Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7074/2025 30.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 23 sentyabr 1999-cu ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, ev 94 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 30 sentyabr 2025-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin 29 sentyabr 2025-ci il tarixli qərarı, rədd materiallarına əsasən tərtib edilmiş 30 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin sahə inspektoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Hindistan Respublikası, Tamil Nadu ştatı, Çennai şəhərində yaşayan "X6 Narasimhan" 28 sentyabr 2025-ci il tarixdə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə rəsmi ərizə ilə müraciət edərək həmin tarixdə ünvan 2 ünvanında yerləşən hostelǝ dəvət etdiyi xanımın onun pul kisəsindən pulunu oğurladığını göstərməklə həmin şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb olunmağını xahiş etmişdir. Araşdırma zamanı 28 sentyabr 2025-ci il tarixdə, saat 18:00-da ünvan 2 ünvanında, mansarda yerləşən hostelə cinsi Əlaqədə olmaq üçün dəvət edilmiş Şəxs hamamda olmasından İstifadə edərək həmin hosteldə Hindistan Respublikası vətəndaşı "X6 Narasimhan"ın 300 manat ile 120 dirhəmini, yəni 56 manatını, ümumilikdə isə 356 manat məbləğində pulunu oğurlaması faktı alınmış izahatlar ilə, baxış keçirilməsi haqqında protokol ilə, baxış zamanı çəkilmiş videogörüntü ilə öz təsdiqini tapmışdır. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yekun olaraq, məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 28 sentyabr 2025-ci il tarixdə "Tinder" sosial şəbəkəsində olmuşdur. Həmin vaxt orada bir nəfər "Lakşmi" adlı Hindistan vətəndaşı ilə tanış olmuşdur. Sonra həmin şəxslə +994 55 *** ** ** əlaqə nömrəsiylə vatsap tətbiqində danışmağa başlamışdır. Həmin şəxslə cinsi əlaqədə olmaq istədiyini bildirdiyi üçün həmin şəxsdən 210 manat məbləğində pul istəmişdir. Ancaq "Lakşmi" adlı Hindistan vətəndaşı ilə 100 manat qarşılığında cinsi əlaqədə olmağa razılaşmışdır. Həmin şəxs onu "konum" ataraq qaldığı yerə dəvət etdiyi üçün o da saat 18:00-da həmin şəxsin qaldığı ünvana getmişdir. Həmin ünvana getdikdə, həmin ünvanın hostel olduğunu görmüşdür. Həmin hosteldə olarkən "Lakşmi" adlı Hindistan vətəndaşı ona gecə qalmaq şərti ilə 150 manat məbləğində pul vermişdir. Həmin hosteldə olarkən "Lakşmi" adlı Hindistan vətəndaşı ilə cinsi əlaqədə olmaq istəməmişdir. Ona görə "Lakşmi" adlı Hindistan vətəndaşına hamama getməyini, çimməyini bildirdikdə, "Lakşmi" adlı Hindistan vətəndaşı da onunla razılaşmişdir. Sonra "Lakşmi" adlı Hindistan vətəndaşı öz pul kisəsini soyuducunun üzərindən götürüb kiçik masanın üzərinə qoyub hamama girmişdir. "Lakşmi" adlı Hindistan vətəndaşı da hamama girdikdən sonra həmin şəxsin pul kisəsindən pullarını oğurlamaq qərarına gəlmişdir. Yaxınlaşaraq "Lakşmi" adlı Hindistan vətəndaşının pul kisəsindən 80 dirhəm ilə 17 manat pul götürmüşdür. Sonra pul kisəsini götürdüyü yerə atıb hosteldən çıxıb getmişdir. 80 dirhəmi də Azərbaycan manatına çevirdikdə 34 manat məbləğində pul etmişdir. "Lakşmi" adlı Hindistan vətəndaşından almış, götürmüş olduğum həmin pulları da xərcləmişdir. Aradırma zamanı Şəxs izahatına davam edərək göstərmişdir ki, cinsi əlaqədə olmaq üçün "Lakşmi" adlı Hindistan vətəndaşından 150 manat, "Lakşmi" adlı Hindistan vətəndaşı hamama çimməyə getdikdə isə həmin şəxsin pul kisəsindən 80 dirhəm, yəni 34 manat ile 17 manat məbləğində pul götürmüşdür. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ümumilikdə "Lakşmi" adlı Hindistan vətəndaşından 356 manat məbləğində pul ələ keçirmişdir. Törətdiyi əməldən peşmandır. 2 azyaşlı övladı vardır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 30 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs 23 sentyabr 2025-ci il tarixdə Hindistan Respublikası vətəndaşı X6 Narasimhanın 356 manat pulunu oğurlamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt təhqiqat qərarı əsasında təsdiq edilir. Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı Pərvin Cəfərov tərəfindən həmin şöbənin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, Hindistan Respublikası, Tamil Nadu ştatı, Çennai şəhərində yaşayan "X6 Narasimhan" 28 sentyabr 2025-ci il tarixdə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə rəsmi ərizə ilə müraciət edərək həmin tarixdə ünvan 2 ünvanında, mansarda yerləşən hostelǝ dəvət etdiyi xanımın onun pul kisəsindən pulunu oğurladığını göstərməklə həmin şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb olunmağını xahiş etmişdir. Araşdırma zamanı 28 sentyabr 2025-ci il tarixdə, saat 18:00-da ünvan 2 ünvanında, mansarda yerləşən hostelə cinsi Əlaqədə olmaq üçün dəvət edilmiş Şəxs hamamda olmasından İstifadə edərək həmin hosteldə Hindistan Respublikası vətəndaşı "X6 Narasimhan"ın 300 manat ile 120 dirhəmini, yəni 56 manatını, ümumilikdə isə 356 manat məbləğində pulunu oğurlaması faktı alınmış izahatlar ilə, baxış keçirilməsi haqqında protokol ilə, baxış zamanı çəkilmiş videogörüntü ilə öz təsdiqini tapmışdır. Bu əməl isə hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta hesab edilir. Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı Pərvin Cəfərov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, aparılmış təhqiqat araşdırması nəticəsində müəyyən edilmişdir ki, əməldə cinayət tərkibi olmadığından baş vermiş hüquqazidd əməl cinayət kimi deyil, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində müəyyən olunmuş xırda talama kimi qiymətləndirildiyindən cinayət işinin başlanması rədd edilməli və hadisəni törətmiş olan Şəxs barəsində inzibati tədbir görülməlidir. İnzibati qaydada tutma haqqında 29 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19:10-da inzibati qaydada tutulmuşdur. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 anası Şəxsdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə iş materiallarını nəzərdən keçirdib tərəfləri dinləyərək belə qənaətə gəlir ki, Şəxs xırda talama, oğurlama yolu ilə özgəsinin əmlakını talamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməldən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, ictimai işlər növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 160 (bir yüz altmış) saat müddətində ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Baki Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-7074/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7074/2025
30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver