Məhkəmə qərarları › İş №3(004)-696/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-696/2023

03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-696/2023 03.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, ev 221 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, ev 221 ünvanında yerləşən Şəxs MMCyə məxsus klinikada planlı yoxlama zamanı Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, ev 221-də yerləşən Şəxs MMC-yə məxsus stomatoloji klinikada X1 keçmədən praktik tibb (stomotoloji) fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. Bununla da həmin hüquqi şəxs, İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) nümayəndəsi X7 bildirmişdir ki, Şəxs MMC-də sertifikasiyadan keçməmiş işçini tibbi fəaliyyətə cəlb edilmişdir. Bu fakt həmin müəssisəsədə tərtib edilmiş aktla təsdiq edilmiş, həmçinin işçilərin siyahısından da müəyyən edilmişdir. Buna görə də protokol tərtib edib məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən də inzibati tənbeh tətbiq edilməsini xahiş etdilər. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X8 bildirdi ki, X1 keçmədən praktik tibb (stomotoloji) fəaliyyəti ilə məşğul olmasına görə protokol tərtib edilsə də, əslində o sertifikasiyadan keçmiş şəxsdir, sadəcə sertifikatın vaxtı 1 il əvvəl bitib, səhhəti ilə əlaqədar bu müddət ərzində növbəti dəfə sertifikasiya imtahanında vaxtında keçə bilməmişdir. Hazırda sənədlərini təqdim edib, bu yaxınlarda nə vaxt dəvət etsələr, onda da imtahandan keçəcəkdir. Mütəmadi olaraq müalicə almaq üçün Türkiyəyə gedib gəlir. İmtahan vermək üçün artıq hazırlaşmağa başlamışdır. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati xəta hadisəsi baş vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 50 saylı, 27 yanvar 2023-cü il tarixli planlı (növbəti) yoxlama AKTına əsasən müəssisədə görülən işlərə dair tibbi sənədləşmələr ARSN-nin təsdiq edilmiş formaları üzrə tərtib edilsə də qaydalara müvafiq şəkildə icra olunmur. Tibbi statistik hesabatlar SN-nə təqdim edilmir. Çalışan işçilərin dövri tibbi müayinə sənədləri yoxdur. Tibbi avadanlıqların normativ texniki sənədləri (metrologiya sənədləri) təqdim edilmədi. Müəssisədə təyinatı üzrə dəyişikliklər edilmişdir: əlavə olaraq stomatoloji otaq yaradılmışdır. Müəssisənin istilik sistemi cari olaraq qənaətbəxş deyil. Sterilizasiya sahəsində aparılan dəyişikliklərlə əlaqədar təşkil edilmiş şərait cari olaraq qaydalara cavab vermir. Hazır paketlənmiş alətlərin və işçi məhlullar əlavə olunmuş konteynerlərin üzərində qeydiyyat işləri aparılmır. Bakteresid lampaların işləməsi və alətlərin sterilizasiyasının qeydiyyat jurnalları mövcud olsa da qeydlər aparılmır. Müəssisənin ştat cədvəli təqdim edilməmişdir. Müəssisədə həkim-stomatoloq kimi özəl tibbi fəaliyyət göstərən X9 növbəti sertifikasiya komisiyasından keçməyib və sertifikasiya şəhadətnaməsi hazırda yoxdur. Həmin aktda MMC-nin rəhbəri X2 izahatı bölməsində qeyd etmişdir ki, deyilən nöqsanlarla razıdır, qısa müddət ərzində aradan qaldırılacaqdır. Sertifikasiya ilə bağlı həkim X3 ilə əlaqədar olaraq növbəti sertifikasiya imtahanından keçməyib. Bu barədə A.İmanova imzası ilə təsdiq etmişdir. Həmçinin iş materiallarına əsasən X9 ilə həmin MMC arasında praktik tibbi fəaliyyətlə məşğul olmaq barədə əmək müqaviləsi bağlanmışdır. Lakin həmin şəxslər sertifikasiyadan keçməmişdir. Bu barədə sənəd mövcud olmamışdır. İXM-in 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması inzibati xəta kimi müəyyən edilmişdir. Ona görə də Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan və hazırkı qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər, tərəflərin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, müalicə aldığı üçün işçinin sertifikatsız tibbi fəaliyyətlə məşqul olması, şəxsi inzibati məsuliyyətdən azad etmir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək, 6000 manat (altı min manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar