Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-703/2023 02.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.2005-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 01 fevral 2023-cü il tarixdə saat təxminən 15:50 radələrində Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən “avtomobil yağlama mərkəzi”ndə (sex) VAZ 2107 markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq etdiyi üçün polis əməkdaşları onu saxlamışlar, saxladıqları zaman sürücünün həm də yetkinlik yaşına çatmadığı üçün sürücülük vəsiqəsinin olmadığını aşkar etmişlər. Polis əməkdaşları ona avtomobilinin duracağa aparılacağını bildirilmiş, lakin o, avtomobilin ona məxsus olmadığını və buna görə də açarı verə bilməyəcəyini deyərək, icazə verməmişdir. Polis əməkdaşları dəfələrlə polisin qanuni tələblərinə tabe olmağını tələb etsələr də, o tabesizlik göstərmişdir. Buna görə də, polis əməkdaşları həmin əraziyə gəlmiş PPX naryadlarının köməkliyi ilə onu Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-nə gətirmişlər. Bununla da o, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, 01 fevral 2023-cü il tarixdə saat təxminən 15:50 radələrində Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən “avtomobil yağlama mərkəzi”nə gəlmişdir. Həmin mərkəzə, orada işləyən qohumu Şükürov Hasilə komək etmək üçün gəlmişdir. Orad olduğöu zaman tanımadığı bir müştəri VAZ 2107 markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək, avtomobilinə servis xidməti göstərməsini istəmiş. Özü tələsdiyi üçün avtomobilin qapısı açıq qoyub getmişdir. O, avtomobilə oturmuş, bu zaman dövlət yol polisi əməkdaşları ona yaxınlaşaraq avtomobilin açarlarının onlara təqdim edilməsini tələb etmişlər, o isə avtomobilin ona məxsus olmadığının və buna görə də açarları təqdim edə bilməyəcəyini, yalnız avtomobilin sahibinə verəcəyini bildirmişdir. Bu zaman polisi əməkdaşları onu polis şöbəsinə aparmışlar. O, avtomobili idarə etmədiyini, yalnız içərisində əyləşdiyini, avtomobilin açarını təqdim etməyərək tabesizlik göstərdiyini bildirmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin sahə inspektoru Ramin İbadov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 01 fevral 2023-cü il tarixdə saat təxminən 15:50 radələrində Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən “avtomobil yağlama mərkəzi”ndə (sex) VAZ 2107 markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq etdiyi üçün polis əməkdaşları onu saxlamışlar, saxladıqları zaman sürücünün həm də, yetkinlik yaşına çatmadığı üçün, sürücülük vəsiqəsinin olmadığını aşkar etmişlər. Polis əməkdaşları ona avtomobilinin duracağa aparılacağını bildirilmiş, lakin o, avtomobilin ona məxsus olmadığını və buna görə də açarı verə bilməyəcəyini deyərək, icazə verməmişdir. Polis əməkdaşları dəfələrlə polisin qanuni tələblərinə tabe olmağını tələb etsələr də, o tabesizlik göstərmişdir. Buna görə də, polis əməkdaşları həmin əraziyə gəlmiş PPX naryadlarının köməkliyi ilə onu Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-nə gətirmişlər. Bununla da o, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Şəxs xx.xx.2005-ci il təvəllüdlü olmaqla 18 yaşı tamam olmamışdır. Ona görə də şəxsə sanksiyada nəzərdə tutulmuş inzibati həbs tətbiq edilə bilməz. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmçinin İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-703/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-703/2023
02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver