Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-710/2021 12.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Şikayətçi “xxxx” MMC-nin direktoru X2 İXM-in 192.4-cü maddəsi ilə barəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin “MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verilmiş şikayət üzrə ötürülmüş müddətin bərpası barədə vəsatətə baxaraq, MÜƏYYƏN ETDİ: Yuxarıda qeyd edilən qərardan şikayət və həmin qərarından verilmiş şikayət üzrə ötürülmüş müddətin bərpası barədə vəsatət məhkəməyə daxil olmuşdur. Ötürülmüş müddətin bərpası barədə vəsatətdə göstərilmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi (bundan sonra “Müfəttişlik”) tərəfindən **********2 saylı, xx.xx.2020-ci il tarixli məktub ünvanlanmışdır. Həmin məktubla “xxxx” MMC barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərar göndərilmişdir. Həmin qərardan prosessual müddət ötürülmədən Bakı İnzibati Məhkəməyə müraciət edilmişdir. Lakin Bakı İnzibati Məhkəmə tərəfindən aidiyyəti üzrə müraciət edilməsi edilməsi barədə xx.xx.2020-ci il tarixli, № M-694/1 qərardad qəbul edilərək “xxxx” MMC-yə göndərilmişdir. Həmin qərardad xx.xx.2020-ci il tarixdə onlara rəsmi poçtla göndərilmişdir. Lakin həmin qərardada onların əlavə etdiyi sənədlərin əsliləri göndərilməmişdir. Sənədlərin əslilərinin verilməsi ilə bağlı müraciət etsələr də, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Ali Məhkəmə qərarına əsasən inzibati və mülki icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salındığına görə həmin sənədləri almaq mümkün olmamışdır. Yalnız xüsusi karantin rejimi yumşaldıqdan sonra xx.xx.2021-ci il tarixdə rəsmi ərizə ilə Bakı İnzibati Məhkəmədən iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsliləri alınaraq aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə müraciət edilmişdir. Qoşma olaraq əlavə etdiyi bu ərizəyə baxış keçirdikdə məhz bu səbəbdən prosessual müddət buraxıldığı görünür. Məhkəmədən bunun üzürlü hal kimi sayılmasını xahiş etmişdir. Hesab edir ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən MPM-nin 133.1-ci maddəsinə müvafiq olaraq bərpa edilməlidir. Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi 3(004)- 551/2021 saylı, xx.xx.2021-ci il tarixli “xxxx” MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN№ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının tamamilə ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın MPM-nin 268.1-ci maddəsi ilə müəyyən edilmiş müddətin “xxxx” MMC tərəfindən buraxılmasının səbəbi üzürlü hesab edilərək, buraxılmış prosessual müddət bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçinin nümayəndəsi X4 izahatında, müddətin bərpa edilməsini və şikayətə baxılıb, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati qərarı qəbul etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X7 bildirdi ki, şikayətçi qərardan şikayət vermə müddətini ötürmüşdür. Ona görə də şikayət vermə müddəti ötürüldüyü üçün, şikayət geri qaytarılmasını xahiş etdi. Məhkəmə aşağıdakılara görə hesab edir ki, qərardan şikayət vermə müddəti bərpa edilməməlidir və buna görə də şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, İXM-in 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İXM-in 130.2-ci maddəsinə əsasən həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İXM-in 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Şikayətdən və iş materiallarından da görünür ki, şikayətçi xx.xx.2020-ci il tarixli inzibati tənbehvermə qərarı, özünün də vəsatətində yazdığı kimi xx.xx.2020-ci il tarixdə rəsmi qaydada almışdır. Lakin həmin qərardan ilk dəfə Bakı İnzibati Məhkəməsinə şikayət vermişdir. İş üzrə Bakı İnzibati Məhkəmə tərəfindən qərar qəbul edilmiş, bundan sonra şikayətin inzibati məhkəməyə yox, rayon-şəhər məhkəməsinə aidiyyətini bildikdən sonra rayon məhkəməsinə şikayət etmişlər. Bununla da artıq rayon məhkəməsinə şikayət veriləndə, xx.xx.2020-ci il tarixdən hesablanmaqla, şikayətvermə müddəti ötürülmüşdür. Beləliklə hazırkı iş üzrə məhkəməyə şikayət vermək üçün müəyyən edilmiş müddətin buraxılması səbəbi hər hansı üzürlü səbəblərlə əlaqədar deyildir, belə bir üzürlü səbəblər barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Müddətin buraxılması üçün göstərilmiş səbəblərin üzürlü səbəb hesab edilməsi mümkünsüzdür. Qeyd edilənlərə əsasən buraxılmış müddətin bərpa olunması da qeyri-mümkündür. Ona görə də şikayətvermə müddəti buraxıldığı üçün, həmin müddət bərpa edilmədiyi üçün şikayətə baxıla bilmir, şikayətə baxıla bilmədiyi üçün geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddələrinə əsasən, QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin “MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından X3 tərəfindən verilmiş şikayət üzrə ötürülmüş müddətin bərpası barədə vəsatəti rədd edilsin.. Şikayət və və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-710/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-710/2021
12.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver