azərbaycan Respublikası ərazisindən çıxarılmasına gömrük orqanları tərəfindən yalnız onların haqqının ödənildiyi, yaxud akkreditiv və ya bank zəmanəti təqdim edildiyi barədə Azərbaycan Respublikasında valyuta əməliyyatlarının aparılması üçün icazəsi olan müvafiq müvəkkil bankların bunu təsdiqləyən sənədi təqdim olunduqda icazə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 5039,82 (beş min otuz doqquz manat səksən iki qəpik) manat məbləğində vəsaitin 30 (otuz) faizi həddində, yəni 1512 (bir min beş yüz on iki) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar