Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-7014/2022 15.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, X1 iştirakları ilə, X2 tərəfindən Yasamal Rayon Polis İdarəsinin 26-cı polis şöbəsi MN seriyalı ******* nömrəli, 22 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 tərəfindən Yasamal Rayon Polis İdarəsinin 26-cı polis şöbəsi MN seriyalı ******* nömrəli, 22 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında X2 şikayətə baxılmasını tələb etmədiyini, şikayətin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə İXM-ə əsasən qərardan şikayətə baxılması həmin qərardan şikayət verən tərəfin iradəsində asılıdır. Bu səbəbdən də şikayətçi şikayətinin geri qaytarılmasını tələb etdiyindən şikayətə baxılmayaraq geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən, QƏRARA ALDİ: X5 tərəfindən Yasamal Rayon Polis İdarəsinin 26-cı polis şöbəsi MN seriyalı ******* nömrəli, 22 sentyabr 2022-ci il tarixli protokol əsasında qəbul edilmiş qərarından verdiyi şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-7014/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-7014/2022
15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver