Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-6922/2022 26.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş 19 sentyabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş 19 sentyabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13 avqust 2022-ci il tarixdə, saat 19:40-da sayrışan işıq siqnallarından istifadə edilməsi faktı müəyyən edilmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, ona məxsus olan avtomobil hər hansı müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməmişdir. Onun 18 yaşlı övladı smart telefonlarda olan sayrışan işıq və səs siqnalı proqramını telefonuna yükləmiş və həmin proqramdan istifadə etmək üçün axşam saatlarında İsmayıllı rayonunda yerləşən meşəlik ərazidə hər hansı avtomobilin hərəkət hissəsində olmadan proqramdan istifadə etməklə əyləncə xarakterli video çəkmiş və özünə məxsus sosial şəbəkədə yerləşdirmişdir. Həmin video yerləşdirildikdən 03 ay sonra inzibati xəta haqqında protokol tərtib edilmiş, sübut növü kimi isə sosial şəbəkəyə yerləşdirilmiş video əlavə edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edilən zaman məlumatı olmamış, yol polisi əməkdaşları tərəfindən mülkiyyətində olan nəqliyyat vasitəsinə baxış keçirilməmiş, avtomobildə həqiqətən müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsi yerində müəyyən edilməmişdir. Yalnız sosial şəbəkədə yerləşdirilən və baxış keçirilən zaman sayrışan işıq siqnallarının avtomobilin içində olan telefondan əks edildiyi müəyyən edilməsinə baxmayaraq, məhz avtomobilin mülkiyyətçisi olduğu üçün barəsində protokol tərtib edilmiş, sübut növü kimi götürülmüş videogörüntüdə avtomobilin meşəlik ərazidə hərəkətsiz olmasına baxmayaraq inzibati xəta haqqında protokolda idarə edilməsi qeyd edilmişdir. Yol polisi əməkdaşları tərəfindən avtomobilə baxış keçirilməmiş, hər hansı müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnallarının quraşdırılması öz təsdiqini tapmamış, bu barədə protokol tərtib edilməmiş, həmçinin tərtib edilmiş inzibati xəta haqqında protokolda onun izahatı qeyd edilməmişdir. Yekun olaraq o məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Mercedes” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sosial şəbəkələrdə paylaşdığı videogörüntülərə baxış zamanı onun üzərində sayrışan işıqların quraşdırılması aşkar olunmuşdur. İş materiallarında olan 19 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, “Mervedes Benz E280” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən 19 sentyabr 2022-ci il tarixdə götürülmüş sayrışan işıq Bakı şəhəri BPİ DYPİ-nin maddi saxlanc otağına təhvil verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(103)- 2584/2022 saylı qərarından görünür ki, işin faktiki halları ətraflı araşdırılmamış, işdə olan ziddiyyətli sübutlara, o cümlədən Şəxs ilkin və sonrakı izahatına, “Mercedes Benz E280 minik” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin kim tərəfindən və harada idarə edilməsinə, xüsusi sayrışan işıq siqnalının (cihazı)nın bu avtomobilə real olaraq quraşdırılıb-guraşdırılmamasına, istinad edilən hadisənin törədilmə yerinə və vaxıtna, habelə bu kimi işin digər xüsusatlarına qanunamüvafiq qiymət verilməmişdir. Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinərək inzibati cərimə tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərardadı və 04 oktyabr 2022-ci il tarixli, 3(004)-4844/2022 saylı qərarı ləğv edilmişdir. İşdə olan natamamlıqların həll edilib aradan qaldırılması, eyni zamanda istinad edilən xüsusi sayrışan işıq siqnalı müəyyən edilməklə iş materiallarına əlavə edilməsi üçün material Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə göndərilmişdir. Məhkəmə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(103)-2584/2022 saylı qərarında göstərilən xüsusatlar nəzərə alınmamış, protokol düzgün tərtib edilməmiş, inzibati xəta hadisəsinin törədildiyi yer müəyyən edilməmiş, təqdim edilmiş materiallar natamam olmuşdur, işə baxılarkən tamamlanması mümkün olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə tərtib olunmuş protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddələrinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığı, həmçinin Bakı Apellyasiya Məhkəməsinin tələbləri yerinə yetirilmədiyi və hadisənin törədilmə yeri müəyyən edilmədiyi üçün Şəxs barəsində İXM-in 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsindən daxil olmuş 19 sentyabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinə geri qaytarılsın. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-6922/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-6922/2022
26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver