Məhkəmə qərarları › İş №3(004)-7026/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7026/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7026/2025 04.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X7, Tələbkar (zərərçəkmiş şəxs) X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru X8 29 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhər Yasamal Rayon Məhkəməsnin 2(004)-3722/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-175/2024 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişi üzrə paylar tərəflərin adına rəsmiləşdirilməlidir. Nəticədə borclu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra şöbəsinin icra məmuru X8 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsnin 2(004)-3722/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs və iddaiçı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi olduğu X3 və cavabdeh X1 hər birinin 1/3 hissədə paylı mülkiyyətçisi olduqları Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsi, ev 57/24 ünvanında olan 22 saylı mənzil açıq hərrac vasitəsilə satılması və hərracdan əldə olunmuş vəsait paylara mütənasib şəkildə ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)- 125/2024 saylı qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3722/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə iddiaçı və iddiaçı X3 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs ilə cavabdeh X5 arasında bağlanmış olan aşağıdakı məzmunda xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir. “Tərəflər aşağıdaki baradə razılığa gəldilər: 2.1. Tərəflər hazırkı sazişlə razılığa gəlirlər ki, (“İ Tərəf”) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3722/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsi, ev 57/24 ünvanında olan 22 saylı mənzilə dair 1/3 hissədə payını, həmçinin (“İ Tərəf”) həmin qətnamə üzrə X3 qanuni nümayəndəsi olaraq ona çatası həmin mənzildən 1/3 hissədə payını (“İİ Tərəf”)in xeyrinə imtina edir, qarşılığında (“İİ Tərəf”) 64.000 (altmış dörd min) manat məbləğində pul vəsatini (“İ Tərəf”)ə ödəyir.” Həmin məhkəmə qərardadı icra edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi qərardadı icra etməkdən imtina etmiş və qərardadda onun üzərinə hər hansı öhdəliyin qoyulmadığını bildirmişdir. Hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3722/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi ilə iddiaçı Zərərçəkmiş şəxs və iddiaçı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi olduğu X3 və cavabdeh X1 hər birinin 1/3 hissədə paylı mülkiyyətçisi olduqları Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsi, ev 57/24 ünvanında olan 22 saylı mənzilin açıq hərrac vasitəsilə satılması və hərracdan əldə olunmuş vəsait paylara mütənasib şəkildə ödənilməsi müəyyən edilmişdir. Bundan sonra icra sənədi üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-125/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən X3 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs ilə cavabdeh X5 arasında xx.xx.2023-cü il tarixli barışıq sazişinin bağlanması, Zərərçəkmiş şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3722/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsi, ev 57/24 ünvanında olan 22 saylı mənzilə dair 1/3 hissədə payının, həmçinin Zərərçəkmiş şəxs həmin qətnamə üzrə X3 qanuni nümayəndəsi olaraq ona çatası həmin mənzildən 1/3 hissədə payının X1 xeyrinə imtina etməsi, qarşılığında X1 64.000 (altmış dörd min) manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs ödəməsi qərara alınmışdır. Bundan sonra Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-125/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı icraya yönəldilərək İdarəyə göndərilmişdir. Tərəfimizdən isə şöbəyə “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(004)- 125/2024 saylı qərardadı ilə 1 saylı Bakı Ərazi idarəsinin üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 28ci maddəsinə əsasən icraatda tərəflər tələbkar və borcludur. İcra sənədinə əsasən müəyyən hərəkətləri etməli (icra sənədində göstərilmiş pul vəsaitini və başqa əmlakı verməli, digər vəzifələri yerinə yetirməli və ya qadağalara əməl etməli) olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs borclu sayılır.” məzmunda cavablar göndərilmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261 -ci maddəsində iş üzrə icraata xitam verilməsinin əsaslarından biri kimi tərəflər arasında barışıq sazişinin bağlanması qeyd olunmuşdur. Belə ki, 261.0.5-ci maddəyə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216.1 -ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Qanunvericiliyin sözügedən müddəlarına əsasən, barışıq sazişi (onun şərtləri) məhkəmənin deyil, tərəflərin gəldiyi nəticədir, məhkəmə yalnız sazişi təsdiq edir. Həm də nəzərə alınmalıdır ki, saziş təsdiq edilərkən iş üzrə icraat xitam olunur, bu isə məhkəmə müdafiəsinə (qətnamənin qəbuluna) yönələn fəaliyyətin xitamı deməkdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşı nmaz əmlak üzərində hüquqları n əmələ gəlməsinin, başqası na keçməsinin, məhdudlaşdırı lmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas olmuş qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsinə əsasən, məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən, mülki işlər üzrə mübahisələrdə tərəflər barışıq sazişi bağlamaqla icra ilə bağlı yalnız öz üzərlərinə öhdəlik götürürlər və üçüncü şəxslərə münasibətdə (o cümlədən səlahiyyətli dövlət orqanları) icra ilə bağlı hər hansı öhdəliyin icrası nəzərdə tutulmur. Müvafiq icra vərəqəsindən göründüyü kimi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə prosesinə tərəf qismində cəlb olunmamış və İdarə üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Bundan əlavə, barışıq sazişi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa və Mülki Məcəllənin müvafiq məzmunlu normalarına əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsaslardan biri kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191 -ci maddəsinin tələbinə əsasən məhkəmə tərəflərin təqdim etdiyi barışıq sazişini təsdiq etdikdə iş üzrə icraata xitam verilmə barədə qərardad çıxarır və bu qərardad öhdəlik müəyyən etməyən qərardaddır. Barışıq sazişi ilə tərəflər öz üzərlərinə öhdəlik götürürlər. Göründüyü kimi, qeyd olunan maddələrin də məzmunundan aydın olur ki, icraata xitam verilməsi haqqında qərardad və barışıq sazişi dövlət reyestrində qeydiyyata alınma üçün əsas deyil. Yuxarıda əks edilmiş qanunvericilik normalarından da göründüyü kimi İdarə tərəfindən hər hansı bir hüquq pozuntusuna yol verilməmişdir və qanunamüvafiq qaydada barışıq sazişinin təsdiq edilməsi barədə qərardadın icra edilməsindən imtina edilmişdir. Bununla yanaşı, hüquqi praktikada eyni məzmunlu barışıq sazişinin təsdiq edilməsi barədə qərardadların qanunamüvafiq qaydada icrasından tərəfimizdən imtina olunduğu təqdirdə hər hansı bir icra şöbəsi tərəfindən inzibati xəta törədilməsi barədə protokol tərtib edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsini rəhbər tutaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat vermiş X5 bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Şəhər Yasamal Rayon Məhkəməsnin 2(004)-3722/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-175/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı icra edilmir. Həmin məhkəmə qərarlarının tam şəkildə icra edilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Zərərçəkmiş şəxs bildirmişdir ki, qaynanası X5 ilə aralarında razılaşmışlar. Onun X4 qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3722/2021 saylı, xx.xx.2021ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Şəhər Yasamal Rayon Məhkəməsnin 2(004)- 3722/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs və iddaiçı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi olduğu X3 və cavabdeh X1 hər birinin 1/3 hissədə paylı mülkiyyətçisi olduqları Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsi, ev 57/24 ünvanında olan 22 saylı mənzil açıq hərrac vasitəsilə satılması və hərracdan əldə olunmuş vəsait paylara mütənasib şəkildə ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-125/2024 saylı qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3722/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə iddiaçı və iddiaçı X3 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs ilə cavabdeh X5 arasında bağlanmış olan aşağıdakı məzmunda xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir. “Tərəflər aşağıdaki baradə razılığa gəldilər: 2.1. Tərəflər hazırkı sazişlə razılığa gəlirlər ki, (“İ Tərəf”) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3722/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsi, ev 57/24 ünvanında olan 22 saylı mənzilə dair 1/3 hissədə payını, həmçinin (“İ Tərəf”) həmin qətnamə üzrə X3 qanuni nümayəndəsi olaraq ona çatası həmin mənzildən 1/3 hissədə payını (“İİ Tərəf”)in xeyrinə imtina edir, qarşılığında (“İİ Tərəf”) 64.000 (altmış dörd min) manat məbləğində pul vəsatini (“İ Tərəf”)ə ödəyir.” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Yasamal rayon İcra şöbəsinin borclu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı məktublardan görünür ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsnin 2(004)-3722/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-125/2024 saylı qərardadı dəfələrlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş və orqanın iş üzrə tərəf olmaması səbəbindən onun üzərinə hər hansı bir öhdəliyin qoyulmasının qanunla müəyyən edilməməsi nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(004)-125/2024 saylı qərardadının icrası barədə ********** və ********** saylı müraciətinizə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(004)-125/2024 saylı qərardadı ilə 1 saylı Bakı Ərazi idarəsinin üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən icraatda tərəflər tələbkar və borcludur. İcra sənədinə əsasən müəyyən hərəkətləri etməli (icra sənədində göstərilmiş pul vəsaitini və başqa əmlakı verməli, digər vəzifələri yerinə yetirməli və ya qadağalara əməl etməli) olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs borclu sayılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Yasamal rayon İcra şöbəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3722/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs və iddaiçı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi olduğu X3 və cavabdeh X1 hər birinin 1/3 hissədə paylı mülkiyyətçisi olduqları Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsi, ev 57/24 ünvanında olan 22 saylı mənzil açıq hərrac vasitəsilə satılsın və hərracdan əldə olunmuş vəsait paylara mütənasib şəkildə ödənilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3722/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 125/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı qüvvəyə minmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-125/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsi, ev 57/24 ünvanında olan 22 saylı mənzilə dair 1/3 hissədə payını, həmçinin Zərərçəkmiş şəxs həmin qətnamə üzrə X3 qanuni nümayəndəsi olaraq ona çatası həmin mənzildən 1/3 hissədə payını X1 adına rəsmiləşdirilməli və mülkiyyət hüququ təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0-ci maddisinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. Göründüyü kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Yasamal rayon İcra şöbəsinin tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 3 ünvanında olan 22 saylı mənzili X1 adına rəsmiləşdirilməsi ilə bağlı müraciət olunmuş, lakin sonuncu tərəfindən imtina olunmuşdur. İmtinaya səbəb Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(004)-125/2024 saylı qərardadı ilə 1 saylı Bakı Ərazi idarəsinin üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmaması olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.4-cü maddisinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları qeydiyyat üçün əsaslardan biridir. Həmin qanunda mülkiyyət hüququ dövlət qeydiyyatına alınması üçün məhkəmə qərarında inzibati orqanın üzərinə öhdəlik qoyulmaması nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra məmurunun qanuni tələbi yerinə yetirilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar