Məhkəmə qərarları › İş №3(004)-704/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-704/2021

04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-704/2021 04.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi ilə, X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2021-ci il tarixli qərarından verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X2 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etsə də, həmin qərarı şikayət ərizəsinə əlavə etməmişdir. Buna görə də, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2021-ci il tarixli qərarının həqiqətən də mövcud olmasını müyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Məhkəmə hesab edir ki, X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2021-ci il tarixli qərarından verdiyi şikayəti geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2021-ci il tarixli qərarından verdiyi şikayəti geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar