Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7049/2022 12.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx xxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 08 iyul 2022-ci il tarixli EQ seriyalı 10522547 nömrəli, 07 iyun 2022-ci il tarixli EQ seriyalı 10131414 nömrəli və 07 iyun 2022-ci il tarixli EQ seriyalı 10130481 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 10.0 manat cərimə növündə inzibati tənbeh, 11 iyun 2022-ci il tarixli EQ seriyalı 10182860 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 40.0 manat cərimə növündə inzibati tənbeh, 08 iyun 2022-ci il tarixli EQ seriyalı 10144822 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 60.0 manat cərimə növündə inzibati tənbeh, 06 iyun 2022-ci il tarixli EQ seriyalı 10115971 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 50.0 manat cərimə növündə inzibati tənbeh, 30 may 2022-ci il tarixli EQ seriyalı 10043783 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 40.0 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərarları icra etmədiyi üçün Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə 25 noyabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli, 25 noyabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli, 25 noyabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli, 25 noyabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli, 25 noyabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli, 22 noyabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli və 22 noyabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli protokollar tərtib edilmişdir ki, o, əvvəllər barəsində qəbul edilmiş yuxarıda göstərilən inzibati tənbeh vermə haqqında qərarları qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da o, İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AsanPay-dən olan çıxarışdan görünür ki, Şəxs 08 iyul 2022-ci il tarixli EQ seriyalı 10522547 nömrəli, 07 iyun 2022-ci il tarixli EQ seriyalı 10131414 nömrəli, 07 iyun 2022-ci il tarixli EQ seriyalı 10130481 nömrəli, 11 iyun 2022-ci il tarixli EQ seriyalı 10182860 nömrəli, 08 iyun 2022-ci il tarixli EQ seriyalı 10144822 nömrəli, 06 iyun 2022-ci il tarixli EQ seriyalı 10115971 nömrəli və 30 may 2022-ci il tarixli EQ seriyalı 10043783 nömrəli qərarlar üzrə inzibati cəriməni və hesablanmış dəbbə pulunu ödəməmişdir. Şəxs İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokollar və qərarlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan əlavə, Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə 24 noyabr 2022-ci il tarixdə İXP seriyalı ******* saylı və 23 noyabr 2022-ci il tarixdə İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir, ondan ötrü ki, o, əvvəllər barəsində tərtib edilmiş 18 may 2022-ci il tarixli, EQ seriyalı ******* saylı və 25 aprel 2022-ci il tarixli, EQ seriyalı ******* saylı qərarlara əsasən İXM-in 469.3-cü maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir, lakin həmin cərimə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Yəni hazırkı İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş protokollara əsasən, şəxs onun barəsində 3 ay əvvəl İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilmiş qərarların icra edilməməsində təqsirləndirilir. Halbuki, İXM-nin 469.3-cü maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta deyil. "Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar" İXM-nin 29-cü Fəslinin tənzimlədiyi İXM-nin 327-348-ci maddələrində olan inzibati xətalardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, İXM-in 469.3-cü maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara aid deyil. Ona görə də həmin cərimə qərarını qüvvəyə mindiyi vaxtdan 3 ay ərzində icra etməmə əməlinin törədilməsi, İXM-nin 529.3-cü maddəsinin tərkibini yaratmır. Qeyd olunanlara əsasən Şəxs barəsində tərtib olunmuş 24 noyabr 2022-ci il tarixdə İXP seriyalı ******* saylı və 23 noyabr 2022-ci il tarixdə İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokollar üzrə başlanmış iş üzrə icraata xitam verilməlidir. Bundan əlavə, Şəxs əvvəllər barəsində olan inzibati xəta haqqında iş üzrə 23 aprel 2022-ci il tarixli, EQ ******* saylı cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etmədiyi üçün onun barəsində İXM-in 529.3-cü maddəsi ilə 22 noyabr 2022-ci il tarixdə İXP ******* saylı protokol, 25 aprel 2022-ci il tarixli, EQ ******* saylı cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etmədiyi üçün İXM-in 529.3-cü maddəsi ilə 23 noyabr 2022-ci il tarixdə İXP ******* saylı protokol, 01 mart 2022ci il tarixli, EQ ******* saylı cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etmədiyi üçün İXM-in 529.3-cü maddəsi ilə 21 noyabr 2022-ci il tarixdə İXP ******* saylı protokol,28 fevral 2022-ci il tarixli, EQ ******* saylı cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etmədiyi üçün İXM-in 529.3-cü maddəsi ilə 21 noyabr 2022-ci il tarixdə İXP ******* saylı protokol,23 aprel 2022-ci il tarixli, EQ ******* saylı cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etmədiyi üçün İXM-in 529.3-cü maddəsi ilə 22 noyabr 2022-ci il tarixdə İXP ******* saylı protokol, 03 may 2022-ci il tarixli, EQ ******* saylı cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etmədiyi üçün İXM-in 529.3-cü maddəsi ilə 23 noyabr 2022-ci il tarixdə İXP ******* saylı protokol, 07 may 2022-ci il tarixli, EQ ******* saylı cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etmədiyi üçün İXM-in 529.3-cü maddəsi ilə 23 noyabr 2022-ci il tarixdə İXP ******* saylı protokol, 02 may 2022-ci il tarixli, EQ ******* saylı cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etmədiyi üçün İXM-in 529.3-cü maddəsi ilə 23 noyabr 2022-ci il tarixdə İXP ******* saylı protokol, 04 may 2022-ci il tarixli, EQ ******* saylı cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etmədiyi üçün İXM-in 529.3-cü maddəsi ilə 23 noyabr 2022-ci il tarixdə İXP ******* saylı protokol, 29 aprel 2022-ci il tarixli, EQ ******* saylı cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etmədiyi üçün İXM-in 529.3-cü maddəsi ilə 23 noyabr 2022-ci il tarixdə İXP ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, cərimə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 3 aylıq müddətin bitdiyi vaxtın səhərisi günü şəxsin əməlində İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranır və həmin gün İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın baş vermə gününün əvvəli hesab edilir. Bununla da İXM-nin 529.3-cü maddəsindəki inzibati xətanın baş vermə günündən hesablanmaqla inzibati məsuliyyətə cəlb etmə müddətinin axımının başlanması nəzərə alınaraq, bununla da yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik) törədilməsinin baş verdiyi vaxtdan hesablanmaqla, hazırkı vaxtda artıq İXMnin 529.3-cü maddəsinə münasibətdə 03 aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər. Həmçinin hazırkı İXM-nin 529.3-cü maddəsindəki inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilən inzibati xətalardan deyil. Cərimə qərarının qüvvəyə mindiyi vaxtdan 03 aylıq müddətin bitdiyi günün səhəri günü İXM-nin 529.3-cü maddəsindəki inzibati xətanın tərkibi yaranır. Bu zaman İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş protokol həmin səhəri gündən hesablanmaqla növbəti 03 ay müddətində tərtib edilə bilər. Bu sonuncu 03 ay müddət bitdikdən sonra, müddətin keçməsi ilə əlaqədar şəxsin barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Yəni, cərimə qərarının qüvvəyə mindiyi vaxtdan 06 ay keçdikdən sonra şəxs İXMnin 38.1-ci maddəsindəki inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar inzibati məsuliyyətdən azad edilir, ona görə də şəxsin barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati iş üzrə icraat başlana bilməz, protokol tərtib edilə bilməz. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Lakin göründüyü kimi hazırkı iş üzrə cərimə qərarının qüvvəyə mindiyi vaxtdan 06 aylıq müddət keçdiyindən, inzibati məsuliyyətdən azad olunmuş şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə qanunsuz olaraq protokol tərtib edilərək məhkəməyə material daxil olmuşdur. Bununla da şəxs inzibati məsuliyyətdən azad edildiyindən və artıq inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmadığından, həmin iş üzrə başlanmış icraata xitam verilməli olduğundan, həmçinin göstərilən əsaslar iş məhkəməyə daxil olanadək yarandığından, göstərilən əsasların yarandığı vaxtı iş hələ də səlahiyyətli orqanın icraatında olduğundan, səlahiyyətli orqan həmin iş üzrə icraata xitam verməli olduğu halda, buna əməl etməyib inzibati məsuliyyətdən azad edilmiş şəxs barədə materialları məhkəməyə göndərmişdir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs 25 noyabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli, 25 noyabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli, 25 noyabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli, 25 noyabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli, 25 noyabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli, 22 noyabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli və 22 noyabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli protokollar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə 24 noyabr 2022-ci il tarixdə İXP seriyalı ******* saylı, 23 noyabr 2022-ci il tarixdə İXP seriyalı ******* saylı, 22 noyabr 2022-ci il tarixdə İXP ******* saylı, 23 noyabr 2022-ci il tarixdə İXP ******* saylı, 21 noyabr 2022-ci il tarixdə İXP ******* saylı, 21 noyabr 2022-ci il tarixdə İXP ******* saylı, 22 noyabr 2022-ci il tarixdə İXP ******* saylı, 23 noyabr 2022-ci il tarixdə İXP ******* saylı, 23 noyabr 2022-ci il tarixdə İXP ******* saylı, 23 noyabr 2022-ci il tarixdə İXP ******* saylı, 23 noyabr 2022-ci il tarixdə İXP ******* saylı və 23 noyabr 2022-ci il tarixdə İXP ******* saylı protokollar üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-7049/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7049/2022
12.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver