Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-701/2021 04.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MTK-nın rəhbəri Şəxs və onun vəkili X5 iştirakları ilə, xx xxxxxxxx 1961-ci il tarixdə Yexeqnadzor rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən 02 mart 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən ünvan 2rixli icra sənədinin icrası ilə bağlı borclu “xxxx” MTK-nın rəhbəri Şəxs vəzifəli şəxs qismində icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Nəticədə “xxxx” MTK-nın rəhbəri Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, ünvan 2rixli icra sənədinə əsasən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə və Vİİ Alatava küçələrinin kəsişməsində tikilmiş binanın ümumi sahəsi 116 kv.metr olan 107 №-li mənzili cavabdeh “xxxx” MTK-i tərəfindən boşaldılaraq iddiaçı X4 təhvil verilməsi və həmin mənzildə aparılan tikinti-təmir, rekonstruksiya işləri cavabdeh “xxxx” MTK-i tərəfindən dayandırılması qət edilmişdir. ünvan 2rixli icra sənədi üzrə icraata 05 yanvar 2012-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək məqsədi ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-815/2011 saylı, 07 yanvar 2011-ci il tarixli qətnaməsi üzrə icra sənədi ilə müəyyən edilmiş Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə və Vİİ Alatava küçələrinin kəsişməsində tikilmiş binanın ümumi sahəsi 116 kv.metr olan 107 nömrəli mənzilinə dair hər hansı bir sərəncam vermək hüququ olmadığından onun məhkəmə qərarını icra etməsi qeyri-mümkündür. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X8 bildirmişdir ki, “xxxx” MTK-nın rəhbəri Şəxs tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-815/2011 saylı, 07 yanvar 2011-ci il tarixli qətnaməsi üzrə icra sənədi ilə müəyyən edilmiş Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə və Vİİ Alatava küçələrinin kəsişməsində tikilmiş binanın ümumi sahəsi 116 kv.metr olan 107 nömrəli mənzil boşaltmaq və iddiaçı X4 təhvil vermək hüququ yoxdur. Həmin binanı “xxxx” MTK podrat müqaviləsinə əsasən tikib. Hazirda hamin bina “Respublika” qazetinin mülkiyyətindədir. Yekun olaraq Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X7 bildirmişdir ki, ünvan 2rixli icra sənədi üzrə borclu “xxxx” MTK tərəfindən öhdəliklər bu günədək icra edilməmişdir. Borcun tam həcmdə icra edilməsini tələb edir və bu səbəbdən Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: ünvan 2rixli icra sənədinə əsasən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə və Vİİ Alatava küçələrinin kəsişməsində tikilmiş binanın ümumi sahəsi 116 kv.metr olan 107 №-li mənzili cavabdeh “xxxx” MTK-i tərəfindən boşaldılaraq iddiaçı X4 təhvil verilməsi və həmin mənzildə aparılan tikinti-təmir, rekonstruksiya işləri cavabdeh “xxxx” MTK-i tərəfindən dayandırılması qət edilmişdir. İcra sənədi üzrə icraata 05 yanvar 2012-ci il tarixdə başlanılmış, borclu “xxxx” MTK-a tələbin könüllü icrası haqqında bildiriş ünvanlanaraq, ünvan 2rixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Şəxs tələbin könüllü icrası haqqında bildirişi 30 may 2014-cü il tarixdə imzalayaraq qəbul etmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 12.10.2004-cü il tarixli 237 nömrəli Sərəncamından görünür ki, Yasamal Rayon İcra Hakimiyyətinin 30.08.2004-cü il tarixli, 215/d-MŞ saylı razılıq məktubu, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin “Respublika” qazeti redaksiyasının 14.04.2004-cü il tarixli, 124 saylı və “Say” qazeti redaksiyası kiçik müəssisəsinin 14.04.2004-cü il tarixli, 04 saylı müraciətləri nəzərə alınaraq, Yeni Yasamal yaşayış massivindəki, Bünyadzadə və 7-ci Alatava küçələrinin kəsişdiyi ərazidə 0.5 ha torpaq sahəsi yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün həmin qazetlərin redaksiyalarının icarə əsasında istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin torpaq sahəsinin icarəyə verilməsi haqqında 14 iyun 2005-ci il tarixli 0530 nömrəli müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyəti, “Respublika” və “Say” qazeti redaksiyaları arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 237 saylı, 12.10.2004-cü il tarixli və 28.03.2005-ci il tarixli, 11659 saylı inşaat pasportu əsasında Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Bünyadzadə və 7-ci Alatava küçələrinin kəsişdiyi ərazidə ayrılmış torpaq sahəsinə icarə müqaviləsi bağlanmışdır. 14 iyun 2005-ci il tarixli 0530 saylı torpaq icarə müqaviləsinə 13 sentyabr 2005-ci il tarixli dəyişikliklərdən görünür ki, 14 iyun 2005-ci il tarixli 0530 saylı torpaq saylı torpaq icarə müqaviləsinin 1.1, 7.3 və 7.4-cü bəndlərinin dəyişməsi ilə bağlı ümumi razılığa gəlmiş və həmin bəndlər aşağıdakı redaksiyada qəbul edilmişdir. 1.1 2542 (iki min beş yüz qırx iki) 5000 (beş min) kimi 7.3 İcarə haqqı 29 avqust 2005-ci il tarixdən hesablanır. 7.4 İcarəçi tərəfindən hər il 17.035.200 (on yeddi milyon otuz beş min iki yüz) manat məbləğ dövlət büdcəsinə ödənilməlidir. “Respublika” qazeti redaksiyası ilə “xxxx” MTK arasında bağlanmış 08 aprel 2005-ci il tarixli 01 nömrəli podrat müqaviləsinə əsasən Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 12.10.2004-cü il tarixli 237 saylı sərəncamını rəhbər tutaraq Bakı şəhəri, Yeni Yasamal yaşayış massivindəki, Bünyadzadə və 7 Alatava küçələrinin kəsişdiyi ərazidə qazetin əməkdaşları üçün tikiləcək yüksəkmərtəbəli yaşayış binasının tikintisini Kooperativə həvalə etmiş, Kooperativ isə həmin binanın inşasını, təhvil verilməsini və mənzillərin satışını öz üzərinə götürmüşdür. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 may 2015-ci il tarixli 3(004)-79/2015 nömrəli qərarına əsasən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə və 7ci Alatava küçələrinin kəsişməsində tikilmiş binanın ümumi sahəsi 116 kv.m olan 107 nömrəli mənzil “Respublika” qazeti redaksiyasına və qazetin əməkdaşlarının sərəncamına verilmiş yaşayış sahələri olduğundan, həmin mənzilin “xxxx” MTK-ya heç bir aidiyyatı yoxdur. Bununla da “xxxx” MTK-nın əməlində Azərbaycan Respublikası İXM-nin 313-1.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, o inzibati məsuliyyətə cəlb edilməmiş və barəsində olan inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 239/2-24 nömrəli qətnaməsinə əsasən iddiaçılar “Respublika” Qazeti redaksiyasının və “xxxx” MTK-nın iddia tələbi rədd edilmişdir. “Say” qəzeti redaksiyasının qarşılıqlı iddiası təmin edilmişdir. Bakı şəhəri İcra hakimiyyəti Başçısının 12 oktyabr 2004-cü il tarixli, 237 saylı sərəncamı və “Say” qəzeti redaksiyası ilə “Respublika” qəzeti redaksiyası arasında bağlanmış 25 avqust 2005-ci il tarixli “birgə təsərüffat fəaliyyəti haqqında” müqaviləyə əsasən Bakı şəhəri, Bünyadzadə və 7-ci Alatava küçələrinin kəsişdiyi ərazidə ayrılmış torpaq sahəsində Bünyadzadə küçəsinə baxan üçüncü bloka dair hissədə “xxxx” MTK və “Respublika” qazeti redaksiyası tərəfindən aparılan tikinti işləri dayandırılması və sökülməsi, “Say” qəzeti redaksiyasının qarşılıqlı iddiası təmin edilmişdir. Bakı şəhəri İcra hakimiyyəti Başçısının 12 oktyabr 2004-cü il tarixli, 237 saylı sərəncamı və “Say” qəzeti redaksiyası ilə “Respublika” qəzeti redaksiyası arasında bağlanmış 25 avqust 2005-ci il tarixli “birgə təsərüffat fəaliyyəti haqqında” müqaviləyə əsasən Bakı şəhəri, Bünyadzadə və 7-ci Alatava küçələrinin kəsişdiyi ərazidə ayrılmış torpaq sahəsində Bünyadzadə küçəsinə baxan üçüncü bloka dair hissədə “xxxx” MTK, “Respublika” qazeti redaksiyası və kənar şəxslər tərəfindən inşa edilmiş yarımçıq bina cavabdehlər tərəfindən sökülməklə, ərazi tikinti materiallarından təmizlənərək, tam həcmdə “Say” qəzeti redaksiyasına təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə kollegiyasının 12.02.2008-ci il tarixli 2-1(103)-73/2008 nömrəli qətnaməsinə əsasən 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 237/2-24 saylı, 02 noyabr 2007-ci il tarixli qətnaməsi qarşılıqla iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş, “Say” qəzetinin Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 12 oktyabr 2004-cü il tarixli, 237 saylı sərəncamı və “Say” qəzeti redaksiyası ilə “Respublika” qəzeti redaksiyası arasında bağlanmış 25 avqust 2005-ci il tarixli “birgə təsərüffat fəaliyyəti haqqında” müqaviləyə əsasən ümumi birgə istifadə və sahiblikdə olan “Say” qəzeti redaksiyasına məxsus sahədə “xxxx” MTK və “Respublika” qəzeti redaksiyası tərəfindən aparılan qanunsuz tikinti işlərinin dayandırılması, sökülməsi, eləcə də müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, 7-ci Alatava küçəsi ilə Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə “Say” qəzeti redaksiyasına məxsus hissədə “xxxx” MTK-nın əməkdaşları, “Respublika” qəzeti redaksiyası və kənar şəxslər tərəfindən inşa edilmiş yarımçıq binanın sökülməsi və ərazinin tikinti materiallarından təmizlənərək, tam həcmdə “Say” qəzeti redaksiyasına təhvil verilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin iqtisadi mübahisələrə dair işlər üzə məhkəmə kollegiyasının 08 avqust 2008-ci il tarixli 2-1(102)-171/2008 nömrəli qərarına əsasən “Say” qəzeti redaksiyasının və “Respublika” qəzeti redaksiyası ilə “xxxx” MTK-nın kassasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Respublika” qəzeti redaksiyasının 12 yanvar 2018-ci il tarixli 116/18 nömrəli qərarına əsasən “xxxx” MTK tərəfindən və kooperativin sədri tərəfindən məhkəmə qətnaməsinin və məhkəmə qətnaməsini icra edən icra məmurunun qanuni tələblərinin icrasından boyun qaçırılmamışdır. Faktiki olaraq məhkəmə qətnaməsinin icra edilməli olan ünvanda yerləşən əmlaklar üzərində “xxxx” MTK-nin hər hansı hüququ yoxdur. “xxxx” MTK məhkəmə qətnaməsinin icra olunması üçün faktiki olaraq istəsədə məhkəmə qətnaməsi ilə tələbkar Z.Abbasova qətnamədə qeyd olunan mənzili təhvil vermək səlahiyyətində və hüququnda deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, “xxxx” MTK-nın qanuni təmsilçisi Şəxsdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs tələbkar X4 Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə və Vİİ Alatava küçələrinin kəsişməsində tikilmiş binanın ümumi sahəsi 116 kv.metr olan 107 №-li mənzili verməyə dair hüququ olmamışdır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzürsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də onun barədə başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İXM-in: 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilən məhkəmə qərarlarından aydın olur ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə və 7-ci Alatava küçələrinin kəsişməsində tikilmiş binanın ümumi sahəsi 116 kv.m olan 107 nömrəli mənzilin “xxxx” MTK-ya heç bir aidiyyatı olmadığı müəyyən edilmiş, bu səbəbdən “xxxx” MTK-nın əməlində Azərbaycan Respublikası İXMnin 313-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. Belə olan halda MTKnın rəhbəri Şəxs sözügedən mənzilin tələbkar Z.Abbasova verilməsi ilə bağlı hər hansı səlahiyyəti və hüququ ola bilməzdi. Bu səbəbdəndə Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş 02 mart 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-701/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-701/2021
04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver