Məhkəmə qərarları › İş №3(004)-6975/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6975/2022

12.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6975/2022 12.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu xx.xx.1959-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixdə İXP ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötəri ki, o yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə EQ 10477540 saylı protokol üzrə xx.xx.2022-ci il tarixində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 03 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Bundan başqa Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixdə İXP ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötəri ki, o yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə EQ ******* saylı protokol üzrə xx.xx.2022-ci il tarixində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 03 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Həmin inzibati xətalara dair işlər bir icraatda birləşdirilərək baxılmalı və aşağıdakılara əsasən həmin inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Lakin hazırkı inzibati xəta haqqında tərtib edilmiş protokola əsasən, İXM-nin 529.3cü maddəsindəki inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Çünki hazırkı iş üzrə cərimə qərarı çıxarıldığı tarixdən hesablanmaqla 20 günlük şikayətvermə müddətinin bitdiyi günün səhəri günü qərar qanuni qüvvəyə minir. Həmin günün səhəri günündən hesablanmaqla, 03 ay ərzində cərimə qərarı icra edilmədikdə, həmin 03 ay müddətin tamam olan günün səhəri günündən hesablanmaqla şəxsin əməlində İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranır (03 ay 21-ci gün). Yəni şəxsin əməlində İXM-nin 529.3-cü maddəsindəki inzibati xəta tərkibi yaranması üçün, inzibati tənbehvermə qərar qüvvəyə mindiyi vaxtdan ən azı 03 ay müddət keçməlidir. Bununla da hazırkı protokollarda qeyd edilən xx.xx.2022-ci il tarixində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərarlar qüvvəyə minməli, bundan sonra 03 ay müddətində həmin cərimə qərarı icra edilməməlidir ki, şəxsin əməlində İXM-nin 529.3-cü maddəsinin tərkibi yaransın. Lakin həmin tarixdən hesablanmaqla, ən azından 03 aylıq müddət keçmədiyindən, İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranmır. İXM-in 53.1.2-ci maddəsinə əsasən həmin inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXMin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105- 109-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işlər bir icraatda birləşdirilərək baxılsın və həmin işlər üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar