Məhkəmə qərarları › İş №3(004)-704/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-704/2025

07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-704/2025 07.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X6 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayonu Polis İdarəsinin 28-ci polis bölməsinin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və hal-hazırda ünvan 2nında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal RPİ-nin 28-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal RPİ-nin 28-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, həyat yoldaşının şikayətinə əsasən, təsiredici maddə qəbul etməsi müəyyən edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə verdiyi izahatında göstərmişdir ki, o narkotik vasitə istifadəçisi deyildir. Ailəsinin yeganə gəlir yeri olan şəxsidir və sürücü işləyərək ailəsini dolandırır. Himayəsində bir azyaşlı övladı vardır. Bütün göstərilənləri nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayonu Polis İdarəsinin 28-ci polis bölməsinin sahə inspektoru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs narkotik vasitələrin istifadəsində şübhəli olması ilə bağlı daxil olmuş məlumat əsasında, yaşadığı ünvan 3 ünvanında saxlanılaraq, müayinəyə aparılmış, müayinə zamanı narkotik vasitə istifadə etmə halları müəyyən edilmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 653 saylı Ambulator X1 rəyində göstərilmişdir ki, müayinə zamanı Şəxs narkotik vasitə istifadə etməsini inkar edir. Müayinə zamanı Şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan Preqabalindən istifadə etmə halı olub. Lakin halhazırda Şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkotik vasitələrdən psixi və fiziki asılılığı yoxdur. Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə dilmiş İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 11:00-dan inzibati qaydada tutulmuşdur. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxs qanunsuz olaraq narkotik vasitənin və ya psotrop maddənin istehlakına görə təqsirli bilinməsi üçün və barəsində inzibati tənbeh tətbiq edilməsi üçün mütləq qaydada həmin halın mövcud olması mötəbər sübut olan müvafiq ekspert komissiyasının rəyi ilə öz təsdiqini tapmalıdır. Əks halda həmin şəxsin inzibati xətanın törədilməsində təqsirli bilinməsi və inzibati məsuliyyətə cəlb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. İş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən tibbi müayinə sənədlərinin tədqiqi zamanı müəyyən edilmişdir ki, Şəxs narkotik və ya psixotrop maddə istifadə etməsi yəni istehlak etməsi halı sübut olunmur, bunula bağlı hər hansı bir rəy və ya tibbi sənəd mövcud deyildir, bu səbəbdən də onun inzibati xəta törətməsinə dair mötəbər sübut mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şərh edilənlərə müvafiq olaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə istinad edilən inzibati xətanın baş verməsində təqsiri sübuta yetirilmədiyindən əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbehə məruz qala bilməz. Azərbaycan RespublikasıİXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmə və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar