Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-707/2021 18.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətli nümayəndəsi X5 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2021-ci il tarixli, ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2021-ci il tarixli, ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, F.Ağayev 5 ünvanında ona məxsus dönərxana fəaliyyət göstərir. Mövcud pandemiya ilə əlaqədar işlər zəif olduğundan həmin obyekt də demək olar ki, bir ilə yaxındır normal fəaliyyət göstərmir. Həmin obyekti şəxsən o işlətmir, başqa bir şəxsə həvalə etmişdir. xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin əməkdaşları qeyd olunan dönərxanaya gələrək, orada onun adına protokol tərtib edilmişdir. Halbuki, o həmin vaxt orada olmamışdır, həmçinin cərimə yazılması üçün hər hansı bir əsas da olmamışdır. Belə ki, dönərxanada hər zaman sanitar epidemioloji təmizliyə riayət edilmiş, hazırkı pandemiya ilə bağlı sosial məsafəyə və virusdan qorunmaq üçün zəruri şərtlərə əməl olunmuş, sosial məsafə hər zaman gözlənilmişdir. Lakin onun orada olmadığı halda qeyd olunan agentliyin əməkdaşları tərəfindən cərimə yazılması əsassız və qanunsuzdur və hesab edir ki, protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsində nəzərdə tutulmuş protokol tərtib etmək qaydalarının tələblərinə riayət edilməmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2021-ci il tarixli, ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətli nümayəndəsi X8 şiakyətə etirazını bildirib, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2021-ci il tarixli, ******* saylı qərarının əsaslı olduğunu bildirərək məhkəməyə fotoşəkillər təqdim etmiş və qeyd etmişdir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ictimai iaşə müəssisələrinin qida qəbulu obyektlərində oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır. X2 işlətdiyi dönərxanada sözügedən Qərarda göstərilən ara məsafələri gözlənilməmiş, epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimləri pozulmuşdur. Buna görə də, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 (VÖEN:**********) xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimləri pozulmasına görə Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. X1 qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Belə ki, Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2020-ci il tarixli, 237 saylı Qərarının 2.2-ci bəndinə əsasən, ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarında, habelə onların açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətli nümayəndəsi X8 tərəfindən təqdim edilmiş fotoşəkillərdən aydın olur ki, X4 tərəfindən Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarının tələblərinə riayət edilməmişdir. Beləliklə də, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2021-ci il tarixli, ******* saylı qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2021-ci il tarixli, ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-707/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-707/2021
18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver