Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-705/2025 07.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞnin polis sahə inspektoru, polis leytenantı X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakları ilə, xx xxxxxxxx 1979-cu il tarixdə Tovuz rayonu, Alakol kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Tovuz rayonu, Alakol kəndində qeydiyyatda olan X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru, polis leytenantı X13 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə vətəndaş X3 RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət edərək yaşadığı evdə qeyri-rəsmi münasibətdə olduğu X7 məxsus narkotik vasitə aşkar etdiyini, sonuncunun ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsini istədiyini bildirmişdir. “Respublika Narkoloji Mərkəzi” X21 Ambulator Məcburi-Narkoloji tibbi yoxlama rəyindən məlum olmuşdur ki, X2 qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Bununla da, X14 barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədən X14 barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 10:35 radələrində ünvan 1 ünvanın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs olduğu bildirmişdirlər. Bu səbəbdən o, 29-cu PŞnə dəvət olunmuşdur. Polis şöbəsində üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. X12 tərəfindən təqdim olunan narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Daha sonra tibbi yoxlama zamanı kannabioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Bununla da, onun barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, 03 ilə yaxın müddətdir ki, narkotik vasitə olan marixuana istifadə edir. Sonuncu dəfə narkotik vasitədən 10-15 gün öncə istifadə etmişdir. Bundan əlavə verilmiş suallara cavab olaraq bildirdi ki, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X5 üzərində şəxsi axtarış və götürmə aparılan zaman qanunla dövriyyəsi qadağan olunmuş heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Odur ki, X5 əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X11 tərəfindən İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli vətəndaş X12 tərəfindən Bakı şəhəri Yasamal RPİ-nin rəhbərliyinə ünvanlanmış ərizədən görünür ki, yaşadığı evdə qeyri-rəsmi münasibətdə olduğu X5 narkotik vasitə istfadə etməsi ilə bağlı müraciət etmişdir. xx.xx.2025-ci il tarixli Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Ramil Sadıqov tərəfindən rəhbərliyə ünvanlanmış raportan görünür ki, xx.xx.2025-ci il tarixdə vətəndaş X3 RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət edərək yaşadığı evdə qeyri-rəsmi münasibətdə olduğu X7 məxsus narkotik vasitə aşkar etdiyini, sonuncunun ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsini istədiyini bildirmişdir. Araşdırma zamanı sonuncuda kannabioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, Narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən edilmiş və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. xx.xx.2025-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, X11 həmin tarixdə, saat 11:20-də şübhəli şəxs qismində tutulmuş, azadlığı faktiki olaraq həmin tarixdə, saat 10:35-də məhdudlaşdırılmışdır. xx.xx.2025-ci il tarixli, 604 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin “X16 Tibbi Yoxlamanın” rəyindən görünür ki, X4 götürülmüş sidik nümunəsində THC(+) aşkar olunmuşdur. X1 qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 fevral 2025-ci il tarixli, 7/230 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “X8 təqdim etmiş olduğu marixuanaya bənzər kütlə” yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd zərfin içərisində ağı hissəsi bağlanan polietilen paketdə sellofan torbadakı 01 ədəd qəhvəyi rəngli kağız bükümdə təmiz çəkisi 0,16 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirdib tərəfləri dinləyərək belə qənaətə gəlir ki, X11 narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən X5 məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir Həmin Məcəllənin 33-cü maddəsinə əsasən X11 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən X7 narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli, inzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən saat 10:35-dən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 77, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri təyin edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il, saat 10:35-dən hesablansın. X11 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. X7 narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-705/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-705/2025
07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver