Məhkəmə qərarları › İş №3(004)-71/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-71/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-71/2025 17.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X11 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, şikayətçi X4, Bakı şəhəri X13 İdarəsinin nümayəndəsi X3, zərəçəkmiş şəxs X2 iştirakları ilə, Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati protokol əsasında qəbul edilmiş TP ******* saylı tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə “İsuzu NPR 75L Xüsusi. Təy.” markalı, **-JK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti ilə sol zolaqda tıxac vəziyyətində hərəkətdə olarkən “Mercedes E240” markalı, “**-ED-***” qeydiyyat nişanlı nəqliyyat vasitəsi ara məsafəsini gözləməyərək onun idarə etdiyi “İsuzu NPR 75L Xüsusi. Təy.” Markalı, **-JK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə arxadan zərbə vuraraq qəza törətmişdir. Qəzanın araşdırıması üçün X14 İdarəsinin əməkdaşları hadisə yerinə çağırılmışdır. Qəzanı araşdıran zaman xx.xx.2024-cü il tarixli DYP-nin YPX Baş İnspektor Polis Baş X1 tərəfindən barəsində, heç bir xəta törətmədiyim halda, “yanlış manevr etmə” əsası ilə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin Qərarla o, İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsirli hesab olunaraq (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına görə) 40 manat məbləğində cərimə edilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, barəsində tərtib edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuz və əsassızdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə də əsasən arxadan gələn sürücü ara məsafəsinə xüsusi diqqət etməlidir və ara məsafəsini gözləmədikdə və qəza hadisəsi baş verdikdə bu zaman qəzanı arxadakı sürücü törətmiş hesab olunur. Göstərilənlərə əsasən Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri X13 İdarəsinin nümayəndəsi X6 şikayətlə razılaşmayaraq Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati protokol əsasında qəbul edilmiş TP ******* saylı tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X5 bildirmişdir ki, özünə məxsus Mercedes markalı 99 – ED-673 dövlət qeydiyyat nişanlı avtomobillə Moskva prospekti ilə hərəkət etdiyi zaman ondan arxada eyni zolaqda olan İsuzu markalı ** JK *** dövləıt qeydiyyat nişanlı xüsusu təyinatlı nəqliyyat vasitəsinin sürücüsü bir neçə dəfə səs siqnalı verərək onu sağdan ötərək sağ tərəfində saxlamış, yüksək səslə ona nəsə demişdir, o da iradını bildirmiş və hər ikisi hərəkətə başlamışlar. O, qəfidldən sağdan sola manervr edərək qəfil sürətini azaltsa da o, əyləcini basmış lakin hərəkət zolağına daxil olduğu üçün onun avtomobili ilə toqquşmuşdur. Məhkəmə proses iştirakçılarının dinləyib, iş materiallarını araşdırıb, o cümlədən iş materiallarına əlavə edilmiş fotoşəkillərə baxaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 xx.xx.2024-cü il tarixində saat 11:50-də Moskva prospektində İSUZU NPR 751 xüsusi təyinatlı ** JK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərə məhkəmə iclasında baxılarkən X4 törətdiyi inzibati xəta öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X7 xx.xx.2024-cü il tarixində saat 11:50-də Moskva prospektində İSUZU NPR 751 xüsusi təyinatlı ** JK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə Mercedes markalı 99 – ED-673 dövlət qeydiyyat nişanlı avtomobilinə maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. X4 yol verdiyi inzibati xəta öz təsdiqini tapdığından o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar