Məhkəmə qərarları › İş №3(004)-711/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-711/2021

05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-711/2021 05.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, “xxxx” MMC-nin nümayəndəsi X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizəyə baxaraq, m ü ə y y ə n e t d i m: “xxxx” MMC-nin nümayəndəsi X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizə və həmin ərizəyə əlavə edilmiş şikayətlə məhkəməyə müraciət etmişdir. “xxxx” MMC-nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, MN ******* saylı qərardan şikayət üzrə eynimahiyyətli iki dəfə müddətin bərpasına dair ərizə verdiyinə görə hazırkı ərizənin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə (vəsatət) təmin edilməli, “xxxx” MMC-nin nümayəndəsi X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizəsi və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: “xxxx” MMC-nin nümayəndəsi X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizəsi və ona əlavə edilmiş materiallar geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar